III Erkole d'Este (; ) — XIII Modena və Reccio hersoqu.
1727-ci ildə Modenada dünyaya gəldi. Atası Modena və Reccio hersoqu Rinaldo d'Estenin oğlu Françesko d'Este, anası isə Orlean hersoqu II Filippin qızı Orleanlı Şarlotta Aqlaydır. Doğulduğu əsnada babası hələ də taxtda idi. Onun 1737-ci ildə vəfatı və atasının taxta çıxmasıyla, hələ 10 yaşında ikən taxt varisi oldu.
1741-ci ildə Massa hersoginyası Mariya Tereza Malaspina ilə evləndirildi. Ancaq bu evlilik tamamilə siyasi məqsədlə qurulmuşdu və xanımı vaxtının çoxunu Reccioda ərindən uzaqda keçirdi. Bununla birlikdə cütlüyün bu nigahdan 2 övladı doğuldu.
Mariya Beatrisa d'Este, Massa hersoginyası Rinaldo d'Este (1753-1753)
Atasının vəfatının ardından 1780-ci ildə taxta çıxdı. Xanımının 1790-cı ildə vəfatından 5 il sonra, uzun müddətli məşuqəsi Şiara Marini ilə evlənsə də, bu evlilik monarxial hesab edilmədi.
Napoleon müharibələri əsnasında 7 may 1796-cı ildə Venesiyaya qaçdı və qaçarkən xəzinənin böyük qismini özüylə apardı. Fransız əsgərləri tərəfindən Venesiyada ələ keçirildi və külli miqdarda pul ödəyərək azadlığa buraxıldı. Ardından Trevizoya köçdü və 1803-cü ildə burada sürgündə vəfat etdi.
Yeganə rəsmi övladı olan qızı Mariya Beatrisa Salik qanunlarına əsasən, taxta çıxa bilmədi. Kürəkəni isə özündən qısa müddət sonra vəfat etmişdi. Bu səbəblə Vyana konqresinin ardından bərpa edilən Modena taxt-tacı nəvəsi IV Françeskoya qaldı.
Mənbə
Ədəbiyyat
Genealogy up to the fourth degree inclusive of all the Kings and Princes of sovereign houses of Europe currently living (in French). Bourdeaux: Frederic Guillaume Birnstiel. 1768. p. 86 "ERCOLE III d'Este, duca di Modena e Reggio in "Dizionario Biografico"". www.treccani.it (in Italian)
İstinadlar
Kateqoriya:D'Este