Küveytin Azərbaycandakı səfirliyi — Küveyt dövlətinin Azərbaycan Respublikasında diplomatik nümayəndəliyi. Səfirlik Küveyt dövlətinin rəsmi nümayəndəliyi olaraq iki ölkə arasında diplomatik münasibətlərə aid bütün məsələləri əhatə edir, Küveytin Azərbaycanda siyasi, iqtisadi, maliyyə və hüquqi məsələləri, eləcə də elm, təhsil və mədəniyyət sahələrində maraqlarını təmsil edir.
Azərbaycanla Küveyt arasında ikitərəfli əlaqələrlə yanaşı, İslam Əməkdaşlıq Təşkilatı, BMT, Neft İxrac Edən Ölkələr Birliyi, Qoşulmama Hərəkatı kimi təşkilatlar çərçivəsində də yüksək səviyyəli qarşılıqlı faydalı əməkdaşlıq əlaqələri formalaşıb.İkitərəfli münasibətlər
2025-ci ildən Küveytin Azərbaycanda Fövqaladə və səlahiyyətli səfiri Məhəmməd Feysal əl-Mutairidir.İlham Əliyev Küveytin ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
Haqqında Küveyt Dövləti Azərbaycan Respublikasının suverenliyini və ərazi bütövlüyünü daim dəstəkləyib. Azərbaycan — Küveyt arasında diplomatik əlaqələr 1994-cü ilin oktyabr ayında qurulub.Küveyt - Azərbaycan münasibətləri
Azərbaycan Respublikasının 1 oktyabr 2002-ci il tarixli Qanunu ilə Azərbaycan Respublikasının Küveyt Dövlətində səfirliyi təsis edilmişdir.Azərbaycan Respublikasının Küveyt Dövlətində (Küveyt şəhərində) səfirliyinin təsis edilməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU Azərbaycanın Küveytdə səfirliyi 2004-cü ilin dekabrında açılıb.
Küveytin Bakıdakı səfirliyi 2006-cı ildə fəaliyyətə başlayıb.Kuwait-Azerbaijan Relations
Parlamentlərarası əlaqələri Azərbaycan Milli Məclisində Azərbaycan — Küveyt Parlamentlərarası işçi qrupu təsis edilib.Azərbaycan-Küveyt parlamentlərarası əlaqələr üzrə işçi qrupu
Küveyt Dövlətinin Ümmət Məclisində Küveyt-Azərbaycan parlamentlərarası dostluq qrupu fəaliyyət göstərir.
Səfirlər Küveytin Azərbaycan Respublikasında səfiri Küveyt Dövlətini Azərbaycanda təmsil edən ən yüksək diplomatik vəzifəli şəxsdir.
Səfir Müddət başlanğıcı Müddətin sonuGəssan Abdulbari Al-Zəvavi 2013Prezident İlham Əliyev Küveyt Dövlətinin Azərbaycandakı səfirini diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul etmişdirSəud Əbdüləziz Məhəmməd əl-Şəmlan əl-Rumiİlham Əliyev Küveyt Dövlətinin Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul etmişdir 14 noyabr 2013 2013 2022 Abdullah Mohamed Abdullah Almauidinİlham Əliyev Küveytin Azərbaycanda yeni təyin olunan səfirinin etimadnaməsini qəbul edib 19 sentyabr 2022 20222024Məhəmməd Feysal əl-Mutairi2025
Viza tələbləri Küveyt vətəndaşları Azərbaycana səfər edərkən Azərbaycanın hava limanına gəlişdə viza ala bilərlər. Bunun üçün pasport və səfərin məqsədini təsdiq edən sənədlər tələb olunur. Bu vizayla Küveyt vətəndaşları Azərbaycan Respublikasında 30 günə qədər qala bilərlər.
İstinadlar
Xarici keçidlər Azərbaycanın Küveyt Dövlətindəki səfirliyinin rəsmi sayti İkitərəfli münasibətlər Facebook Instagram
Kateqoriya:Küveytin xarici siyasəti Kateqoriya:Azərbaycanın xarici siyasəti Kateqoriya:İkitərəfli əlaqələr Kateqoriya:Azərbaycan–Küveyt münasibətləri Kateqoriya:Küveytin ikitərəfli əlaqələri Kateqoriya:Azərbaycandakı diplomatik nümayəndəliklər