Anna Pavlik (; ) — ukraynalı ictimai-mədəni xadim və yazıçı. O, Qalisiyada qadın hərəkatının fəal iştirakçısı olmuşdur. Həyatı Anna Pavlik, o vaxtlar Avstriya imperiyasının tərkibində olan Kosiv şəhərinin Monastırske kəndində anadan olub. Ailəsinin ağır maliyyə vəziyyəti səbəbindən Anna müntəzəm olaraq məktəbə gedə bilməyib və muzdlu işçi kimi çalışıb. Öyrənməyə böyük həvəsi olan Pavlik, bu istəyinə yalnız müstəqil şəkildə, kitab oxumaqla nail ola bilib. Qardaşı Mixaylo Pavlik tərəfindən ona göndərilən kitab və jurnalları Kosiv kəndliləri arasında payladığına görə yerli hakimiyyət orqanları tərəfindən dəfələrlə təqib olunmuşdur.
1877-ci ildə iki dəfə: yanvarda və yayda İvan Franko, Mixaylo Pavlik, Ostap Terletski və başqaları ilə birlikdə həbs olundu. Pavlık həmçinin 1879 və 1880-ci illərdə də həbs olunmuşdu. Hər dəfəsində məhkəmə onunla bağlı azadlıqdan məhrumetmə qərarını verirdi. Fəaliyyəti Pavlik məqalə, esse və şeirlər yazırdı. Onun "Mənim və insan günahlarım, ağa və keşiş həqiqəti" adlı məqaləsi hakimiyyətin ədalətsizliyinə həsr olunub. O, "İlk çələng" almanaxını, 1887-ci ildə qələmə alıb. Pavlik həmçinin hakimiyyətin ədalətsizliyinə, keşişlərin rüşvətxorluğundan bəhs edən şeirlərin: "Namussuzluq", "Keşiş vicdanı", "Axmaqların mühakiməsi", publisistik məqalələrin "Kosovdan olan kəndli fermer"in müəllifidir və bir çox folklor nümunələrini də qələmə almışdır.
Mixail Drahomanovun bacısı — İvan Franko vasitəsilə Anna Pavlik ilə tanış olan və istedadlı yazıçının yaradıcılığına böyük maraq göstərən Olqa Drahomanova-Kosaç (ədəbi təxəllüsü Olena Pçilka) idi. 1887-ci ildə o, Nataliya Kobrinska ilə birlikdə Qalisiya və Nadniprovye bölgəsindən olan qadın müəlliflərin əsərlərindən ibarət "İlk çələng" almanaxını nəşr etdirdi ki, burada Pavlikin daha bir hekayəsi də çap olunmuşdu.
1920-ci illərdə Pavlik Monastırske kəndindən olan yetimlərə kömək edirdi. Pavlik, torpaq satın alaraq, həm yetimxana, həm də sağlamlığını itirmiş ukraynalı yazıçıların dincəlməsi və yaradıcılıqla məşğul olması üçün bir ev tikmək niyyətində idi. Lakin qəfil ölümü səbəbindən bu arzusunu reallaşdıra bilmədi.
Anna Pavlik 13 oktyabr 1928-ci ildə Lvov şəhərində vəfat etib və orada da dəfn olunub. Kosiv şəhərindəki küçələrdən biri onun adını daşıyır.
İstinadlar
Kateqoriya:Avstriya-Macarıstan şəxsləri Kateqoriya:XIX əsr qadın yazıçıları