Qan töküləcək () — 2007-ci ildə ekranlara çıxmış Amerika epik dram filmi. Rejissor kürsüsündə Pol Tomas Anderson əyləşib, o, eyni zamanda ssenarini yazıb və filmin hazırlanmasında da iştirak edib. Əsərin əsasını Epton Sinklerin 1927-ci ildə yaratdığı "Neft!" adlı romanı təşkil edir.

Film əvvəllər gümüş mədənlərində işləyən, sonradan neft biznesinə atılan Deniel Plenvyunun taleyini göstərir. Hekayə XIX əsrin sonu ilə XX əsrin əvvəllərində Kaliforniyada baş verən neft bumu zamanı cərəyan edir. Plenvyu var qüvvəsi ilə var-dövlət dalınca gedib, bu yolda acımasız metodlara əl atır.

Dünya üzrə kassalarda 76,1 milyon dollar gəlir əldə edən film tənqidçilərdən yüksək reytinqlər alıb. Milli İcmal Şurası, Amerika Film İnstitutu və Milli Kino Tənqidçiləri Cəmiyyəti təşkilatları əsəri 2007-ci ilin ən yaxşı on filmi sırasına salıblar.

80-ci Oskar mükafatlarında səkkiz nominasiyaya layiq görülüb və ikisini qazanıb. Deniel Dey-Lüis ən yaxşı kişi rolu, Robert Elsvit isə görüntü rejissorluğu sahəsində Oskar alıb. Digər beynəlxalq mükafatlar da az olmayıb.

XXI əsrin və ümumiyyətlə kino tarixinin ən əhəmiyyətli filmlərindən biri hesab olunur.

Təsvir Kaliforniya, 1902-ci il. Deniel Plenvyu illərlə qiymətli metal axtarıb. Gün ərzində çətin şəraitdə torpaq qazıb, gecələr çadırda yorğun başını yastığa qoyub. Amma bir gün hər şey dəyişir: təsadüfən neft yatağına rast gəlir. Neft demək, güc deməkdir. Plenvyu bunu dərhal başa düşür. Daha metal yataqları ilə vaxt itirməyəcək, indi başqa oyun oynayacaq. Qəribə olan budur ki, bu oyunda ən böyük rəqibi özüdür.

İstinadlar

Xarici keçidlər

Kateqoriya:ABŞ-də əlillik haqqında filmlər Kateqoriya:Nyu-Meksiko haqqında filmlər Kateqoriya:2007-ci ilin ABŞ filmləri Kateqoriya:ABŞ-nin epik filmləri Kateqoriya:Müstəqil ABŞ filmləri Kateqoriya:Karlar haqqında filmlər Kateqoriya:Miramax filmləri Kateqoriya:Paramount Vantage filmləri Kateqoriya:Ata-oğul münasibətlərindən bəhs edən filmlər Kateqoriya:Qızıl Qartal mükafatını qazanan filmlər Kateqoriya:İngiliscə müstəqil filmlər Kateqoriya:BAFTA qalibləri (filmlər) Kateqoriya:2007-ci ilin dram filmləri Kateqoriya:1910-cu illər haqqında filmlər Kateqoriya:ABŞ-nin dram filmləri Kateqoriya:Dəmiryol nəqliyyatı haqqında filmlər Kateqoriya:Kaliforniya haqqında filmlər Kateqoriya:İngilis dilində dram filmləri Kateqoriya:Biznes haqqında filmlər Kateqoriya:ABŞ romanlarına əsaslanan filmlər Kateqoriya:XIX əsr haqqında tarixi filmlər Kateqoriya:Dramlar Kateqoriya:2000-ci illərin ingilis dilli filmləri Kateqoriya:İş adamları haqqında filmlər Kateqoriya:Skott Rudinin prodüseri olduğu filmlər Kateqoriya:Kapitalizmin tənqidi Kateqoriya:Bəddua haqqında filmlər Kateqoriya:1920-ci illər haqqında filmlər Kateqoriya:Texasda çəkilmiş filmlər Kateqoriya:Los-Ancelesdə çəkilmiş filmlər Kateqoriya:Neft sənayesi Kateqoriya:Amerikan jest dilində filmlər Kateqoriya:Vestern filmləri Kateqoriya:Psixoloji filmlər