Alanya Universiteti (keçmiş adı ilə Alanya Həmdullah Emin Paşa Universiteti) — 2011-ci ildə Həmdullah Emin Paşa Vəqfi tərəfindən Antalyanın Alanya rayonunda yaradılmış vəqf universitetidir. Universitet 3 mart 2011-ci il tarixli və 27863 saylı Rəsmi Qəzetdə dərc edilmiş qanun əsasında təsis edilmişdir."Resmî Gazete". 14 mart 2021 tarihinde kaynağından arşivlendi. Erişim tarihi: 29 Temmuz 2024.
Başlanğıcda Alanya Həmdullah Emin Paşa Universiteti adı ilə fəaliyyət göstərən təhsil müəssisəsi 2023-cü ildə adını Alanya Universiteti olaraq dəyişdirmişdir. Universitet Alanyada yerləşən Neymət və Əbdurrəhman Ələddinoğlu kampusunda tədris həyata keçirir.
Universitetin tədris dili ingiliscədir. 2021–2022 akademik ilində ümumilikdə 423 tələbə təhsil almış və akademik heyətdə 48 nəfər işçi fəaliyyət göstərmişdir."YÖK İstatistikleri". 20 mart 2014 tarihinde kaynağından arşivlendi. Erişim tarihi: 29 Temmuz 2024.
2025-ci ildən etibarən universitetin rektoru Prof. Dr. Turan Sağərdir."Alanya Üniversitesi Rektörü Turan Sağer". Aydınlık. 17 Mayıs 2025. 18 Mayıs 2025 tarihinde kaynağından arşivlendi. Erişim tarihi: 29 Temmuz 2024.
Tərkibi
Fakültələr İqtisadi və idarəetmə elmləri fakültəsi İncəsənət və dizayn fakültəsi Memarlıq fakültəsi Mühəndislik fakültəsi
Kolleclər Xarici Dillər Kolleci
İnstitutlar DoktoranturaTəhsil İnstitutu
Tədqiqat və Tətbiq Mərkəzləri Açıq və Distant Təhsil Tətbiq və Tədqiqat Mərkəzi
Rektorlar Prof. Dr. Ümid Yalçın (təsisçi) Prof. Dr. Məsud Günər (2023–2025) Prof. Dr. Turan Sağər (2025-davam edir)
İstinadlar
Kateqoriya:Türkiyə universitetləri