Milis komissarı () — 1943–1973-cü illərdə SSRİ-nin daxili işlər orqanlarına daxil olan milis (polis) orqanlarında ali rəhbər heyət üçün nəzərdə tutulmuş ali xüsusi rütbə.

Tarixi Milis komissarı rütbəsi 9 fevral 1943-cü ildə SSRİ Ali Soveti Rəyasət Heyətinin fərmanı ilə SSRİ NKVD-nin fəhlə-kəndli milis orqanlarının rəhbər heyəti üçün təsis edilmişdir. Rütbənin üç dərəcəsi mövcud olmuşdur (birinci dərəcə ən yüksək olmaqla): I dərəcəli milis komissarı, II dərəcəli milis komissarı, III dərəcəli milis komissarı.

Milis komissarı rütbələri ilk dəfə SSRİ Xalq Daxili İşlər Komissarlığının 4 mart 1943-cü il tarixli № 531 saylı əmri ilə verilmişdir. Həmin əmrlə SSRİ XDİK-in Baş Milis İdarəsinin rəisi Aleksandr Qalkin I dərəcəli milis komissarı, Moskva və Leninqrad şəhərlərinin milis idarələrinin rəisləri Viktor Romançenko və Yevgeni Qruşko isə II dərəcəli milis komissarı rütbələrini almışlar.

SSRİ Ali Soveti Rəyasət Heyətinin 23 oktyabr 1973-cü il tarixli fərmanına əsasən milis general-mayoru və milis general-leytenantı ali xüsusi rütbələri təsis edilmiş və bununla da milis komissarı rütbəsi ləğv edilmişdir. Eynitarixli SSRİ Nazirlər Sovetinin qərarına uyğun olaraq III dərəcəli milis komissarı rütbəsi milis general-mayoru, II dərəcəli milis komissarı rütbəsi isə milis general-leytenantı rütbəsinə bərabər tutulmuşdur. I dərəcəli milis komissarı rütbəsi haqqında bu qərarda qeyd olunmamışdır. Həmin rütbə formal olaraq ləğv edilməsə də, onu faktiki daşıyan şəxs olmadığı üçün istifadə olunmurdu. Qeyd edilməlidir ki, 1973-cü ildən sonra SSRİ-də milis general-polkovniki rütbəsi mövcud olmamış, yalnız daxili xidmət general-polkovniki rütbəsi verilmişdir.

Fərqlənmə nişanları

Poqonlar Dövr I dərəcəli milis komissarı II dərəcəli milis komissarı III dərəcəli milis komissarı 1943–1947 150x150px 150x150px 150x150px 1947–1958 150x150px 150x150px 150x150px 1958–1973 160x160px 160x160px 160x160px Ekvivalentliyi general-polkovnik general-leytenant general-mayor

Rütbəni alanlar I dərəcəli milis komissarı Aleksandr Qalkin (1943)

II dərəcəli milis komissarları Pyotr Antonov (1943) Yevgeni Qruşko (1943) Viktor Romançenko (1943) Pyotr Bunin (1944) Nikolay Dyatlov (1946) Aleksandr Polukarov (1946) İona İvanov (1947) Vladimir Marçik (1950) Georgi Sokolovski (1953) Andrey Qonçarenko (1954) Nikolay Kraynov (1954) Aleksandr Ovçinnikov (1954) İvan Abramov (1956) Mixail Barsukov (1956) İvan Levin (1956) Nikolay Moskov (1956) İvan Averkiyev (1957) İvan Kojin (1957) Georgi Nikitayev (1959) Veniamin Qaydamaka (1959) İvan Solovyov (1959) Aleksandr Tikanov (1959) Anatoli Burmistrov (1967) İvan Qlebov (1967) Pyotr Oleynik (1967) Aleksandr Sokolov (1967) Sergey Vasilyev (1967) İvan Bondarenko (1968) Yevgeni Yemelyanov (1969) Qriqori Kalinin Vasili Ryasnoy

Ümumilikdə I–III dərəcəli milis komissarı rütbələri 372 milis əməkdaşına verilmişdir.

İstinadlar

Kateqoriya:Polis rütbələri