Katya Qrineviçeva (; ) — ukraynalı yazıçı və ictimai xadimi.Катря Гриневичева — Катерина Василівна Гриневич
Həyat və fəaliyyəti Katya Qrineviçeva 19 noyabr 1875-ci ildə Avstriya-Macarıstan imperiyasının Lvov yaxınlığındakı Vinniki qəsəbəsində, dövlət qulluqçusu Vasili Banax və Mariyanın ailəsində dünyaya gəlib. Ailənin böyüyü olan Katyanın özündən başqa altı qardaşı da var idi: Valeri — Nadvornada vəkil, İvan — Peremışlda yunan-katolik kafedrasının əməkdaşı; Vladimir — həkim, Denis — müəllim və Qai kəndində xor təşkilatçısı, Yevgeni — Qalisiya ordusunun xor ifaçısı (1920-ci ildə "Ölüm üçbucağı"nda həlak olub) idi. Boqdan isə (ailənin ən kiçiyi) 1918-ci ilin noyabr üsyanı zamanı Lvovda həlak olub.
Katyanın üç yaşı olanda Banax ailəsi Krakova köçdü. Uşaqlıq və məktəb illəri Krakovda keçən Katya, Polyak Müəllimlər Seminariyasını da burada bitirdi və ədəbi fəaliyyətinə də burada başladı. Seminariyada, Şərqi Qalisiyada çalışacaq gələcək müəllimlər üçün ukrain dilinin fakültativ tədrisi mövcud idi. Həmin dövrdə onun Vasili Stefaniklə baş tutan görüşü gənc yazıçının Ukrayna ədəbiyyatına yönəlməsində böyük rol oynadı.
Atasının tanışı Qriqori Vretsyonun vasitəsilə Katya Osip Qrineviçlə tanış olan Katya onunla evləndikdən sonra Lvova köçərək ömrünün böyük hissəsini orada yaşamışdır. Həyat yoldaşı Lvov Müəllimlər Seminariyasının nəzdindəki Ukrayna təcrübə məktəbində müəllim işləyirdi. 1896-cı ildə onların Vladimir, 1898-ci ildə Yaroslav adlı oğlu, 1903-cü ildə isə Dariya adlı qızları dünyaya gəldi.
Lvovda Katya Qrineviç ədəbiyyatla yanaşı, redaktorluq və nəşriyyat işləri ilə də məşğul olmuş, Qalisiya qadın hərəkatının fəallarından biri olmuşdur. 1909-cu ildə "Prosvita" cəmiyyəti uşaqlar üçün nəzərdə tutulmuş "Zvonok" jurnalının redaktəsini ona həvalə etdi. Bu jurnal təkcə Qalisiyada deyil, Dnepryanı bölgədə də populyarlıq qazandı. Jurnalda Katya Qrineviçin gənclər üçün yazdığı tarixi hekayələr də dərc olunmağa başladı.
Birinci Dünya müharibəsinin başlaması ilə hər iki oğlu Ukrayna Seç Atıcıları Legionunun üzvü oldu, özü isə digər qaçqın qalisiyalılarla birlikdə Qmünddəki (Aşağı Avstriya) məcburi köçkün düşərgəsinə düşdü. Sonra o, Qredinqdəki (Bavariya) düşərgədə yaşamış və orada müəllimə kimi fəaliyyət göstərmişdir. 1917-ci ildə Katerina Qrineviç Lvova qayıdaraq "Ukrayna sözü" qəzetinin redaksiyasında çalışdı. 1920-ci ildə hər iki oğlu müharibədən dönən sonra, 1922–1924-cü illərdə isə o, "Ukraynalı Qadınlar Birliyi"nə rəhbərlik etdi. Həyat yoldaşı 1926-cı ildə 62 yaşında vəfat etdi. Tanınmış qalisiyalıların onunla evlənmək istəməsinə baxmayaraq, o, bir daha ailə həyatı qurmadı. Qalan ömrünü nəvəsi Areta Vitanoviçin (qızı Dariya İlya Vitanoviç ilə evli idi) tərbiyəsinə həsr etdi.
İkinci Dünya müharibəsi başlayanda Nadvornada oğlu Yaroslavın yanında olan Katerina Qrineviç, oradan Lvova yollandı. 1940-cı ilin yanvarında o, hər iki oğlu — Yaroslav, Vladimir və onların ailələri ilə birlikdə Almaniya general-qubernatorluğuna tabe olan Krakova köçdü. 1944-cü ildə sovet qoşunlarının hücumundan xilas olmaq üçün Bratislava və Vyana vasitəsilə Bavariyaya gedərək Berxtesqaden şəhərində məskunlaşdı. 1947-ci ilin avqustunda ayağını sındıran Qrineviç xəstəxanaya yerləşdirilərək əməliyyat olundu. Yazıçı elə həmin xəstəxanada, 1947-ci il dekabrın 25-də vəfat etdi. O, Berxtesqaden şəhər qəbiristanlığında dəfn olunub.
Katya Qrineviçevanın yazıçı kimi formalaşması Qərbi Ukraynanın mütərəqqi və demokratik ruhlu ədiblərin mühitində baş vermişdir. O, Vasili Stefanik, Marko Çeremşina, Olqa Kobılyanskaya və Osip Makovey ilə dost olmuşdur. Lakin yazıçı daha çox İvan Frankodan bəhrələnmişdir. Məhz Franko onun istedadını ilk görən şəxs olmuş və Qrineviçevanın ədəbi fəaliyyətində ona böyük dəstək göstərmişdir.
Onun tərcümeyi-halı 1968-ci ildə Torontoda nəşr olunub.
İstinadlar
Ədəbiyyat Герасимова Г. П. Гриневичева Катря // Енциклопедія історії України : у 10 т. / редкол.: В. А. Смолій (голова) та ін. ; Інститут історії України НАН України. — К. : Наук. думка, 2004. — Т. 2 : Г — Д. — С. 203. — 518 с. : іл. — ISBN 966-00-0405-2. Мишанич О. Катря Гриневичева та її історичні повісті // Гриневичева К. Шестикрилець. Шоломи в сонці. — К., 1990. Разживін В. М. Особливості стилю історичної прози Катрі Гриневичевої // Актуальні проблеми слов’янської філології: Міжвуз. зб. наук. ст. — К., 2005. Харлан О. Д. Катря Гриневичева: Літературний портрет. — К.: Знання, 2000.
Xarici keçidlər Гриневичева Катря Катря Гриневичева Катря Гриневичева − твори Забуті імена: письменниця Катря Гриневичева