Lorens Duqlas Fink (t. 2 noyabr 1952-ci il), amerikalı milyarder iş adamıdır. O, Amerika çoxmillətli investisiya idarəetmə korporasiyası olan BlackRock-un həmtəsisçisi, sədri və baş direktorudur. BlackRock, idarəçiliyində 10 trilyon ABŞ dollarından çox aktivə malik dünyanın ən böyük pul idarəetmə şirkətidir. Forbes jurnalına görə, 2024-cü ilin aprel ayında Finkin xalis sərvəti 1.2 milyard ABŞ dolları olaraq qiymətləndirilirdi. O, Dünya İqtisadi Forumunun həmsədridir. 2025-ci ildə Time jurnalı onu dünyanın ən nüfuzlu 100 nəfəri siyahısına salmışdır.

İstinadlar

Kateqoriya:ABŞ bankirləri