Jan Niko (; ) – fransız diplomat və tədqiqatçı. Tütünü Fransaya ilk gətirən şəxs kimi tanınır. Nikotin sözü tütün bitkisi olan Nicotiana tabacum növündən gəlir. Bu növ isə öz növbəsində Jan Nikonun şərəfinə adlandırılmışdır. Belə ki, o, 1560-cı ildə tütün və tütün toxumlarını Parisə göndərmiş, kral II Fransiskə təqdim etmişdir. Niko tütündən tibbi məqsədlər üçün istifadə etmişdir. Tütün çəkməyin xəstəliklərə yaxşı gəldiyi, xüsusilə, vəbaya dərman olduğu güman edilmişdir.
İlk illəri Jan Niko 1530-cu ildə Fransanın cənubunda yerləşən Nim şəhərində doğulmuşdur. Atası notarius idi. Niko Tuluza və Paris şəhərlərində təhsil almışdır.Kara Rogers, Jean Nicot: French diplomat and scholar , Encyclopedia Britannica
Karyerası 1559-cu ildə Fransadan Portuqaliyaya 6 yaşlı şahzadə Marqarita de Valua ilə 5 yaşlı kral I Sebastyan arasında baş tutmalı olan evlilik məsələsini müzakirə etmək üçün göndərilmişdir. O, 1559–1561-ci ildə Fransanın Portuqaliyadakı səfiri kimi fəaliyyət göstərmişdir.
Tütünü tanıtması Niko Portuqaliyadan Fransaya qayıdarkən tütün toxumları almışdır. Fransa saray əyanlarını burunotu tütünü ilə tanış etmişdir.Steve Luck, The Complete Guide to Cigars: An Illustrated Guide to the World's Finest Cigars, Bath, UK: Parragon, s. 13 Bitki populyarlaşmış, Maltanın Ali Atası tütünü bütün keşişləri ilə bölüşmüşdür. Parisdə bir çox məşhur şəxs tütündən istifadə etməyə başlamış və Niko məşhurlaşmışdır.
Andre Teve tütünü Fransaya gətirən ilk şəxs olduğunu iddia etsə də, bitki Nicotina adlandırılmışdır. Daha sonra nikotin sözü bitkidəki müəyyən bir kimyəvi birləşməni bildirmək üçün istifadə olunmağa başlamışdır. Bir bağ bitkisi olan Nicotiana da Karl Linney tərəfindən onun şərəfinə adlandırılmışdır.Taylor, R. B.: White Coat Tales – Medicine's Heroes, Heritage and Misadventures, Springer, 2007, p. 96 Niko tütünün tibbi xüsusiyyətlərinin olduğuna inanmış və Fransa sarayına dərman kimi göndərmişdir.
Fransız lüğəti Fransa sarayı üçün verdiyi xidmətlərə görə ona "de Villeman" adı verilmiş və Bri-Komte-Rober yaxınlığında torpaq hədiyyə edilmişdir. Burada ilk fransız lüğətlərindən biri olan "Thresor de la langue françoyse tant ancienne que moderne" lüğətini tərtib etmişdir. Əsər 1606-cı ildə nəşr olunmuşdur. İbram Ks. Kendiyə görə bu lüğət irq konsepsiyanın yer aldığı ilk lüğət olmuşdur.İbram Ks. Kendi, "Stamped from the Beginning: The Definitive History of Racist Ideas in America", 2016, III fəsil
Ölümü Jan Niko 4 may 1604-cü ildə Paris şəhərində ölmüşdür.
İstinadlar
Kateqoriya:Fransa səfirləri Kateqoriya:Fransa leksikoqrafları Kateqoriya:Tütün məmulatı alverçiləri Kateqoriya:Fransa diplomatları