Kinematikada bir obyektin yeyinliyi (adətən ilə işarə olunur), onun zaman daxilindəki mövqeyinin dəyişmə mütləq qiyməti və ya vahid zamandakı mövqe dəyişikliyinin miqdarıdır; beləliklə, bu, mənfi olmayan skalyar kəmiyyətdir. Introduction of the speed/velocity terminology by Prof. Tait, in 1882. Bir obyektin müəyyən zaman fasiləsindəki orta yeyinliyi, obyektin qət etdiyi yolun həmin zaman fasiləsinin müddətinə nisbətinə bərabərdir; ani yeyinlik isə zaman fasiləsinin müddəti sıfıra yaxınlaşdıqca orta yeyinliyin limitidir. Yeyinlik, hərəkət istiqamətini də göstərən sürət vektorunun (bir vektorun) mütləq qiymətidir.
Yeyinlik zaman daxilində qət edilən yolun ölçüsünə malikdir. Beynəlxalq Vahidlər Sistemində (BS) yeyinlik vahidi metr/saniyə (m/san) hesab olunur, lakin gündəlik həyatda ən çox istifadə edilən vahid kilometr/saat (km/saat) və ya ABŞ və Böyük Britaniyada mil/saat (mph) kəmiyyətidir. Hava və dəniz səyahətləri üçün isə adətən düyün vahidindən istifadə olunur.
Xüsusi nisbilik nəzəriyyəsinə görə, enerji və ya informasiyanın hərəkət edə biləcəyi mümkün olan ən yüksək yeyinlik vakuumdakı işıq sürətidir (c = 299792458 metr/saniyə; təxminən 1079000000 km/saat və ya 671000000 mph). Materiya işıq sürətinə çata bilməz, çünki bu, sonsuz miqdarda enerji tələb edərdi. Nisbilik fizikasında "sürətlik" anlayışı klassik yeyinlik ideyasını əvəz edir.
Həmçinin bax Sürət
İstinadlar
Kateqoriya:Sürət