Hüquqi yardımın tarixi == İkinci Dünya müharibəsindən sonra daha da aktuallaşmış insan hüquq və azadlıqları istiqamətində maarifləndirmə səviyyəsinin artması həm beynəlxalq səviyyədə, həm də milli səviyyədə insan hüquq və azadlıqlarının təmini, təsbiti və müdafiə mexanizmlərinin inkişafına səbəb olmuşdur. Əsas insan hüquq və azadlıqlarından biri hesab edilən peşəkar yardım almaq hüququ isə müasir dövrdə insan və vətəndaşın layiqli həyat səviyyəsinin təmin edilməsində xüsusi əhəmiyyəti ilə seçilir. Digər tərəfdən müasir dövrdə peşəkar hüquqi yardım almaq hüququ ədalətli məhkəmə araşdırması hüququnun təmin edilməsində əhəmiyyətli bir məsələ kimi qiymətləndirilir. Bir-biri ilə sıx əlaqəli olan bu iki əsas insan hüquqlarının təmin edilməsini ayrı-ayrılıqda düşünmək qeyri-mümkündür ki, bu da demokratik cəmiyyətlərdə peşəkar hüquqi yardım hüququnu müzakirələrin mərkəzinə gətirən əhəmiyyətli məsələlərdən birinə çevirmişdir. Peşəkar yardım almaq hüququnun mahiyyətindən danışmazdan əvvəl onun anlayışının və məzmununun aydınlaşdırılması zəruridir. Əvvəla peşəkar yardım almaq hüququna anlayışın verilməsi üçün peşəkar hüquqi yardıma anlayış verilməsi olduqca əhəmiyyətlidir. Azərbaycan dilinin izahlı lüğətində peşəkar hüquqi yardıma söz birləşməsi və ya ifadə kimi konkret anlayış verilməsə də, bu ifadəni təşkil edən sözlərin hər birinə ayrı-ayrılıqda anlayış verilmişdir.file:///C:/Users/Admin/Downloads/KBP13j8I3lvwWbrhyH60%20(1).pdf

== Hüquqi yardımın mənası Azərbaycan dilinin izahlı lüğətinə əsasən hüquqi yardım sözləri müvafiq olaraq hüquqa əsaslanan, hüquq normalarına uyğun olan və ya hüquq normaları, qanunlar və onların tətbiqi ilə bağlı olanAzərbaycan dilinin izahlı lüğəti. Dörd cilddə. II cild. Bakı, "Şərq-Qərb", 2006, səh.408. və kömək mənasına gələn sözlərdən ibarətdir.Azərbaycan dilinin izahlı lüğəti. Dörd cilddə. IV cild. Bakı, "Şərq-Qərb", 2006, səh.536.

İngilis dilinin izahlı lüğətlərində isə hüquqi yardım söz birləşməsi (legal aid) ifadəsi kimi verilir. Hüquqi xidmətlərdən istifadəyə maddi imkanı əl verməyən şəxslərin hüquq və ya qanunvericiliklə bağlı ödənişsiz şəkildə məsləhət ala biləcəyi praktiki sistem kimi izah olunur.

Azərbaycanda hüquqi yardım == Azərbaycanda hüquqi yardım, vətəndaşların hüquq və azadlıqlarının müdafiəsində mühüm rol oynayan bir sistemdir. Bu yardım, insanların ədalətə çatmaq imkanlarını artırır, hüquqlarının pozulmasının qarşısını alır və cəmiyyətdə hüquqi biliklərin artırılmasına töhfə verir. 2024-cü ildə hüquqi yardım sisteminin daha da inkişaf etdirilməsi və əhatə dairəsinin genişləndirilməsi məqsədilə görülən tədbirlər, ölkədə hüquqi dövlət prinsiplərinin möhkəmləndirilməsinə xidmət edir. Hüquqi yardım, vətəndaşların hüquqlarını qorumaq, qanuni məsləhətlər vermək, sənədlər hazırlamaq və məhkəmələrdə təmsil etmək üçün peşəkar hüquqşünaslar (vəkillər) tərəfindən göstərilən dəstəkdir; bu, şifahi məsləhətdən tutmuş məhkəmə işlərinin aparılmasına qədər müxtəlif hüquqi xidmətləri əhatə edir. Məqsədi, vətəndaşların qanunları anlamasına kömək etmək və onların hüquqi problemlərini həll etməkdir.https://ismayilzade.az/az/blog/huquqi-yardim#:~:text=H%C3%BCquqi%20yard%C4%B1m%20dedikd%C9%99%20n%C9%99%20ba%C5%9Fa,yard%C4%B1m%20almaq%20z%C9%99rur%C9%99ti%20meydana%20%C3%A7%C4%B1x%C4%B1r .

== Hüquqi yardımın hüquqi əsasları Azərbaycanda hüquqi yardımın hüquqi əsasları, ölkə Konstitusiyası və müxtəlif qanunvericilik aktları ilə müəyyən edilir. Azərbaycan Respublikasının Konstitusiyasına əsasən, hər bir vətəndaşın hüquq və azadlıqlarının müdafiəsi hüququ vardır. Bu hüquq, insanların hüquqi yardımdan istifadə etməsi ilə təmin olunur. Hüquqi yardım sistemi, əsasən iki istiqamətdə – ilkin hüquqi yardım və ixtisaslı hüquqi yardım şəklində fəaliyyət göstərir.https://qebulol.az/huquqi-yardim/

Hüquqi yardım almaq hüququ == Hər kəsin yüksək keyfiyyətli hüquqi yardım almaq hüququ vardır. Qanunla nəzərdə tutulmuş hallarda hüquqi yardım ödənişsiz, dövlət hesabına göstərilir. Hər bir şəxsin səlahiyyətli dövlət orqanları tərəfindən tutulduğu, həbsə alındığı, cinayət törədilməsində ittiham olunduğu andan müdafiəçinin köməyindən istifadə etmək hüququ vardır. Heç kəs bir cinayətə görə təkrarən məhkum edilə bilməz. Heç kəs özünə, arvadına (ərinə), övladlarına, valideynlərinə, qardaşına, bacısına qarşı ifadə verməyə məcbur edilə bilməz. Əleyhinə ifadə verilməsi məcburi olmayan qohumların tam siyahısı qanunla müəyyən edilir. Səlahiyyətli dövlət orqanlarının tutduğu, həbsə aldığı, cinayət törədilməsində təqsirləndirdiyi hər bir şəxsə dərhal onun hüquqları bildirilir və tutulmasının, həbsə alınmasının və cinayət məsuliyyətinə cəlb edilməsinin səbəbləri izah edilir. Cinayət törədilməsində təqsirləndirilən hər bir şəxs məhkum edilməzdən əvvəl dinlənilməlidir.https://www.instagram.com/p/DLh03h7NUy6/

== İxtisaslı hüquqi yardım İxtisaslı hüquqi yardım, daha mürəkkəb hüquqi məsələlərin həllində peşəkar hüquqşünasların iştirakı ilə təmin olunur. Bu növ yardım, məhkəmə proseslərində təmsilçilik, hüquqi sənədlərin hazırlanması, vəkillik xidməti və digər ixtisaslı hüquqi fəaliyyətləri əhatə edir. Azərbaycanda vəkillər və hüquq məsləhətçiləri bu yardımı təmin edir. İxtisaslı hüquqi yardımın məqsədi, vətəndaşların ədalətə çıxışını təmin etmək və onların qanun qarşısında bərabər hüquqlara malik olmalarını təmin etməkdir.https://qebulol.az/huquqi-yardim/

Vəkillər Kollegiyası tərəfindən göstərilən hüquqi yardım xidmətləri == Hər növ hüquqi məsələlərə dair şifahi və yazılı məsləhətlər, izahatlar və arayışların verilməsi;

Məhkəmələrə iddia ərizələrinin verilməsi;

Məhkəmədə vəkil ilə təmsil olunma;

İddia ərizələri, apellyasiya və kassasiya şikəyətlərinin tərtib edilməsi;

Vətəndaşların müraciətləri əsasında digər növ hüquqi yardım göstərilməsi.https://asan.gov.az/az/service/asan-xidmetler/funksional-yardimci-xidmetler/vekiller-kollegiyasi-terefinden-goesterilen-huequqi-yardim-xidmetleri

== Hüquqi Yardım Mərkəzi Azərbaycan Respublikasının Prezidentinin "Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında" 22.02.2018-ci il tarixli Sərəncamından irəli gələrək Azərbaycan Respublikasının Vəkillər Kollegiyası Rəyasət Heyəti tərəfindən yaradılıb və 26.12.2019-cu il tarixdən fəaliyyətə başlayan Hüquqi Yardım və Tədris Mərkəzi əsas etibarilə vətəndaşlara peşəkar hüquqi yardımın göstərilməsini, mövcud qanunvericiliyəəsasən vəkillərin dövlət hesabına hüquqi yardımın göstərilməsinə cəlb olunduğu işlərin təşkil edilməsi və vəkillərə həmin işlər üzrə məhkəmə qərarı ilə müəyyən edilmiş haqqın vaxtında ödənilməsinin təmin edilməsi, habelə vəkillərin peşəkarlıq səviyyəsinin daha da artırılması üçün onların tədrisə cəlb olunması işlərini təmin etməkdədir.

Rəyasət Heyətinin 23.12.2023-cü il tarixli qərarına əsasən, Hüquqi Yardım və Tədris Mərkəzinin Əsasnaməsinə dəyişikliklər edilərək Hüquqi Yardım Mərkəzi olub.

Online hüquqi yardım == Texnologiyanın inkişafı və dövrün tələbləri hüquqda da yeni xidmət sahələrinin yaradılmasını şərtləndirir. Hüquqi xidmət sahələrinin elektron qaydada həyata keçirilməsi fiziki və hüquqi şəxslərə sərfəli və rahat şəkildə xidmət göstərməyi asan edir. Qlobal inkişaf və bu inkişafın texnologiya vasitəsilə inteqrasiyası insanların həyatını daha da rahatlaşdırmağa yönəlmişdir. Artıq insanlar evlərindən çıxmadan vergi borclarını ödəyə bilir, etibarnamə əldə edir, eləcə də hüquqi şəxslər yaradırlar. Hüquqi və fiziki şəxslərin maraqlarına uyğun olaraq hüquqi xidmətlərin onlara onlayn platformada təqdim olunması müasir tələblərdəndir.

Belə ki, şəxslər bir çox hallarda öz şikayətləri ilə bağlı hansı quruma müraciət etməli olduqları, onların şikayətinə hansı məhkəmə tərəfindən baxılmalı olduğu və s. kimi hallarda köməyə ehtiyac duyurlar. Bu zaman vaxtlarına qənaət etmək məqsədilə kompüter qarşısına keçir və qısa zamanda doğru və etibarlı məsləhət almaq istəyirlər.

Peşəkar hüquqşünaslar tərəfindən konsaltinq xidmətləri zamanı sizlər üçün ən sadə və əlverişli həll yolları təklif edilir. Artıq insanlar onlayn formada hər hansı hüquqi problemlə bağlı müraciət edib lazımi məlumatları ala bilər.

== İstinadlar

Kateqoriya:Hüquq Kateqoriya:Həyat standartı Kateqoriya:Məzmununa görə insan hüquqları Kateqoriya:Hüquqi terminlər