thumb|right|Mustafa Kamal Atatürk muzeyin açılış günündə Ülkü Adatəpə ilə thumb|right|Hüseyin Avni Lifijin "Pipolu Otoportre" tablosu thumb|right|Əbdülməcid Əfəndinin "Hərəmdə Bethoven" yağlı boya tablosu thumb|right|Ömər Adilin "Qızlar emalatxanası" tablosu İstanbul Rəsm və Heykəltəraşlıq Muzeyi () — 20 sentyabr 1937-ci ildə Dolmabağça sarayının Vəliəhd Dairəsində Türkiyənin ilk Təsviri sənət muzeyi olaraq açılan və hazırda Topxanadakı Antrepo 5 ünvanında yerləşən sənət muzeyi.
XIX əsr Osmanlı rəsm və heykəltəraşlıq nümunələri ilə Cümhuriyyət dövrünün əsas əsərlərinin toplandığı bu muzey, Memar Sinan Gözəl Sənətlər Universitetinin nəzdində fəaliyyət göstərən bir qurumdur. 1970-ci illərə qədər Türkiyənin yeganə incəsənət muzeyi olaraq fəaliyyət göstərib. Türkiyənin ən mühüm müasir türk rəngkarlıq kolleksiyası bu muzeydə toplanmışdır. Muzey ölkənin bir çox böyük şəhərlərindəki incəsənət muzeylərinin, eləcə də Dövlət İncəsənət Qalereyalarının əsas mənbəyi hesab olunur. 12 min əsərdən ibarət kolleksiyanın demək olar ki, hamısı "Sanayi-i Nəfisə" və Gözəl Sənətlər Akademiyasının (indiki Memar Sinan Gözəl Sənətlər Universiteti) üzvlərinə məxsusdur.
Muzey, Topxanada Əmrə Arolat tərəfindən muzey kimi yenidən inşa edilən "Antrepo №5" adlı binaya 2012-ci ildə köçrülmüşdür. "Antrepo №5"dəki tikinti işləri davam etdiyi üçün, muzey 2021-ci ilin dekabr ayına qədər bağlı qalıb. Tarixi Hazırlıq işləri Cümhuriyyətin elanından sonra, sənətə maraq artmış, yeni rejim 1937-ci ildə ictimai sənət muzeyinin qurulmasına qərar vermişdir. 1936-cı ildə Gözəl Sənətlər Akademiyasının müdiri Burhan Torpaq tərəfindən təşkil edilən "Əlli illik Türk sənəti" (və ya "Yarım əsrlik Türk rəsmi") adlı sərgidən sonra bu sərgini muzeyə çevirmək fikri formalaşdı. Prezident Atatürkün əmri ilə Dolmabağça sarayının Vəliəhd Dairəsi Gözəl Sənətlər Akademiyasına muzey binası üçün ayrıldı. O dövrdə bütün Avropa şəhərlərinin təqib etdiyi "Luvr muzeyi" modeli izlənilərək, yeni layihə İstanbulda yeni ulus dövlətinin simvolu olaraq muzeyə çevrildi.
Qurulmaqda olan yeni muzeyə Xəlil Dikmən müdir təyin edildi. "50 illik Türk Rəsm Sərgisi"ndə nümayiş olunan əsərlərdən Rəsm Bölməsinin rəhbəri Leopold Levinin görüb bəyəndikləri, onun istəyi ilə sənətkarlar tərəfindən muzeyə bağışlandı. Mövcud əsərlərə əlavə olaraq isə, İstanbul və Ankaradakı rəsmi idarə və kolleksiyalarda olan əsərlər Rəsm və Heykəltəraşlıq Muzeyinə, Milli Təhsil Nazirliyinin vasitəsilə gətirildi. Osmanlı imperiyası dövründə Müzey-i Hümayundəki səksən beş orijinal rəsmdən ibarət "Elvah-ı Nakşiyə" kolleksiyası ilə yanaşı, Akademiyanın 134 müəlliminin 320 əsəri muzeydə toplandı.
Muzeyin açılışı Muzey 20 sentyabr 1937-ci ildə təşkil edilmiş mərasimlə açıldı. Dolmabağça sarayında yaşayan Atatürk mərasimdə övladlığa götürdüyü qızı Ülkü Adatəpə ilə birlikdə iştirak etmişdi.
Xəlil Dikmənin səyləri nəticəsində muzey dövrün ziyalıları üçün görüş yerinə, Akademiya tələbələrinin təhsil həyatının bir hissəsinə və hər kəsə açıq mədəniyyət müəssisəsinə çevrildi. Gündəlik ziyarətçi sayı 300-400 nəfər olan muzey, İkinci Dünya müharibəsi səbəbindən, bağlanana qədər dinamizmini qoruyub saxlamışdı. II Dünya müharibəsi illəri II Dünya müharibəsi illərində muzey qismən bağlanaraq, buradakı bəzi əsərlər Anadoluya göndərildi. Muzeyin fəaliyyəti müharibə boyu müxtəlif səbəblərdən dayandırılırdı. 1942-ci ildə İstanbul Universitetinin Fən-Ədəbiyyat fakültəsində baş verən yanğın səbəbindən fakültə tədris ilini Rəsm və Heykəltəraşlıq Muzeyində başa vurmalı olmuşdu. II Dünya müharibəsindən sonra yenidən açılışı Müharibədən sonra, yenidən açılan muzey əvvəlki canlılığını bərpa edə bilmədiyindən, büdcə və idarəetmə problemləri səbəbindən tez-tez bağlanmalı olurdu. 1962–1969-cu illərdə muzeyin direktoru olmuş rəssam Nurullah Bərk, buranı daim yenilənən mədəniyyət mərkəzinə çevirmək üçün müvəqqəti sərgilərə üstünlük verərək, hər il orta hesabla iki müvəqqəti sərgi təşkil etdi. Bu sərgilər arasında daha çox səs-küy gətirəni isə, 16 iyun 1969-cu ildə açılan "XX əsr FransızsSənəti" sərgisi oldu. Sərgidə 1890–1950-ci illərdə şöhrət qazanmış, aralarında Pol Sinyak, Pablo Pikasso, Jorj Brak, Xuan Qris, Henri Matiss, Pol Qogen kimi mühüm rəssamların da olduğu 50 fransız rəssamın 50 əsəri nümayiş etdirilirdi. Böyük maraqla qarşılanan sərgini 40 min ziyarətçi ziyarət etmişdi.
Vəliəhd Dairəsinin restavrasiyası thumb|right|Qədim muzey binası (Dolmabağça sarayının Vəliəhd Dairəsi) 2007-ci ildə Milli Saraylar Müdirliyinə məxsus muzey binası restavrasiya üçün bağlandı. 2009-cu ildə binanın təmir olunmuş hissəsində "Sərginin sərgisi" adlı sərgi keçirildi. Bu sərgi, yetmiş iki il sonra, 1937-ci ildə muzeyin açılış sərgisinin simvolik yenidən canlandırılması idi.
Antrepo 5 ünvanına köçürülməsi 2012-ci ildə Vəliəhd Dairəsindəki bərpa işləri tamamlansa da, bina yenidən muzeyin fəaliyyəti üçün ayrılmadı. Bu səbəbdən kolleksiya, Topxanadakı liman anbarından muzeyə çevrilən, lakin tikintisi hələ tamamlanmamış yeni muzey binasına köçürüldü.
Yeni muzey binası, Sədat Haqqı Əldəm tərəfindən layihələndirilmiş və 1955-ci ildə inşa edilmiş 5 nömrəli antrepoun (anbarın) yerində, onun tələbəsi Əmrə Arolat tərəfindən 2011-ci ildə dizayn edilmişdir. Bina, köhnə tikilinin bünövrəsində heç bir dəyişiklik edilmədən, fasadı birəbir nümunə götürülərək inşa edilmişdir. İnşaatı on il davam edən müddət ərzində muzeydəki eksponatlar bərpa edilmişdir.
Muzeyin kolleksiyalarının bir hissəsi 2014-cü ildən etibarən Karaköydəki 5 nömrəli Antreponun girişindəki müvəqqəti sərgi salonlarında təşkil edilən sərgilər vasitəsilə ziyarətçilərə təqdim olunub. Bu sərgilərdən ilki 15 fevral – 15 mart 2014-cü il tarixlərində keçirilən "Elvah-i Nakşiyədən günümüzə MSGSÜ Rəsm və Heykəltəraşlıq Muzeyi kolleksiyalarından seçmələr" adlı sərgi olub.
Muzey 10 illik tikinti prosesindən sonra, 2021-ci ilin dekabr ayında ziyarətçiləri üçün yenidən açıldı.
Kolleksiyası İstanbul Rəsm və Heykəltəraşlıq Muzeyinin kolleksiyaları Türkiyənin yüzillik tarixinin ən mühüm arxivlərindən biridir. Əsərlər mütamadiyən sərgilənə bilməsə də, 1937-ci ildən bəri Akademiya tərəfindən qorunaraq, kataloqlaşdırılmışdır.
İstanbul Rəsm və Heykəltəraşlıq Muzeyinin kolleksiyasında, türk və dünya rəssamlarına aid rəsm, heykəl, orijinal çap əsərləri, Əntiq və İntibah dövrlərinə aid qəliblərlə yanaşı, muzeyə bağışlanmış özəl kolleksiyalardan da nümunələr mövcuddur. XIX-XX əsrin I yarısına aid muzey kolleksiyasında 10140 rəsm və 651 heykəl olub. Rəsm bölməsində əsasən yağlı boya ilə işlənmiş əsərlər üstünlük təşkil edir. Səbri Bərkəlin 4468 əsəri muzeyin inventarında qeydiyyata alınıb, kolleksiyada 10 ikon, 107 keramika və 79 xəttatlıq nümunəsi yer alıb. XVIII-XIX əsr Qərb sənətkarları ilə yanaşı, müasir dövrün Andre Deren, Leopold Levi, Anri Matiss, Pikasso, Moris Utrillo kimi məşhur rəssamların əsərləri də yer alıb.
Muzeyin qeydiyyatında olan 404 tablo hazırda muzeydə deyil. 1984-cü ilin dekabrına qədər 339 əsər yuxarı instansiyaların tələbi əsasında səfirlik binalarına, xarici dövlət xadimlərinə hədiyyə olaraq və Anadoluda açılan muzeylərə paylanaraq muzeydən çıxarılmışdır. Hansı əsərin hansı quruma verildiyi, əsərin adı və fotoşəkili qeydiyyata alınmışdır.
Dövlət Rəsm və Heykəl sərgilərində mükafat qazanan əsərlər, satınalma və ianələr hesabına zənginləşən Muzey kolleksiyasından bəzi əsərlər İzmir, Ankara, Antalya, Balıkəsir, Bursa və Yalvaç kimi bölgələrin Dövlət Qalereyalarına göndərilmişdir. Muzey ölkənin digər şəhərlərindəki sənət muzeyləri və qalereyaları üçün mənbə rolunu oynamışdır.
Muzeyə sonuncu eksponat 1980-ci ildə alınıb. Rəsm kolleksiyası Rəsm kolleksiyasında Cümhuriyyət dövrünün ən önəmli rəssamlarından bəzilərinin əsərləri yer alır. Kolleksiyalardan biri də sarayın xaricindəki "Elvah-i Nakşiyə" kolleksiyasındadır. Xəttatlıq kolleksiyası İstanbul Rəssamlıq və Heykəltəraşlıq Muzeyinin xəttatlıq kolleksiyasında türk xəttatlığının son ustalarının nadir nümunələri daxildir. Bu kolleksiya, İncəsənət Akademiyasının Türk Sənətləri kafedrasının professorları olan Nəcmetdin Okyay, Beşiktaşlı Hacı Nuri Korman, Məcid Ayral və İsmayıl Haqqı Altunbəzərin əsərlərindən ibarətdir. Keramika kolleksiyası İstanbul Rəsm və Heykəltəraşlıq Muzeyinin Keramika kolleksiyası, Türk keramika sənətinin mühüm əsərlərindən ibarət kolleksiyadır. Türkiyənin ilk keramika kafedrası 1929-cu ildə Muzeyin tabe olduğu Memar Sinan Gözəl Sənətlər Universitetində qurulmuşdur. Bu kafedra Türk keramika sənətinin inkişafına mühüm töhfələr vermişdir.
İstanbul Rəsm və Heykəltəraşlıq Muzeyinin Keramika kolleksiyasında bu kafedranın yetirmələri olan İsmayıl Haqqı Oyqar, Vədat Ar, Haqqı İzzət, Nasip İyəm, Atilla Qalatalı kimi mühüm sənətkarların əsərləri yer alır. Bu əsərlər, fərqli texnikalarda müxtəlif ölçü və zəngin naxışlara malik orijinal nümunələrdən ibarətdir.
Memarlığı thumb|right|İstanbul Rəsm və Heykəltəraşlıq Muzeyinin yan fasadı Sədat Haqqı Əldəm tərəfindən layihələndirilmiş muzey, 1960-cı ildə inşa edildiyi gündən bəri qapalı qalan 5 nömrəli antreponun (anbarın) yerində, 2011-ci ildə Əldəmin tələbəsi olan Əmrə Arolat tərəfindən dizayn edilmişdir. 2011–2019-cu illərdə isə həmin bina muzeyə çevrilmişdir.
Sökülərək, ləğv edilmiş dəmir-beton şəbəkə sistemi yenidən qurulmuş və sənət əsərlərini qruplaşdıraraq qoruyacaq, eyni zamanda sərgi salonu kimi istifadə olunacaq konteynirlər əlavə edilmişdir. Bu konteynir bölmələr binanın daxilində rampa və körpülərdən ibarət şəbəkə vasitəsilə bir-birinə bağlıdır. Binanın fasadı əsas xəttdən tarixi dəyərini əks etdirəcək şəkildə ayrıdır.
Ziyarətçilər muzeyə ticarət bölmələri, emalatxanalar və ictimai obyektlərin yerləşdiyi böyük zaldan daxil olurlar.
Qeydlər
İstinadlar
Xarici keçidlər MimarSinan Üniversitesi ve Heykel Müzeleri Yönetmeliği Sanatın Kurumsallaşması Sürecinde İstanbul Resim ve Heykel Müzes i başlıklı doktora tezi, 2011.
Kateqoriya:İstanbul muzeyləri Kateqoriya:Memar Sinan İncəsənət Universiteti