Faiq Cavad oğlu Tağı-zadə () — Azərbaycan həkimi, fövqəladə hallar nazirinin müavini (2006-cı ildən), tibb xidməti general-leytenantı (2010), Azərbaycan Respublikasının əməkdar həkimi (2007).
Həyatı Faiq Cavad oğlu Tağı-zadə 17 noyabr 1951-ci ildə Bakı şəhərində anadan olmuşdur. Azərbaycan Dövlət Tibb İnstitutunu bitirmişdir.
Azərbaycan Respublikası Prezidentinin 3 may 2006-cı il tarixli Sərəncamı fövqəladə hallar nazirinin müavini təyin edilmişdir.
Faiq Tağı-zadəyə 1 iyun 2006-cı ildə tibb xidməti general-mayoru,, 13 dekabr 2010-cu ildə isə tibb xidməti general-leytenantı ali hərbi rütbələri verilmişdir.
Tibb üzrə fəlsəfə doktorudur. Ailəlidir, 3 övladı var.
Təltifləri "Azərbaycan Respublikasının əməkdar həkimi" fəxri adı — 14 iyun 2007 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni — 14 dekabr 2018 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni — 14 dekabr 2013
İstinadlar
Kateqoriya:Azərbaycan Respublikasının nazir müavinləri