Karl Aleksandr Müller (; ) — isveçrəli fizik və Nobel mükafatı laureatıdır. O, keramika materiallarında ifrat keçiricilik sahəsindəki fəaliyyətinə görə 1987-ci ildə Georq Bednors ilə birlikdə Fizika üzrə "Nobel" mükafatına layiq görülmüşdür.
Karyerası
Müller Cenevrədəki Battelle Memorial İnstitutuna daxil olmuş və qısa müddət sonra maqnit rezonansı qrupunun rəhbəri vəzifəsinə yüksəlmişdir. Bu müddət ərzində o, Sürix Universitetində mühazirəçi kimi fəaliyyət göstərmişdir. 1963-cü ildə o, Rüşlikondakı IBM Sürix Tədqiqat Laboratoriyasından gələn tədqiqatçı təklifini qəbul etmiş və təqaüdə çıxana qədər burada çalışmışdır. Paralel olaraq, Müller Sürix Universiteti ilə əlaqələrini davam etdirmiş və 1970-ci ildə orada professor təyin edilmişdir.
1972-ci ildən 1985-ci ilə qədər Müller IBM Sürix Tədqiqat Laboratoriyasının fizika şöbəsinin müdiri vəzifəsini icra etmişdir. 1982-ci ildə o, "IBM Fellow" (IBM-in fəxri üzvü) adını almışdır. Müller Münxen Texniki Universiteti və Cenevrə Universitetinin fəxri doktoru adlarına layiq görülmüşdür. 1987-ci ildə (Nobel mükafatını almazdan əvvəl) Pavia Universiteti tərəfindən ona fizika üzrə fəxri dərəcə (laurea honoris causa) verilmişdir.
İstinadlar
Xarici keçidlər
Online Encyclopædia Britannica biographical article K. Alex Mueller and Tom W. Kool: “Properties of Perovskites and Other Oxides.” World Scientific, 2010
Kateqoriya:20 apreldə doğulanlar Kateqoriya:1927-ci ildə doğulanlar Kateqoriya:Bazeldə doğulanlar Kateqoriya:9 yanvarda vəfat edənlər Kateqoriya:2023-cü ildə vəfat edənlər Kateqoriya:Sürixdə vəfat edənlər Kateqoriya:Əlifba sırasına görə şəxslər Kateqoriya:Əlifba sırasına görə alimlər Kateqoriya:XX əsrin fizikləri Kateqoriya:Sürix Universitetinin müəllimləri Kateqoriya:İsveçrə Federal Texnologiya İnstitutunun məzunları Kateqoriya:Əlifba sırasına görə Nobel mükafatı laureatları Kateqoriya:Fizika üzrə Nobel mükafatı laureatları Kateqoriya:İsveçrəli Nobel mükafatı laureatları