İlhamə Məhəmmədqızı (tam adı: İlhamə Məmməd qızı Məmmədova; 11 iyun 1969, Sumqayıt, Azərbaycan SSR, SSRİ) — jurnalist, yazıçı, şair-publisist, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Azərbaycan Yazıçılar Birliyinin üzvü

Həyatı İlhamə Məhəmmədqızı 1969-cu il iyun ayının 11-də Sumqayıt şəhərində anadan olub.

Əslən Borçalı mahalındandır. Borçalı mahalının Keşəli kəndində doğulan ulu babası Hüseyn Vəli oğlu 19-cu əsrin ikinci yarısında orada tanınmış xeyriyəçi olub. El arasında ona Katta Söyün deyirmişlər.

Sumqayıt şəhər 21 nömrəli tam orta məktəbdə oxuyub. Artıq məktəbdə oxuduğu illərdə bədii yazıları və məqalələri "Pioner", "Azərbaycan gəncləri", "Sosialist Sumqayıtı" qəzetlərində çap olunub.

Fəaliyyəti

Məktəbi bitirdikdən sonra ilk əmək fəaliyyətinə Sumqayıt şəhər radio verilişləri redaksiyasında diktor kimi başlamışdır. Bununla yanaşı, o həmçinin fəal jurnalist fəaliyyətini davam etdirib, jurnalist ixtisası üzrə işləyir.

İlhamə Məhəmmədqızı 1990-ci ildə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinə qəbul olunur və 1995-ci ildə bu təhsil müəssisəsini müvəffəqiyyətlə bitirib bakalavr dərəcəsi alıb.

Təhsilini başa vurduqdan sonra jurnalist fəaliyyətini davam etdirir, özünə məxsus olan tərzdə bu işə yaradıcılıqla yanaşır. Belə ki, onun yazıları təkcə respublika mətbuatında deyil, həmçinin Gürcüstanda, İranda və daha sonra Türkiyədə də çap olunub. Müxtəlif illərdə Azərbaycanın dövri mətbuatında uğurla çalışıb. "Sintez", "Kauçuk", "168 saat", "Hər şey sizin üçün", "Borçalı", "Qafqazpress", "Azad Azərbaycan" qəzetlərində, "Azərbaycan dünyası", "İT Magazine", "Formula uspexa" jurnallarında müvəffəqiyyətlə fəaliyyət göstərib. "İdeal Market" qəzetinin təsisçisi və Baş redaktoru, "İstedad" MMC-nin təsisçisi və Baş direktoru olur. Dünya TV-nin "Əsrin sədası" qəzetinin Baş redaktoru vəzifəsində çalışıb. Dünya TV-də yayımlanan "Həmsöhbət" verilişinin müəllifi və aparıcısı. Sumqayıt şəhər İcra Hakimiyyətinin təsis etdiyi "Sumqayıt" qəzetinin məsul işçi, həmçinin "edebiyyatveincesenet.az" saytının Sumqayıt təmsilçisi.

İlhamə Məhəmmədqızı tək jurnalist kimi deyil, həm də yazıçı, şair kimi imzası ilə tanınan, sevib-seçilən və yaradıcılıq fəaliyyətinin çox şaxəli budaqlar ilə ətrafa kölgə salan, ədəbi cameənin diqqətindən kənarda qalmayan şəxsdir. Bir sıra kitabların müəllifidir. Həmin kitablarda insan taleyi, yurd sevgisi və saf məhəbbət mövzularında qələmə aldığı bütün yazılarda onun səmimi, kövrək duyğuları sezilir. Ulu Öndərin 100 illiyinə həsr olunmuş dövlət sifarişli "Dahinin xatirəsinə" adlı kitabın elmi redaktoru olub.

Təfəkkür Universitetinin filologiya fakültəsinin jurnalistika ixtisası üzrə dərs deyibdir.

İlhamə Məhəmmədqızı Azərbaycan Jurnalistlər Birliyinin və Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. Uğurlu yaradıcılığına görə Həsən bəy Zərdabi mükafatı, "Azərbaycan milli mətbuatının 150 illiyi (1875–2025)" yubiley medalı, Sumqayıt şəhər İcra Hakimiyyəti və digər qurumlar tərəfindən dəfələrlə fəxri fərman, diplom və mükafatlara layiq görülüb.

Jurnalist işlədiyi müddət ərzində yüzlərlə müsahibə və reportaj hazırlamışdı. Vaxtaşırı yerli və ölkə televiziya kanallarının qonağı olur.

Təltif və Mükafatları

"Azərbaycan milli mətbuatının 150 illiyi (1875–2025)" yubiley medalı — 30 oktyabr 2025-ci il. Həsən bəy Zərdabi mükafatı - 11 mart 2001-ci il.

İctimai fəaliyyəti

Azərbaycan Jurnalistlər Birliyinin üzvü — 2000-ci il, vəsiqə № AZE-136. Azərbaycan Yazıçılar Birliyinin üzvü — 2022-ci il, vəsiqə № 0639.

Kitabları

Xatırla məni. Şirvannəşr, Bakı-1997 Dərdə açma qapını. Bakı-2001 Möcüzə işığında. Söz dünyam. Bakı-2006 Ömrün naxışları. Sumqayıt, "Dərələyəz-M" mətbəəsi, 2011, 320 səh., D 525000-95145-09 M Var olsun yaxşılar və yaxşılıqlar. Sumqayıt-2013 Zirvəyə doğru. Bakı-2013 // UP TO APEX. Baku-2013 Hikmət dünyası. Sumqayıt-2014 Bəs kimə deyim. Sumqayıt, "Bilik" nəşriyyatı, 2014, 144 səh., D 525000-304354-09 M Bizim istedadlar. Xoşbəxtəm varlığımla, yaradıcılığımla. Azəri Nəşirləri. Sumqayıt Azəri poliqrafiya, 2025, 448 səh. D 525000-10411092-09 M

İstinadlar

Kateqoriya:11 iyunda doğulanlar Kateqoriya:1969-cu ildə doğulanlar Kateqoriya:Sumqayıtda doğulanlar Kateqoriya:Bakı Dövlət Universitetinin məzunları Kateqoriya:Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin məzunları Kateqoriya:Azərbaycan Jurnalistlər Birliyinin üzvləri Kateqoriya:Azərbaycan jurnalistləri Kateqoriya:Azərbaycanlı jurnalistlər Kateqoriya:Azərbaycan Yazıçılar Birliyinin üzvləri Kateqoriya:Azərbaycan yazıçıları Kateqoriya:Azərbaycanlı yazıçılar Kateqoriya:Azərbaycanın qadın yazıçıları Kateqoriya:"Azərbaycan milli mətbuatının 150 illiyi (1875–2025)" yubiley medalı ilə təltif edilənlər Kateqoriya:Həsən bəy Zərdabi mükafatı laureatları