Vilma Qlüklix (; ) — Macarıstanlı yəhudi mənşəli müəllimə və Macarıstan feminist hərəkatının ilk rəhbərlərindən biri. Ana tərəfdən dayıları siyasətçi Ede Horn və jurnalist Antal Horndur. Böyük bacısı isə yazıçı və tərcüməçi İda Qlüklixdir. Vilma Qlüklix 1904-cü ildə Rozika Şvimmer ilə Macarıstan Feminist Assosiasiyasının həmtəsisçisi olub. Həyatı Vilma Qlüklix Macarıstanın ilk qadın universitet məzunudur. O, macar təhsil islahatçısı, pasifist və qadın hüquqları fəalı idi. 1896-cı ildə o, Macarıstan universitetinə qəbul edilən ilk qadın olduqdan sonra, Budapeşt Dövlət Universitetinin Filologiya fakültəsindən dərəcə alan ilk qadın kimi tarixə düşüb.
Rozika Şvimmer ilə yanaşı, o, XIX əsrin sonu və XX əsrin əvvəllərində Macarıstan Qadın Hərəkatının iki aparıcı fiqurundan biri hesab olunur. Onun tutduğu əsas vəzifələr və qurduğu təşkilatlar bunlardır:
1902, Qadın İşçilər Milli Assosiasiyasının prezident komitəsinin üzvü seçilib. 1904: Macarıstan Feministlər Birliyinin (Feministák Egyesülete) həmtəsisçisi idi. 1915: Sülh və Azadlıq uğrunda Beynəlxalq Qadınlar Liqasının həmtəsisçisi olub. 1918: Budapeşt bələdiyyə idarəsinin Nəzarət Komitəsinin üzvü seçilib. 1924–1926: Sülh və Azadlıq uğrunda Beynəlxalq Qadınlar Liqasının həmtəsisçi baş katibi vəzifəsində çalışıb.
Vilma Qlüklix Budapeştdə və ümumiyyətlə Macarıstanda universitetdə təhsil alan və 1896-cı ildə məzun olan ilk qadındır. O, peşəcə müəllim idi. 1902-ci ildən etibarən həmkarlar ittifaqı fəaliyyətinə başlayıb, tezliklə qadın hərəkatına qoşulub. 1913-cü ildə o və Rozika Şvimmer Budapeştdə Beynəlxalq Qadın Səsvermə Hüququ Alyansının 7-ci konqresinə ev sahibliyi edib.
Birinci Dünya müharibəsi illərində o, pasifist (sülh tərəfdarı) hərəkatda aktiv iştirak edib. 1918-ci ildəki demokratik rejimdə fəaliyyət göstərən iki qadından biri olub. Məhz buna görə də, 1921-ci ildə işindən məhrum edilib və ölkədən qovulub. Bundan sonra o, İsveçrəyə mühacirət edib.
İstinadlar
Xarici keçidlər
:en:Helen Rappaport: Encyclopedia of Women Social Reformers - Volym 1 2001 Katalin Fábián: Contemporary Women's Movements in Hungary: Globalization, Democracy, and ... 2009