Emel Say (; ) — Türkiyə rəssamı. Zəhra Sayın qızı və pianoçu Fazıl Sayın əmisi qızı.

Həyatı Emel Say 1927-ci ildə anadan olub. Babası siyasətçi olsa da, sonradan İttihad və Tərəqqi siyasi cəmiyyətindən ayrılıb rəqs salonu açmışdı. Anası Zəhra Say müasir Türkiyədə rəsmi olaraq evlənən ilk qadın idi. Emelin fikri həmişə musiqiyə yönəlmişdi. On beş yaşında Ankara Konservatoriyasını quran professor Karl Ebertdən oxuma dərsləri almışdı. Əvvəlcə opera müğənnisi olmaq istəyən Emel Say, Türkiyənin cənubundakı Hatayda bir torpaq sahəsinə aşiq olduqda fikrini dəyişdi. Evləndikdə musiqi maraqlarını bir müddət təxirə salmalı oldu. Həyat yoldaşı Fuad Say anası Zəhraya qarşı tolerantlığından fərqli olaraq, Emeli məktəbə göndərmədi. Əslində, o dövrdə Hatayda bu mümkün deyildi. 30 yaşında ərindən boşanana qədər etdiyi tək şey üç oğlunu böyütmək idi.

Boşandıqdan sonra musiqi maraqları bəhrəsini vermədi. Anası xəstələnəndə iş tapmağa və gəlir əldə etməyə diqqət yetirməli oldu. İş həyatına Fuad Bezmenin katibi kimi başladı. O, təxminən on il onun yanında işləyib.

Emel Say təxminən beş il ABŞ-da işləyib.

Məşhur rəssam Zəhra Say Alzheimer xəstəliyinin son mərhələsinə qədəm qoyub rəsm çəkməyə davam edə bilmədikdə, qızı Emeldən Havay səfərindən gətirdiyi açıqcadan ilhamlanaraq rəsm çəkməyə başladığı "Maui Adası" rəsmini bitirməsini istədi. Emel rəsm çəkməyi bilmirdi. Əvvəlcə ağladı, amma sonra çalışdı və heç dayanmadı. Anasının Çiçek Barında sərgilənən rəsmini tamamladı. Orada heykəltəraş Gürdal Duyar tərəfindən kəşf edildi. Duyar əvvəlcə "Maui Adası"na nə baş verdiyini soruşdu, sonra Emel anasının onu bitirməsində israr etdiyini söylədikdə, cəhd etdi. Duyar ona təbii istedadının olduğunu və həmişə daxilində rəssam olduğunu söylədi. Bu təsəlliverici görüş olmasaydı, həyatında heç vaxt rəsm çəkməyə başlaya bilməzdi. 60 yaşından sonra rəsm çəkməyə başladı.

O, tez-tez yaxın dostu Duyar və digər dostları və ailəsi ilə rəsm çəkir və gecə gec saatlara qədər musiqi dinləyirdi. Duyar Fazilin dostunun dediyinə görə onun musiqiçi dostlarından birinin portretini gecə yarısı çəkməyə başlamış və səhərə yaxın bitirmişdi.

Say 2011-ci ildə vəfat edib.

Fəaliyyəti O, rəssam Osman Özalın emalatxanasında tələbə olub. Digər tələbələrlə birlikdə hər çərşənbə günləri İzmir İncəsənət və Heykəl Muzeyində görüşür və oradakı emalatxanada işləyirdilər. Onlar "Qrup Çərşənbələri" kimi tanındılar və birgə sərgilər təşkil etdilər.

Duyar ilə birlikdə 1977-1990-cı illər arasında CEP Qalereyasında sərgilər təşkil ediblər.

1995-ci ildə onun əsərləri Gürdal Duyarın əsərləri ilə birlikdə Asmalımescit İncəsənət Qalereyasının açılış sərgisində nümayiş etdirildi.

Emel Say xeyli sayda miniatürlər çəkib. Tez-tez istifadə etdiyi üsullardan biri eyni rəsmdə iki fərqli boya növündən - akril və quaşdan istifadə etmək idi.

Ailəsi Emel Say anası Zəhra Sayın evləndikdən sonra da məktəbə getməsinə və rəsm müəllimi olmasına görə fəxr edir. Bu, o dövrdə olduqca böyük bir nailiyyət idi. O, həmçinin atası Fuat Sayın anasına dəstək olması ilə fəxr edir. Sayın əmisinin nəvəsi Fazıl Say istedadlı musiqiçi kimi karyera qurub. Onun haqqında danışarkən o belə deyib: "Dahi! Cəmi dörd yaşında ikən anası ona oyuncaq kimi kiçik bir orqan aldı... Fazıl bu orqanla radiodan mahnılar ifa etməyə başladı. Onun kimi bir bəstəkar dünyaya neçə dəfə gələ bilər!"

ABŞ-da keçirdiyi vaxtdan sonra şair və yazıçı Gülsüm Cingiz ilə dostluq edirdi. Cingiz onu və Zəhra xanımı evlərində ziyarət edir və onlar bütün gecəni söhbət edirdilər. Bir dəfə isə səhər kimsə qapını döyüb, radionu açmağı xaiş edib və beləcə onlar 1960-cı il hərbi çevrilişi haqqında məlumat əldə ediblər.

O, həmçinin Gürdal Duyarla yaxın dost idi və onlar birlikdə sərgilər təşkil edirdilər.

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Türkiyənin qadın rəssamları