Zefir testi və ya həzzin gecikdirilməsi bacarığı testi — 1972-ci ildə Stanford Universitetinin psixoloqu Uolter Mişel tərəfindən həyata keçirilmiş elmi tədqiqat.

Bu tədqiqatda iştirakçı uşaqlara bir mükafat təklif olunur və bildirilir ki, əgər bu mükafatı dərhal yeməyib müəyyən müddət gözləsələr, eyni mükafatdan ikincisini qazanacaqlar. Bu müddət ərzində tədqiqatçı otağı tərk edir və 15 dəqiqə sonra geri qayıdır. Mükafat uşağın seçiminə görə bir zefir və ya bretzel ola bilər.

Tədqiqatdan sonra aparılan uzunmüddətli müşahidələr göstərmişdir ki, ikinci mükafatı gözləyə bilən uşaqların SAT (Scholastic Aptitude Test) balları, təhsil səviyyələri, bədən kütlə indeksləri və digər meyarlar üzrə daha müvəffəqiyyətli olduqları müəyyən edilmişdir.

Eksperiment daha geniş iştirakçı qrupu ilə (ilkin tədqiqatdan 10 dəfə çox) yenidən keçirildikdə, effektlərin ilkin nəticələrin yarısı qədər olduğu müşahidə edilmişdir. Yenilənmiş sınaq iradənin izah edə bilmədiyi digər yarının iqtisadi amillərə (ailənin gəlir səviyyəsi və s.) əsaslana biləcəyini göstərmişdir.

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Psixoloji təcrübələr Kateqoriya:Stenford Universiteti