Qeyri-fiziki varlıq () və ya Abstrakt obyekt () — hər hansı bir ümumiləşdirmə nəticəsində və ya abstraksiya vasitəsilə yaradılmış obyekt; ətraf aləmdəki əşya və hadisələrin bu və ya digər mahiyyətli aspektlərini, xüsusiyyətlərini və münasibətlərini ifadə edən idrak obyekti.

Abstrakt obyektlər "mövcudluq" probleminin qoyuluşu və həllinə görə real və ideal obyektlərə bölünürlər. Real obyektlər üçün konstruktiv həll mövcud olduğu halda, ideal obyektlər effektiv yoxlanılma hüdudlarından kənara çıxır (məsələn, çoxluqlar nəzəriyyəsində kontinuum). Fəlsəfədə abstrakt obyektləri konkret obyektlərdən fərqləndirmək lazımdır.

Fəlsəfədə

Çarlz Sanders Pirs tərəfindən irəli sürülmüş Tip və növ (və ya tip və nüsxə) fərqləndirilməsi fiziki obyektləri müəyyən bir "tipin" nüsxələri kimi təyin edir. "Tip" ümumi anlayış kimi abstrakt obyektdir. Abstrakt və konkret obyekt arasındakı fərqi intuitiv olaraq nümunələr üzərində anlamaq daha asandır:

+ Abstrakt və Konkret obyektlərə nümunələr Abstrakt Konkret Tennis Tennis oyunu Qırmızılıq Almanın rəngi (qırmızı olması) Beş Beş pişik Ədalət Ədalətli davranış İnsan Sokrat

Abstrakt obyektlər fəlsəfədə bir çox populyar nəzəriyyələrin problemli tərəflərini göstərdiyi üçün mühüm əhəmiyyət kəsb edir. Ontologiyada abstrakt obyektlər fizikalizm və naturalizm üçün mübahisəli hesab olunur. Abstrakt obyektlərin ontoloji statusu haqqında ən ciddi mübahisə olan Universalilər problemi Orta əsrlərdə nominalistlər və realistlər arasında baş vermişdir.

Epistemologiyada abstrakt obyektlər empirizm üçün çətinlik yaradır: əgər bu obyektlər məkanda mövcud deyilsə və səbəb-nəticə əlaqəsinə (kauzallıq) malik deyilsə, biz onlar haqqında necə bilik əldə edirik? Platon (ideyalar nəzəriyyəsində) və Edvard Zalta kimi mütəfəkkirlər iddia edirlər ki, abstrakt obyektlər metafizikanın əsas tədqiqat mövzusudur. Fəlsəfə empirik tədqiqatlarla bağlı olmadığına görə, abstrakt obyektlərə dair suallara cavab verə biləcək əsas elmdir.

Abstrakt obyektlər və kauzallıq

Konkret və abstrakt obyektləri bir-birindən fərqləndirməyin digər populyar yolu budur ki, abstrakt obyektlər kauzal (səbəbiyyət) gücdən məhrumdur. Kauzal güc hər hansı bir hadisənin səbəbi ola bilmək qabiliyyətidir. Məsələn, boş çoxluq abstrakt obyekt hesab olunur, çünki o, digər obyektlərə fiziki təsir göstərə bilmir. Bu yanaşmanın əsas problemi "kauzal gücə malik olmaq" anlayışının özünün dəqiqləşdirilməsinə olan ehtiyacdır.

Konkret və abstrakt təfəkkür

Jan Piaje təlimin müxtəlif formalarını təsvir etmək üçün "konkret" və "formal" terminlərindən istifadə edir. Konkret təfəkkür faktlarla işləyir və gündəlik, maddi obyektləri təsvir edir; abstrakt təfəkkür isə (formal əməliyyatlar) mürəkkəb düşüncə proseslərindən istifadə edir.

Konkret düşüncə Abstrakt düşüncə Ağır əşyalar batır. Əşyanın sıxlığı suyun sıxlığından çoxdursa, o, batacaqdır. Sən oksigeni udub, karbon qazını xaric edirsən. Qaz mübadiləsi alveollardakı hava ilə qanın eritrositləri arasında baş verir. Bitkilər suyu kökləri vasitəsilə sorur. Su kök tellərinin hüceyrə membranından keçərək daxil olur...

Terminologiya

Abstrakt təfəkkür konkret əşyaları deyil, əşya siniflərini və ya abstrakt anlayışları bildirən abstrakt terminlərdən istifadə edir.

Tez-tez abstrakt isimlər sifətlərdən və ya fellərdən müxtəlif şəkilçilər vasitəsilə yaranır (Azərbaycan dilində əsasən -lıq⁴, -ma², -ış⁴ şəkilçiləri və alınma sözlərdə -siya, -izm və s. sonluqları ilə). Məsələn: konsentrasiya, pulsasiya, şəffaflıq, korluq, cızılma, üzmə.

İstinadlar

Biblioqrafiya

(гл. 4 Абстрактные объекты)

Əlavə ədəbiyyat siyahısı

Kateqoriya:Metafizika anlayışları Kateqoriya:Ontologiya Kateqoriya:Mövcudiyyətlər Kateqoriya:Obyektlər Kateqoriya:Anlayışlar Kateqoriya:Sahələrinə görə anlayışlar Kateqoriya:Metafizika Kateqoriya:Riyaziyyat fəlsəfəsi