Juan Gimaraynş Roza (; ) — Braziliya romançısı, hekayə yazarı, şair və diplomat.http://www.academia.org.br/academicos/joao-guimaraes-rosa/biografia Academia Brasileira de Letras - Biografia
Roza cəmi bir roman yazmışdır: “Grande Sertão: Veredas” (ingilis dilində “The Devil to Pay in the Backlands” kimi tanınır). Bu əsər arxaik və danışıq dilinin sintezi, həmçinin Braziliyanın daxili bölgələrinin (sertão) şifahi dilindən ilhamlanan neologizmlərin (yeni sözlərin) tez-tez istifadəsi ilə seçilən inqilabi bir mətndir. Dərin fəlsəfi mövzularına görə tənqidçi Antonio Kandido bu kitabı "metafizik roman" kimi xarakterizə etmişdir. Əsər çox vaxt Ceyms Coysun "Uliss" romanının Braziliya ekvivalenti hesab olunur.Literatura e Arte - Cronópios (in Portuguese)Rubedo | Artigos | Viver é muito perigoso: o Grande Sertão reimaginado Henrique Pereira O Biscoito Fino e a Massa: Ulisses, de James Joyce: Celebração do Bloomsday (in Portuguese) 2002-ci ildə "Bokklubben" Dünya Kitabxanası tərəfindən keçirilən sorğuda "Grande Sertão: Veredas" bütün dövrlərin ən yaxşı 100 kitabı siyahısına daxil edilmişdir.
Roza sağlığında, hər biri sertão həyatından bəhs edən, lakin eyni zamanda universal ədəbiyyatın mövzularına və ekzistensial məsələlərə toxunan dörd hekayə kitabı da nəşr etdirmişdir. O, 1967-ci ildə — Ədəbiyyat üzrə "Nobel" mükafatına namizəd göstərildiyi ildə — ürək tutmasından vəfat etmişdir.
İstinadlar
Xarici keçidlər
Kateqoriya:27 iyunda doğulanlar Kateqoriya:1908-ci ildə doğulanlar Kateqoriya:19 noyabrda vəfat edənlər Kateqoriya:1967-ci ildə vəfat edənlər Kateqoriya:Əlifba sırasına görə şəxslər Kateqoriya:Braziliya yazıçıları Kateqoriya:Esperantoçular Kateqoriya:Braziliya diplomatları Kateqoriya:Hərbi həkimlər