Ömər Çatqıç () — Türkiyəli keçmiş futbolçu və məşqçisi. Meydanda mövqeyi qapışı olub.

Onun son klubu Türkiyə Super Liqasında mübarizə aparan Antalyaspor klubu olub.

Karyera O, futbolçu kimi karyerasına Əskişəhiəspor klubunda başlayıb. 1992-ci ildə kluba qoşulan Ömər, 1996-cı ilə kimi Əskişəhər təmsilçisinin formasını geyinib. Bu müddətdə Türkiyə liqasında 107 oyuna çıxıb.

1998-ci ildə Qaziantepspor klubuna keçib. Burada 6 mövsümdə 192 dəfə meydana çıxıb.

2004-cü ildə Gənçlərbirliyi klubuna keçib. Paytaxt təmsilçisinin heyətondə 2 ildə 50 oyunda meydana çıxıb.

2006-cı ildə Bursaspor klubuna keçib. Bursa macərası 1 il çəkən Ömər, burada 27 oyunda meydana çıxıb.

2007–08 mövsümündə "Qaziantepspor"a geri dönüb və 1 Antep təmsilçisinin şərəfini qoruyub. "Qaziantep"ə ikinci gəlişində cəmi 19 oyunda meydanda olub.

2008-ci ildə Antalyaspor klubuna keçib. Burada 4 il oynayıb və 112 oyunda meydanda olub. Futbolçu 2012-ci ildə "Antalyaspor"da karyerasını bitirib.

1999-2005-ci illərdə Türkiyə milli komandasında çıxış edib. Milli komandada 19 dəfə meydanda olub.

Türkiyə Milli komandası ilə Avro-2000, 2002-ci il FİFA Dünya Kuboku və 2003-cü il FİFA Konfederasiyalar Kubokunun iştirakçısı olub.

Milli komandayla 2002-ci il Sünya Çempionatında bürünc medal qazanıb.

Məhkəmə işi 2016-cı ilin iyulunda Türkiyədə baş vermiş dövlət çevrilişinə cəhd hadisələrindən sonra, o, Gülən hərəkatında iştirakda ittiham olunub.

2020-ci ilin yanvarında Çatqıç Gülən hərəkatı ilə əlaqələrinə görə silahlı terror təşkilatına üzv olmaq ittihamı ilə iki il üç ay müddətinə azadlıqdan məhrum edilib.

O, Gülən hərəkatının üzvləri ilə əlaqə saxlamaq üçün «ByLock» tətbiqindən istifadə etməkdə günahlandırılıb.

Uğurları

Türkiyə

2002 FİFA Dünya Kuboku: Bürünc medal 2003 FİFA Konfederasiyalar Kuboku: Bürünc medal

Medal

Fərqlənməyə görə Türkiyə Dövlət Medalı

İstinadlar

Kateqoriya:Türkiyə milli futbol komandasının oyunçuları Kateqoriya:Bursaspor futbolçuları Kateqoriya:Türkiyənin kişi futbolçuları Kateqoriya:2002 FİFA Dünya Kuboku futbolçuları Kateqoriya:Türkiyə Super Liqası futbolçuları Kateqoriya:Qaziantepspor FK futbolçuları Kateqoriya:2003 FİFA Konfederasiyalar Kuboku futbolçuları Kateqoriya:UEFA Avro 2000 futbolçuları Kateqoriya:Antalyaspor futbolçuları Kateqoriya:Kişi futbol qapıçıları