Garo Mafyan () - Erməni əsilli türk müğənni, bəstəkar və musiqi prodüseri. Alt URL

Həyatı və Fəaliyyəti Garo Mafyan 24 fevral 1951-ci ildə İstanbulda doğulmuşdur. O, Türkiyə ermənisi əsilli bəstəkar, aranjimançı və musiqi prodüseridir. Musiqiçi ailəsində böyüyən Mafyan 3,5 yaşından etibarən fortepiano təhsili almağa başlamışdır. 1955-ci ildə ilk dəfə səhnəyə çıxaraq resital vermişdir. İbtidai təhsilini Özel Erenköy Işık Kollecində almış, Ferdi Ştatzer və Raşid Abed kimi müəllimlərdən dərs almışdır. 1967-ci ildə konservatoriyanın harmoniya şöbəsini, 1968-ci ildə isə ali pilləsini yüksək nailiyyətlə bitirmişdir.

1969-cu ildə Selçuk Başar ilə birlikdə İstanbul Gelişim Orkestrasını yaradaraq dövrün cover musiqi sahəsində mühüm rol oynamışdır. 1980-ci ildə Gelişim studiyasını qurmuş və həmin il Zerrin Özer və Tanju Okan ilə ilk peşəkar albom layihələrini həyata keçirmişdir. O, 1980-ci illərdə Ajda Pekkan, Gülriz Sururi, Engin Cezzar kimi sənətçilərin layihələrində və Avroviziya seçimlərində (1982, 1985, 1987) aranjimançı və orkestr rəhbəri kimi iştirak etmişdir.

1990-cı illərdə Türkiyə pop musiqisinin inkişaf dövründə mühüm rol oynamış, çoxsaylı bəstələr və aranjimanlar etmişdir. Bu dövrdə Halis Bütünley ilə birlikdə MB Studio-nu quraraq gənc musiqiçilərə imkan yaratmışdır. O, Ajda Pekkan, Barış Manço, İlhan İrem, Zerrin Özer, Nükhet Duru kimi bir çox məşhur sənətçi ilə əməkdaşlıq etmişdir.

Bundan əlavə, MFÖ, Ayşegül Aldinç, Leman Sam, Yonca Evcimik, Nalan, Bendeniz, Niran Ünsal, Reyhan Karaca, Kerim Tekin, Ozan Orhon, Burcu Güneş kimi bir çox ifaçının karyerasında mühüm rol oynamışdır. Türk sənət musiqisi və fantezi janrında da Zeki Müren, Emel Sayın, Coşkun Sabah kimi sənətçilərlə işləmışdir.

2000-ci illərdə Attila Özdemiroğlu ilə birlikdə İstanbul Gelişim Orkestrasını yenidən qurmuş, daha sonra təhsil sahəsinə yönələrək gənc musiqiçilərə mentorluq etmişdir. Hazırda İzmirə köçmüş və TED İzmir Kolleci Sanat Akademiyasında rəhbər vəzifədə çalışmışdır.

Film musiqiləri

1989: Samanyolu (serial)

1990: Duygu Çemberi (serial)

2006: Dünyayı Kurtaran Adamın Oğlu (film)

2009: Hicran Yarası (serial)

Mənbələr