thumb|Vladimir Demixovun ikibaşlı it təcrübələrin biri (13 yanvar 1959, Şərqi Almaniya).|200px Vladimir Petroviç Demixov (; ) – rus alim və orqan transplantasiyasının qabaqcılı. 1940–1950-ci illərdə heyvanlara ürək transplantasiyası ilə məşğul olmuşdur. 1950-ci ildə həyata keçirdiyi it başı transplantasiyası təcrübələrinə görə tanınır. Bu təcrübələr əsasında ikibaşlı it yaratmışdır. Robert Vayt onun işlərin təsirlənərək meymunlarda baş transplantasiyası ilə məşğul olmuşdur.
Həyatı Vladimir Demixov 31 iyul 1916-cı ildə Rusiyanın Volqoqrad regionunda yaşayan kəndli ailəsində doğulmuşdur. Atası Pyotr Demixov Rusiyada vətəndaş müharibəsində ölmüşdür. O, qardaşı və bacısı anaları Domnika Aleksandrovna tərəfindən böyüdülmüşlər. Anaları onları yaxşı təhsillə təmin etmişdir. Demixov yeniyetmə ikən məməlilərin qan dövranı sistemi ilə maraqlanmağa başlamışdır. O, Pavlovun itlərlə bağlı həyata keçirdiyi təcrübələrdən təsirlənmişdir. 1931-ci ildə Stalinqrad Traktor Zavodunda mexanik və təmirçi kimi işləmişdir.
1934-cü ildə Voronej Dövlət Universitetinə daxil olmuşdur. 1937-ci ildə dünyanın ilk süni ürəyini yaratmışdır və itə nəql etmişdir. İt əməliyyatdan sonra 2 saat boyunca yaşamışdır. Onun bu işi 1938-ci ildə universitetin tələbə qəzetində yayımlanmışdır. Daha sonra Moskva Dövlət Universitetinin Biologiya fakülətsinə daxil olmuş və ilk elmi məqaləsini yazmışdır. 1940-cı ilin avqustunda məzun olmuşdur.
Məzun olduqdan qısa müddət sonra orduya cəlb olunmuşdur. Orduda patoloq kimi xidmət göstərmişdir. Bir müddət Çində hərbi xidmətdə olmuşdur. Bir çox medal və təltiflə ölkəsinə qayıtmışdır. 1946-cı ilin avqustunda Liya Nikolayevna ilə evlənmişdir.
Karyerası Müharibədən sonra Moskva Dövlət Universitetində işləməyə başlamışdır. Təcrübələrinə davam etmiş, istiqanlı heyvanlarda ürək və ağciyər transplantasiyası əməliyyatları həyata keçirmişdir. 1940-cı illərin sonlarında Moskvada Əməliyyat İnstitutunda qaraciyər və böyrək transplantasiyası təcrübələri aparmağa başlamışdır.
1950-ci illərdə orqan transplantasiyası təcrübələrini itlər üzərisində aparmağa davam etdirmişdir. 1951-ci ildə itdə ortotopik ürək transplantasiyası həyata keçirmişdir. 1953-cü ildə ürək köçürməsi etdiyi bir it yeddi il yaşamışdır. 1954-cü ildə bir itin başını digər bir itə köçürmüşdür. Tənqidçiləri bu təcrübələrini tənqid etsələr də, təcrübələrinə davam etmişdir. Onun işi SSRİ-də qeyri-etik hesab olunaraq tənqid olunsa da, 1950-ci illərin sonuna qədər təcrübələri xaricdə bilinmirdi. ABŞ cərrahları onun it başı təcrübələrindən 1959-cu ildə xəbər tutmuşdular.
Demixov 1960-cı ildə orqan transplantasiyası mənasına gələn "transplantologiya" termini yaratmışdır. Həmin il "Vacib orqanların təcrübi transplantasiyası" monoqrafı nəşr olunmuşdur. 1960-cı ildə Sklifosovki Təcili Tibb İnstitutunda işləməyə başlamışdır və 1986-cı ilə qədər orada işləmişdir. 1960-cı illərdə bir sıra ABŞ həkimləri onun texnikalarını öyrənmək üçün SSRİ-yə səfər etmişlər.
Cənubi Afrika cərrahı Kristian Barnard onun işindən təsirlənmiş və insan ürəyinin transplantasiya edilə biləcəyini düşünmüşdür. Barnard iki dəfə (1960 və 1963) Demixovun Moskvadakı laboratoriyasını ziyarət etmişdir. O, Demixovun işlərindən təsirlənmiş və 1967-ci ildə dünyadakı ilk uğurlu ürək köçürmə əməliyyatını həyata keçirmişdir. O, Demixovun işlərini istinad kimi göstərmiş və onu "ürək və ağciyər transplantasiyasının atası" adlandırmışdır. Demixov 1963–1965-ci illərdə dünyanın ilk canlı insan orqanları kolleksiyasını toplamışdır.
İstinadlar
Xarici keçidlər How Vladimir Demikhov Actually Made A Two-Headed Dog, All That's Interesting (15 yanvar 2018)
Kateqoriya:SSRİ alimləri Kateqoriya:SSRİ ixtiraçıları Kateqoriya:Hərbi həkimlər Kateqoriya:İkinci Dünya müharibəsində SSRİ hərbçiləri Kateqoriya:Rusiya alimləri Kateqoriya:Rusiya həkimləri Kateqoriya:SSRİ bioloqları Kateqoriya:Rusiya ixtiraçıları