Əbu Züra Əbdürrəhman ibn Əmr ibn Abdillah əd-Dəməşqi (; ) — hədis hafizi.

Bioqrafiyası Hicri 200-cü (815) ildən əvvəl dünyaya gəlib. Nisbəsi "Nəsri"dir.

O, kiçik yaşlarından Şam bölgəsindəki alimlərin hədis məclislərində iştirak edib. O, hədisdəki məharətinə görə müəllimləri — Əbu Müshir ilə Əhməd ibn Əbül-Həvari tərəfindən təriflənib. Daha sonra Şam, İraq və Hicaz bölgələrini gəzərək Əbu Nuaym Fəzl ibn Dükeyn, Əffan ibn Müslüm, Səid ibn Mənsur, Yəhya ibn Məin, Əhməd ibn Hənbəl kimi alimlərdən hədis təhsili alıb.

Ondan da Əbu Davud, Yaqub əl-Fəsəvi, İbn Əbu Davud, Tahavi və Təbərani kimi alimlər hədis rəvayət ediblər.

İbn Əbu Hətim onu etibarlı, Əbu Hətim ər-Razi isə "saduq" adlandırıb.

Əbu Züra əd-Dəməşqi hicri 281-ci (894) ildə Dəməşqdə vəfat edib. Onun hicri 280 (893) və ya 282-ci (895) illərdə öldüyü də deyilib.

Əbu Züra əd-Dəməşqi, "ət-Tarix", "əl-Əhadis vəl-hekayət vəl-iləl vəs-sualət" və başqa əsərlərin müəllifidir.

İstinadlar

Kateqoriya:Ravilər