Qlobal idarəetmə () — ümumi rifah naminə fəaliyyətləri tənzimləyən institutlar, proseslər, normalar, rəsmi müqavilələr və qeyri-rəsmi mexanizmlər çərçivəsində yaranan məqsədyönlü nizam.
Daha geniş mənada bu termin beynəlxalq iqtisadi inteqrasiyanın bütün növlərini və müasir qlobal çağırışlara cavab vermək məqsədilə beynəlxalq təşkilatların transformasiyasını xarakterizə edir.
Tarixi
Qlobal idarəetmə konsepsiyası 1980-ci illərdən başlayaraq alimlər tərəfindən aktiv şəkildə inkişaf etdirilir. Bu konsepsiya bir çox cəhətdən İmmanuel Vallerştaynın milli dövlətlərin hakimiyyətinin məhdudlaşdırılması barədə ideyalarına əsaslanır. Belə ki, müasir dövlət mütləq şəkildə dünya iqtisadiyyatı ilə birlikdə inkişaf edən dövlətlərarası (beynəlxalq) sistemin iştirakçısı olmalıdır.
Qlobal idarəetmənin əsas xüsusiyyətləri
Milli sərhədlərdən kənara çıxan və beynəlxalq, transmilli və ya regional səviyyələrdə baş verən fəaliyyət növlərini tənzimləyir; Əsas aktorlar qismində dövlət, özəl və hibrid institutlar, həmçinin qlobal siyasi və iqtisadi şəbəkələr çıxış edir; Müştərək dəyərlər və prinsiplər əsasında formalaşmış qayda və prosedurlara söykənir; Beynəlxalq rejimlərin formalaşmasını və müxtəlif ölkələrin milli qanunvericiliyinin harmonizasiyasını şərtləndirir; Ümumi qaydalara riayət olunması ilk növbədə iqtisadi və ideoloji motivlərlə təmin edilir.
Qlobal idarəolunmazlıq
Qlobal idarəetmənin mənfi effektlərinin tənqidi aspektlərindən biri də qlobal idarəolunmazlıq () anlayışıdır. Bu termin 1996-cı ildə britaniyalı iqtisadçı Suzan Streync tərəfindən təklif edilmişdir. O, qlobal bazarların inkişafı sayəsində hakimiyyətin milli hökumətlərdən transmilli təşkilatlara və ya qeyri-dövlət subyektlərinə doğru diffuziyasını (yayılmasını) ifadə edir. Müasir təfsirdə bu termin həmçinin, qeyri-müəyyənlik şəraitində və ya qloballaşma hədəflərinə (məsələn, Dayanıqlı İnkişaf Məqsədləri) sürətlə nail olmağın qeyri-mümkünlüyü vəziyyətində beynəlxalq təşkilatların spesifik idarəetmə rejimini bildirir.
İstinadlar
Xarici keçidlər
GLOGO - The Global Governance Monitoring System
Kateqoriya:Qloballaşma Kateqoriya:Qlobal siyasət Kateqoriya:Beynəlxalq münasibətlər Kateqoriya:Qlobal idarəetmə Kateqoriya:Dünya hökuməti Kateqoriya:Beynəlxalq təşkilatlar Kateqoriya:Demoqrafiya