Serbiyanın Azərbaycandakı səfirliyi — Serbiya Respublikasının Azərbaycanda rəsmi nümayəndəliyi. Səfirlik Serbiyanın rəsmi nümayəndəliyi olaraq Azərbaycan ilə Serbiya arasında diplomatik münasibətlərə aid bütün məsələləri əhatə edir. O, Serbiyanın siyasi, iqtisadi, maliyyə və hüquqi məsələləri, eləcə də elm, təhsil, mədəniyyət və s. sahələrində maraqlarını Azərbaycan Respublikasında təmsil edir.
2021-ci ildən Serbiyanın Azərbaycanda Fövqalada və səlahiyyətli səfiri Draqan Vladisavljeviçdir.
Haqqında Keçmiş Yuqoslaviya Azərbaycanın müstəqilliyini 31 dekabr 1991-ci ildə tanımışdır. Serbiya və Monteneqro İttifaqı ilə Azərbaycan Respublikası arasında ikitərəfli diplomatik münasibətlər 21 avqust 1997-ci ildə qurulmuşdur.
8 iyun 2011-ci ildə Azərbaycanın Serbiyada səfirliyi açılılıb.
2011-ci ilin fevral ayında Serbiyanın Azərbaycanda səfirliyi təsis edilmişdir.
Parlamentlərarası əlaqələri Azərbaycan Respublikası Milli Məclisində Azərbaycan —Serbiya parlamentlərarası əlaqələr üzrə işçi qrupu təsis ediıib.
Serbiya Respublikasının Parlamentində Serbiya-Azərbaycan parlamentlərarası dostluq qrupu fəaliyyət göstərir.Serbiya parlamentinin dostluq qrupunun rəhbəri Azərbaycana təşəkkür edib
Səfirlər Serbiyanın Azərbaycanda səfiri Serbiya Respublikasını Azərbaycanda təmsil edən ən yüksək diplomatik vəzifəli şəxsdir.
Səfir Müddət başlanğıcı Müddətin sonuVladimir Curqus ПРЕЗИДЕНТ ИЛЬХАМ АЛИЕВ ПРИНЯЛ ВЕРИТЕЛЬНЫЕ ГРАМОТЫ НОВОГО ЧРЕЗВЫЧАЙНОГО И ПОЛНОМОЧНОГО ПОСЛА СЕРБИИ В АЗЕРБАЙДЖАНЕ 2010 2011Zoran Vayoviç 2011 2014 Neboyşa Rodiç 20142021Draqan Vladisavljeviç2021
Viza Azərbaycanla Serbiya arasında viza rejimi ləğv edilib. Hər iki dövlətin vətəndaşları digər ölkədə 90 günə qədər vizasız qala bilərlər.
İstinadlar
Xarici keçidlər
Azərbaycan Respublikasının Serbiya Respublikasındakı səfirliyi Embassy of Serbia in Azerbaijan
Kateqoriya:Azərbaycan–Serbiya münasibətləri Kateqoriya:Azərbaycanın xarici siyasəti Kateqoriya:Serbiyanın xarici siyasəti Kateqoriya:İkitərəfli əlaqələr Kateqoriya:Azərbaycanın ikitərəfli əlaqələri Kateqoriya:Serbiyanın ikitərəfli əlaqələri Kateqoriya:Azərbaycandakı diplomatik nümayəndəliklər