İrsən keçən perlik (; ) — Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığında təbəələrin ömürlük perlikdən fərqli olaraq, titulu miras qala bilən perlik dərəcəsində zadəganlıq rütbəsinə yüksəldilməsi sistemi.
İrsən keçən perlər Britaniya perliyinin bir hissəsidir. 2025-ci ilin avqust ayına olan məlumata görə, 800 irsən keçən per mövcuddur: 30 hersoq (o cümlədən altı kral qanı hersoqu), 34 markiz, 189 qraf, 108 vikont və 439 baron (köməkçi titullar bura daxil deyil).
1963-cü il Perlik Aktının qəbulu nəticəsində İrlandiya perləri istisna olmaqla, bütün perlər Lordlar Palatasında oturmaq hüququ qazanmışdılar. 1999-cu il Lordlar Palatası Aktı qüvvəyə mindikdən sonra, yalnız bütün irsən keçən perlər tərəfindən və onların arasından seçilən 92 irsən keçən per (əgər onlar eyni zamanda ömürlük per deyillərsə) bu hüquqa malikdir. Perlər Lordlar Palatasına çağırış vərəqəsi () vasitəsilə dəvət olunurlar.
Bütün irsi titullar perlik titulu hesab olunmur. Məsələn, baronetlər və baronessalar öz titullarını miras verə bilsələr də, onlar per deyillər. Əksinə, ömürlük perlər kimi qeyri-irsi titul sahibi də perliyə aid ola bilər. Perlik patent qramotası vasitəsilə yaradıla bilər, lakin yeni irsən keçən perliklərin verilməsi əhəmiyyətli dərəcədə azalıb; 1965-ci ildən bəri cəmi yeddi irsən keçən perlik yaradılıb ki, onlardan dördü Britaniya kral ailəsi üzvləri üçündür. İrsən keçən perliyin sonuncu verilməsi 2019-cu ildə II Elizabetin kiçik oğlu, Şahzadə Eduarda (Forfar qrafı titulu ilə) məxsusdur; kral ailəsinə mənsub olmayan şəxsə irsən keçən perliyin sonuncu verilməsi isə 1984-cü ildə keçmiş Baş nazir Harold Makmillana (Stokton qrafı və köməkçi Vikont Makmillan titulu ilə) verilmişdir.
İstinadlar
Ədəbiyyat siyahısı
Böyük Britaniya qanunvericiliyi
Xarici keçidlər
Kateqoriya:Birləşmiş Krallıqda per titulu Kateqoriya:Zadəganlıq Kateqoriya:Böyük Britaniya mükafatları Kateqoriya:Qohumluq və kök