Dmitri Aleksandroviç Kozatski (; çağırış adı — Orest; ) — Ukrayna fotoqrafı, hərbi qulluqçu, baş əsgər, Ukrayna Milli Qvardiyasının "Azov" alayının döyüşçüsü olmuşdur.

2022-ci ildə "Forbes" nəşrinin "30-dək 30: gələcəyin simaları" reytinqinə daxil edilmişdir.30 до 30: обличчя майбутнього // Forbes.

Müəllifi olduğu "İşıq qalib gələcək" adlı fotoşəkil "The Guardian" qəzetinin versiyasına görə 2022-ci ilin ən yaxşı fotolarından biri hesab edilmişП. Горлач. «Азовсталь», весілля у Харкові та прощання в Одесі: три фото про Україну увійшли до рейтингу найкращих світлин 2022 року // Суспільне Культура. — 2022. — 28 грудня. və "Time" jurnalının "2022-ci ilin 100 ən yaxşı fotoşəkili" siyahısına seçilmişdir.TIME's Top 100 Photos of 2022 // Time.

Həyatı Dmitri Kozatski 11 noyabr 1995-ci il tarixində Ukraynanın Jitomir vilayətinin Korosten rayonunun (hazırkı Malın icması) Malın şəhərində anadan olmuşdur.

2014-cü ildə Ləyaqət inqilabının iştirakçısı olmaq üçün Polşanın Rjeşov şəhərində yerləşən İnformasiya Texnologiyaları və Menecment Ali Məktəbindəki təhsilini yarımçıq qoymuşdur. Hazırda Milli "Ostroq Akademiyası" Universitetinin tələbəsidir.Студент Острозької академії — автор фото з Азовсталі «Світло переможе» // Національний університет «Острозька академія». — 2022. — 17 травня.Ольга Модіна, Той самий фотограф з «Азовсталі» пішов у полон: історія «Ореста» та 10 його світлин // Ліга.Life. — 2022. — 20 травня.

2015-ci ildə Ukrayna Milli Qvardiyasının sıralarına daxil olmuş, daha sonra "Azov" alayına keçmişdir.

Rusiyanın Ukraynaya hücumu thumb|"İşıq qalib gələcək! "Azovstal". Mariupol, 2022" markası, "Və yaz olacaq!" blokundan. 2024-cü il.

Dmitri Kozatski 2015-ci ildən etibarən Donetsk vilayətinin Mariupol şəhərinin müdafiəçisidir. 1 mart 2022-ci il tarixindən etibarən o, digər silahdaşları ilə birlikdə "Azovstal" zavodunda müdafiə xəttini tutmuşdur.

"Azov" alayının mətbuat xidmətinin rəhbəri olan Kozatski zavoddakı səhra hospitalından yaralı silahdaşlarının bütün dünyaya yayılan 10 fotoşəkilinin müəllifidir. Mərmi deşiklərindən müəssisənin dağılmış otaqlarına düşən may günəşinin şüaları altında təsvir olunan gəncin əks olunduğu fotolardan biri "İşıq qalib gələcək" adlandırılmışdır.

O, partlayış səsləri altında Ukraynaya "Avroviziya 2022" mahnı müsabiqəsində qələbə qazandıran "Kalush Orchestra" qrupunun "Stefaniya" mahnısını ifa etmişdir.

20 may 2022-ci il tarixində əsir düşməzdən əvvəl Dmitri Kozatski özünün "Twitter" hesabında "Azovstal" zavoduna sığınacaq üçün təşəkkür etdiyi və əsirlikdə olduğu müddətdə fotolarını müxtəlif mükafatlara və müsabiqələrə göndərilməsini xahiş etdiyi bir vida mətni paylaşmışdır.Світлана Кирган, «Азовсталь — місце моєї смерті і мого життя», — Дмитро Козацький // АрміяInform. — 2022. — 20 травня. Elə həmin gün Ukrayna parlamentinin vitse-spikeri Olena Kondratyuk Ukrayna Ali Radasının Dmitri Kozatskinin fotolarını Avropanın və dünyanın Ukraynanın tərəfində olan bütün parlamentlərinə göndərəcəyini bəyan etmişdir. Həmçinin, "Vavilon'13" kino birliyi Kozatski tərəfindən çəkilmiş "Mariupol qalası. Azovstaldakı son gün" adlı videonu yayımlamışdır.Щемливі фото бійця «Азова» відправлять у парламенти Європи та світу // Волинська Служба Новин. — 2022. — 21 травня. // #BABYLON'13. — 2022. — 20 травня.

Mariupolun digər müdafiəçiləri ilə birlikdə Rusiya əsirliyində olan Kozatski, 21 sentyabr 2022-ci il tarixində 215 ukraynalı müdafiəçinin mübadiləsi zamanı azad edilmişdir. 6 dekabr 2022-ci il tarixində o, yenidən Ukrayna Silahlı Qüvvələrinin sıralarına qayıtmışdır.

O, 2 noyabr 2022-ci ildə MSNBC-nin "Andrea Mitchell Reports" verilişində çıxış etmişdir.

Yaradıcılığı 2022-ci ildə Rivne şəhərində fərdi sərgiləri keçirilmişdir.Шубец В., Мосейченок, О. «Азовсталь. Світло переможе»: у Рівному презентували виставку світлин захисника Маріуполя //АрміяInform. — 2022. — 15 червня.

Qalmaqallar Anatoli Şari və Kayla Popuçet tərəfindən Dmitri Kozatskiyə qarşı sosial media paylaşımlarında neonasist ideologiyası ilə bağlı simvollardan istifadə etməsinə dair ittihamlar irəli sürülmüşdür. Kozatski sözügedən fotoşəkilləri "Twitter" hesabında paylaşdığını etiraf etmişdir, lakin nasizm ilə bağlı ittihamları rədd etmiş və bu iddiaların ona qarşı aparılan qaralama kampaniyasının bir hissəsi olduğunu bildirmişdir.

2022-ci ilin oktyabr ayında Kozatskinin "İşıq qalib gələcək" silsiləsindən olan bir neçə fotoşəkili Kataloniya Politexnik Universitetinin Ferrate kitabxanasında keçirilən sərgiyə daxil edilmişdir. 13 noyabr 2022-ci il tarixində Kozatskinin işləri sərgidən çıxarılmış və universitet tərəfindən rəsmi bəyanat yayılmışdır. Bəyanatda qeyd olunmuşdur ki, müəssisə "müəllifin ideologiyasından xəbərdar olmamışdır", həmçinin universitet "nasizmi rədd edir və yaranmış vəziyyətdən təəssüf hissi keçirir". Elə həmin gün, 13 noyabr 2022-ci il tarixində Kozatski dəvət olunmuş natiq qismində iştirak etdiyi "Doc NYC" festivalında Kayla Popuçet tərəfindən etirazla qarşılanmışdır. Etirazçı tədbirdən məcburi şəkildə uzaqlaşdırılmışdır.

Ailəsi Dmitrinin anası — İrina Yurçenko evakuasiya qatarlarında bələdçi kimi fəaliyyət göstərmiş və mülki şəxslərin xilas edilməsinə kömək etmişdir. Dmitri Kozatskinin ifadələrinə əsasən, onun anası son dərəcə güclü qadın olmuş, ağır şəraitə baxmayaraq möhkəm dayanmış və hətta ona mənəvi dəstək göstərməyə çalışmışdır. O, mövcud vəziyyətdə kimin daha çətin durumda olduğunu müəyyən etməyin mümkünsüzlüyünü qeyd etmiş, "Azovstal"da döyüşən gənclərlə onlara uzaqdan kömək edə bilməyən valideynlərin hər ikisinin ağır sınaq qarşısında qaldığını vurğulamışdır.

Mükafatları

"Live press FOTO" (2022) beynəlxalq reportaj fotoqrafiyası müsabiqəsinin qızıl medalı; Polşanın "Grand Press Photo 2022" fotomükafatının xüsusi mükafatı;Пресофіцера полку «Азов» Козацького нагородили польською Grand Press Photo 2022 // Фокус. — 2022. — 3 червня. "Ukraynaya hərbi xidmətə görə" medalı (17 aprel 2022-ci il) — Ukraynanın dövlət suverenliyinin və ərazi bütövlüyünün müdafiəsində göstərdiyi şəxsi rəşadət və fədakar fəaliyyətinə, hərbi anda sədaqətinə görə verilmişdir.

İstinadlar

Xarici keçidlər Ірина Чириця, Дмитро Козацький: Очі «Азовсталі» // Укрінформ. — 2022. — 27 травня. Сергій Косюченко, Олена Слободенюк, Матір бійця «Азову» Дмитра Козацького з Житомирщини: чекаю на перемогу і визволення сина // Суспільне Новини. — 2022. — 25 травня. «Місце моєї смерті і мого життя»: захисник Маріуполя показав прощальні світлини з «Азовсталі» // «ТСН». — 2022. — 20 травня. Ольга Скотнікова, «Очі «Азовсталі» — фотограф Орест, що знімав життя захисників, написав з полону // «Вечірній Київ». — 2022. — 20 травня. Ксюша Савоскіна, «Спочатку йде авіабомбардування, а далі обстріл із кораблів. Це безперервний жах». Історія бійця з «Азовсталі» // hromadske. — 2022. — 17 травня. Роліна Мірер, Обличчя «Азовсталі». Історії захисників Маріуполя // Суспільне Новини. — 2022. — 18 травня. «Найстрашніше — це втрата побратимів», — Дмитро Козацький, автор світлин поранених з «Азовсталі» // «1+1». — 2022. — 16 травня.

Kateqoriya:Ukrayna fotoqrafları Kateqoriya:Ukrayna tərəfindən Rusiya–Ukrayna müharibəsi iştirakçıları