Ülkü Adatəpə (; ) — Mustafa Kamal Atatürkün ən kiçik mənəvi qızı. Körpəliyindən beş yaşına qədər Atatürkün yanında Çankaya köşkündə yaşamışdır. Mənəvi atası Atatürk vəfat edənə qədər onu ölkə daxili səfərlərində müşayiət etmiş və onun uşaq sevgisinin simvoluna çevrilmişdir. Həyatı Ülkü Adatəpə, Mustafa Kamal Atatürkün anası Zibeydə xanımın övladlığa götürdüyü qızı Vəsfiyə xanım ilə fransız dili müəllimi Mehmed Təhsin Çukurluoğlunun qızıdır. Zibeydə xanımın kiçik yaşlarından etibarən böyütdüyü Salonikili Vəsfiyə xanım, Zibeydə xanımın vəfatından sonra bir müddət Mustafa Kamal Atatürkün bacısı Məqbulə xanımla yaşayıb. Atatürk onu Qazi Meşə Fermasında stansiya rəisi işləyən Mehmed Təhsin bəylə evləndirmişdi.Turhan Gürkan, Atatürk'ün Uşağının Gizli Defteri, Fer Yayınları, İstanbul, 1971 s.215 Vəsfiyə xanım ilə Mehmed bəyin övladlarının olacağını öyrənən Atatürk, istər qız, istər oğlan olarasa "Ülkü" adının qoyulmasını istəmişdi. Ülkü doqquz aylıq olarkən Çankaya köşkünə gətirilmiş, bir az böyüdükdən sonra isə Atatürkün ölkə daxili səfərlərində iştirak etmişdi. İllər boyu istifadə edilən məşhur "Əlifba" kitabının üz qabığında, Atatürkün istəyi ilə İhap Hulusi tərəfindən çəkilmiş və "Atatürkün kiçik Ülküyə hərfləri öyrədərkən" təsviri yer alıb. Ülkü, Atatürkün uşaq sevgisinin rəmzinə çevrilmişdi.
Mənəvi atası Atatürk vəfat edəndə Ülkünün beş yaşı olub. Atatürkün ölümündən sonrakı dövrdə təhsilini tamamlamadı. Gənc yaşda ailə quran Ülkünün ilk evliliyi Atatürkün digər mənəvi qızı olan Səbihə Gökçənin əmisi oğlu baş leytenant, sonradan Kastamonu millətvəkili Fəthi Doğançay (1923-1997) ilə olub. Bu evlilikdən onların iki oğlu dünyaya gəlib.
İkinci ailə həyatını 1962-ci ildə neft taciri Yeşua Bensusen ilə quran Ülkünün yoldaşının yəhudi olması böyük sensasiyaya səbəb oldu. O, üçüncü evliliyini isə iş adamı Ökə Adatəpə ilə gerçəkləşdirib.
Ölümü Həyat yoldaşı Ökə Adatəpə ilə birlikdə İstanbulda yaşayan Ülkü Adatəpə 1 avqust 2012-ci ildə TEM magistral yolunun Sakarya-Akyazı hissəsində keçirdiyi yol qəzasında nəticəsində həyatını itirib. Məzarı Zəncirliquyu qəbiristanlığındadır.
Qalereya
Qeydlər
İstinadlar
Kateqoriya:Türkiyədə yol-nəqliyyat hadisələrində ölənlər