Norveç pasportu — Norveç vətəndaşlarının pasportu. Norveç vətəndaşlığının sübutu kimi xidmət etməklə yanaşı, xaricdəki Norveç konsulluqlarından yardım almaq prosesini asanlaşdırır.
Pasport, milli şəxsiyyət vəsiqəsi ilə birlikdə Avropa Azad Ticarət Assosiasiyasının və Avropa İqtisadi Birliyinin hər hansı bir dövlətində sərbəst hərəkət etmək imkanı verir.EUR-Lex Access to European Union lawDECISION OF THE EEA JOINT COMMITTEE
Bunun səbəbi Norveçin AATA üzvü, eləcə də Avropa İqtisadi Bölgəsinin üzvü və Şengen zonasının bir hissəsi olmasıdır. Norveç vətəndaşları Skandinaviya ölkələri daxilində səyahət etdikdə onlardan qanuni olaraq heç bir şəxsiyyət sənədi tələb olunmur.
Pasport növləri Norveç yeddi növ pasport və səyahət sənədləri verir:"Kontrollveileder for Norske Pass [Control Guide for Norwegian Passports"]
Adi Norveç pasportu — Norveç pasportunun örtüyü qırmızı rəngdədir. 16 yaşdan yuxarı şəxslərə verilən pasportlar 10 il müddətinə etibarlıdır.
Müvəqqəti pasportlar — ağ örtüklü olurlar. Diplomatik pasportlar — firuzəyi rəngli üzlüklükləri olur. Xidməti pasportlar — firuzəyi rəngli üzlüklükləri olur. İmmiqrant pasportu — Norveç vətəndaşlığına və ya Norveçdə yaşamaq icazəsinə malik olmayan, lakin vətəndaşı olduqları ölkədə pasport ala bilməyən şəxslərə verilir. Pasport örtüyü boz rəngdədir. Pasport sahiblərinin bu pasportla vətəndaşları olduğu ölkəyə getmələri qadağandır. Birdəfəlik immiqrasiya pasportu — Norveç vətəndaşlığına və ya Norveçdə yaşamaq icazəsinə malik olmayan, lakin gözlənilməz xaricə səfər üçün öz ölkəsindən vaxtında pasport ala bilməyən şəxslərə təqdim edilir. Pasportun üz qabığı boz rəngdədir. Pasport yalnız bir səfər üçün istifadə edilə bilər. Köçkünlər üçün səyahət sənədi — Norveçdə sığınacaq almış şəxslərə verilən göy örtüklü qaçqın səyahət sənədi.
Görünüşü və ehtiva edən məlumatlar Müasir Norveç pasportları qırmızı rəngdədir. Üz qabığının yuxarı sol hissəsində Norveçin gerbi var. Aşağı sol küncüdə "Kongeriket Norge", "Kongeriket Noreg", "Norgga gonagasriika" və "Norveç Krallığı" ("Norveç Krallığı" Bokmål və Nynorsk (müvafiq olaraq Norveçin iki forması), Şimali Sami və İngilis dillərində) sözləri və aşağıda "Pass", "Passa" və "Pasport" sözləri yazılıb. Biometrik pasportların altında standart biometrik simvol var.
Şəxsiyyət məlumatları səhifəsi Norveç pasportunun cari versiyasına aşağıdakı məlumatlar daxildir: Pasport sahibinin şəkli Yazın ("P" ilə başlayan iki hərfli kod) Norvec Dövlətinin kodu (NOR) Pasport nömrəsi Soyadı Adı Vətəndaşlığı (NORSK/NORVEÇ) Doğum tarixi Buraxılış tarixi İstifadə müddəti Verən orqan (polis idarəsi) Cinsi Hündürlüyü Doğum yeri (üç hərfli ölkə kodu, Norveçdə doğulanlar üçün NOR) Altı rəqəmli nömrəsi (CAN)Pasportun əvvəlki variantında məlumat səhifəsində sahibinin imzası və şəxsi nömrəsi göstərilmişdir. İndiki versiyada onlar ora köçürülüb.
Məlumat səhifəsi "P<NOR" ilə başlayan maşın tərəfindən oxuna bilən zona ilə bitir.
Biometrik məlumatlar Avropa İttifaqının 2252/2004 və 444/2009 qaydalarına uyğun olaraq, Norveç pasportları minimum təhlükəsizlik standartlarına cavab verməlidir. Norveç bu qaydalara əməl etməyə borcludur, çünki Aİ İslandiya və Norveç arasında bağlanmış Sazişə əsasən Şengen müddəalarının işlənib hazırlanmasını təşkil edir. Agreement concluded by the Council of the European Union and the Republic of Iceland and the Kingdom of Norway concerning the latters' association with the implementation, application and development of the Schengen acquis
Biometrik pasportlar rəqəmsal formatda çap edilmiş pasport məlumatlarını ehtiva edən radiotezlik identifikasiyası (RFID) çipi, həmçinin JPEG fotoşəkili və məlumatların həqiqiliyini və etibarlılığını yoxlamaq üçün rəqəmsal açarı ehtiva edir.
2009-cu ildən Şengen zonasına üzv dövlətlərin pasportlarında barmaq izlərinin saxlanması məcburidir. Norveç 6 aprel 2010-cu ildən yeni pasport üçün müraciət edən şəxslərin barmaq izi məlumatlarını saxlamağa başlayıb."Pass med biometri (e-pass)". Norwegian Police.
Dilləri Adi və təcili pasportlarda məlumatlar səhifəsi Norveç (Bokmål və Nynorsk), Saam dili və İngilis dillərində çap olunur.
Bununla belə, diplomatik, xidməti və xüsusi pasportlarda bütün məzmunlar (o cümlədən üz qabığı və daxili səhifələr) yalnız ingilis və fransız dillərində çap olunur.
1990-cı illərə qədər adi pasportlardakı məlumatlar Norveç, Fransız, İngilis və Alman dillərində çap olunurdu. Məlumatlar bir səhifədə birləşdirildikdə fransız və alman dilləri silindi.
Təsviri
Yeni dizaynlı pasportların alınması 2016-cı ildə qeyd olunub. Bu pasportlar şəxsiyyət vəsiqələrinin və səyahət sənədlərinin təhlükəsizliyini artırdı. Lakin bu pasportların tətbiqi 2018-ci ilin ortalarına təxirə salındığı açıqlandı.
2019-cu ilin avqustunda yeni pasportların tətbiqinin yeddinci dəfə, 2020-ci ilin oktyabr ayına təxirə salındığı açıqlandı."Nå kommer nye pass og ID-kort" Təzə pasportlar 19 oktyabr 2020-ci ildə təqdim edildi.
Milli şəxsiyyət vəsiqəsi Norveç milli şəxsiyyət vəsiqələri 30 noyabr 2020-ci il tarixindən etibarən verilməyə başladı."Nå kan du søke om nasjonalt ID-kort" Pasport təqdim etməyə alternativ olaraq, Norveç vətəndaşları Avropa Azad Ticarət Assosiasiyası, Avropa İqtisadi Bölgəsi və Şpitsbergen ərazilərində sərbəst hərəkət hüququnu həyata keçirmək üçün milli şəxsiyyət vəsiqəsindən istifadə etmək hüququna malikdirlər. Bundan əlavə, vəsiqəynən Avropa dövlətləri, Balkan ölkələri, Fransanın Xarici Əraziləri, Montserrat (maksimum 14 gün) və Tunisə təşkil edilən turlar üçün səyahət sənədi kimi istifadə etmək olar. 1 oktyabr 2021-ci ilə qədər Birləşmiş Krallığa səyahət etmək üçün istifadə edilirdi..
Müraciətlər xüsusi pasport şöbələrində və ya səfirliklərdə aparılır."Pass og ID-kort" Təcili pasportlar yalnız Norveçin əsas hava limanlarında və ya səfirliklərində təqdim edilir.
İdentifikasiya tələbləri Ərizə təqdim edilərkən ərizəçinin şəxsiyyəti müəyyən edilməlir. Bu aşağıdakı kimi edilir:
Etibarlı və ya müddəti bitmiş Norveç pasportunun təqdimatı (oğurlanıbsa və ya itibsə, bu barədə məlumat verilməlidir). Norveç pasportu yoxdursa, bank kartı kimi etibarlı Norveç şəxsiyyət sənədi təqdim edilməlidir. Şəxsiyyət sənədi yoxdursa, işəgötürəndən və ya oxduğu yerdən arayış kimi sənəd təqdim etmək lazımdır. Yeni vətəndaşlara Norveç vətəndaşlığının təsdiq məktubu, yaşayış icazəsi kartı, digər ölkənin pasportu, qaçqın olmasını təsdiq edən səyahət sənədləri lazımdır.
Ərizəçinin şəxsiyyəti onun təqdim etdiyi məlumatların və ya sənədlərin onun şəxsiyyətini təsdiq etdiyinə şübhə olmadıqda müəyyən edilmiş sayılır.
Viza tələbləri
Norveç vətəndaşları üçün viza tələbləri digər ölkələrin səlahiyyətli orqanları tərəfindən Norveç vətəndaşlarına tətbiq edilən giriş məhdudiyyətləridir. 5 oktyabr 2021-ci il tarixindən etibarən Norveç vətəndaşları 185 ölkə və əraziyə gedərkən vizasız və ya girişdə viza imkanına malik idilər. Henley Passport Indeksinə görə Norveç pasportu səyahət azadlığına görə (Çexiya, Yunanıstan, Malta, Böyük Britaniya və ABŞ kimi) 7-ci yerdədir.
Avropa Azad Ticarət Assosiasiyasının üzvü olan Norveç vətəndaşları AATA Konvensiyasına uyğun olaraq digər AATA Üzv Dövlətlərində yaşamağa və işləməyə icazə verən hərəkət azadlığından istifadə edirlər. Bundan əlavə, Norveçin Avropa İqtisadi Bölgəsinə üzv olması səbəbindən Norveç vətəndaşları bütün AİB Üzv Dövlətləri daxilində hərəkət azadlığından istifadə edirlər. Vətəndaşların Hüquqları Direktivi AİB vətəndaşları üçün sərbəst hərəkət hüququnu müəyyən edir və bütün AATA və Aİ vətəndaşları yalnız vizadan azad deyil, həm də qanuni olaraq bu ölkələrə daxil olmaq və yaşamaq hüquqları var.Norway PASSPORT DASHBOARD
İstinadlar
Xarici keçidlər About Passport and ID Card Norwegian Passport Info Images of a 1923 Norwegian passport
Kateqoriya:Norveçin xarici siyasəti Kateqoriya:Pasportlar Kateqoriya:Şəxsiyyət sənədləri Kateqoriya:Dövlət sənədləri Kateqoriya:Norveç