Perspektivizm (həmçinin perspektivalizm adlanır) epistemoloji prinsipdir və buna görə bir şeyin qavrayışı və biliki onu müşahidə edənlərin şərhedici perspektivlərinə həmişə bağlıdır. Perspektivizm perspektiv və şərhləri eyni dərəcədə həqiqətə və ya dəyərə malik hesab , lakin heç kimin dünyaya perspektivdən tam azad, mütləq baxışa malik olmadığını irəli sürür. Bunun əvəzinə, bütün bu cür müəyyən bir nöqteyi-nəzərdən baş verir və bu da şeylərin necə qavranıldığını formalaşdırır. Perspektivizm, hər hansı perspektivdən kənarda olan şeylərə uyğunluq əsasında həqiqəti müəyyənləşdirməyə çalışmaq əvəzinə, ümumiyyətlə həqiqəti perspektivlərin öz aralarında müqayisə və qiymətləndirilməsi yolu ilə müəyyən etməyə çalışır.Perspektivizmdə həqiqət və dəyər arasındakı fərq və onun həqiqətin uyğunluq nəzəriyyələrinə qarşı mövqeyi üçün bax: Nietşedən əvvəlki formaları da daxil olmaqla, perspektivizm ənənəvi olaraq belə bir mövqeyi müdafiə edir: “Bütün görmə müəyyən bir nöqteyi-nəzərdən, maraqlarımıza uyğun şəkildə baş verir. Nə ‘heç yerdən baxış’, nə də ‘hər yerdən baxış’ mövcuddur; […] Perspektivdən tam azad, mütləq baxışımızın olmaması bütün perspektivlərin ‘eyni dərəcədə etibarlı’ olduğu anlamına gəlmir. Əksinə, bəzi perspektivlər digərlərindən daha yaxşıdır. Biz bunu ona görə bilirik ki, perspektivləri perspektivdən kənar nəsə ilə müqayisə edə bilirik, yox; ona görə ki, perspektivləri bir-biri ilə müqayisə edə bilirik (və edirik).” Elmi və müasir perspektivizm formaları ilə uzlaşma üçün bax: Perspektivizm epistemoloji plüralizmin erkən forması kimi qəbul edilə bilər, baxmayaraq ki, bəzi yanaşmalarda dəyər nəzəriyyəsi, əxlaq psixologiyası və realist metafizika da bu çərçivəyə daxil edilir.Perspektivizmin realizmlə əlaqəsi üçün bax:

Perspektivizmin erkən formaları Protaqor, Mişel de Monten və Qotfrid Leybnitsin fəlsəfələrində müəyyən edilmişdir. Lakin onun ilk əsas ifadəsi XIX əsrdə Fridrix Nitsşe tərəfindən anlayışın işlənməsi hesab olunur, hansı ki, bir neçə il əvvəl Qustav Teyxmüllerin termini istifadəsindən təsirlənmişdir. Nietşedə perspektivizm realist antimetafizika formasını alırNietşe perspektivizminin realist antimetafizika kimi şərhi üçün xüsusilə bax: və həm həqiqətin uyğunluq nəzəriyyəsini, həm də bir inancın həqiqət dəyərinin onun son dəyər ölçüsü olması fikrini rədd edir. Nietşenin istifadə etdiyi obyektivlik anlayışı hər bir perspektivin çatışmazlıqlarının onların fərqlərinin asimptot şəkildə öyrənilməsi yolu ilə aradan qaldırıla biləcəyini qəbul edir. Bu, obyektiv həqiqətin tamamilə perspektivsiz bir sahədə yerləşdiyini iddia edən Platonçu yanaşmalardan fərqlənir.

Aleksandr Nehamasa görə, perspektivizm tez-tez relyativizm forması kimi yanlış şərh olunur; sanki bu yanaşma müəyyən bir propozisiya ilə bağlı ‘Üçüncü halın istisnası qanunu’nun tamamilə rədd edilməsini tələb edir. Xüsusilə s. 148-ə bax. Maykl Leysvinq əlavə edir ki, perspektivizm dünyaya subyektivlikdən tam azad obyektiv baxışı qəbul etməsə də, reallığın qiymətləndirilməsi subyektiv və asimptotik şəkildə “obyektivliyə” yaxınlaşa bilər. Nehamas həmçinin qeyd edir ki, perspektivizm bəzi şərhlərin qəti şəkildə doğru hesab edilməsini qadağan etmir; o yalnız bizi xəbərdar edir ki, perspektivimizdən kənarda obyektiv şəkildə həqiqəti müəyyənləşdirə bilmərik. Perspektivizmin özünün mütləq doğru tezis olduğunu iddia edən mövqe Brayan Laytbodi tərəfindən zəif perspektivizm adlandırılır.

Şeylərin müxtəlif perspektivlərdən fərqli şəkildə qavranılması (və ya perspektivin biliyə məhdud və imtiyazsız girişi müəyyən etməsi) prinsipi bəzən perspektivizmin sadə və mübahisəsiz forması kimi təqdim olunur.“Sadə perspektivizm” müzakirəsi üçün bax: Zidd perspektivlərin bir-biri ilə müqayisə edilməsi praktikası da perspektivizmin belə formalarından biri sayıla bilər, eləcə də həqiqi biliyin perspektiv məhdudiyyətlərini necə aşması probleminin özü.

Əvvəlcələr və erkən inkişaf Qərb dillərində aparılan tədqiqatlarda perspektivizm Heraklit ( – ), Protaqor ( – ), Mişel de Monten (1533–1592) və Qotfrid Leybnits (1646–1716) fəlsəfələrində aşkar edilmişdir. Perspektivizmin mənşəyi həmçinin İntibah dövründə incəsənət fəlsəfəsi və onun perspektiv anlayışı ilə əlaqələndirilir. Asiya dillərində isə alimlər perspektivizmi Buddizm, Caynizm və Daoizm mətnlərində aşkar etmişlər. Antropoloqlar bəzi aborigenlərin düşüncə sistemlərində də perspektivizmin bir formasını müəyyən etmişlər. Bəzi ilahiyyatçılar isə Jan Kalvinin müxtəlif müqəddəs mətnləri perspektivist şəkildə şərh etdiyini düşünürlər.

Həmçinin bax İntersubyektivlik

İstinadlar

Kateqoriya:Sosial epistemologiya Kateqoriya:Konsensus reallığı Kateqoriya:Epistemoloji nəzəriyyələr Kateqoriya:Rasionalizmin tənqidi Kateqoriya:Fəlsəfi nəzəriyyələr Kateqoriya:Fəlsəfi analogiyalar Kateqoriya:Hermenevtika Kateqoriya:Fridrix Nitsşenin fəlsəfəsi Kateqoriya:Fəlsəfi cərəyanlar və məktəblər