Əd-Dürrul-Mənsur () — Cəlaləddin əs-Süyutinin rəvayət metoduna əsaslanan Quran təfsiri.

Əsər Əsərin tam adı "əd-Dürrul-mənsur fit-təfsir bil-məsur"dur. Süyuti əsəri hicri 898-ci (1493) ildə bitirmiş və "bir bənzərinin daha əvvəl yazılmadığın" demişdir.

Süyuti müqəddiməsində bildirdiyi kimi, daha əvvəl "Tərcümənül-Quran" adlı bir təfsir qələmə almış və orada Məhəmməd peyğəmbərə və səhabələrə əsaslanan təfsirləri sənədləri ilə birlikdə cəmləmişdir. Lakin sənədli rəvayətlərdən və genişhəcmli əsərlərdən çox, mətnlərə və ixtisarlara maraq göstərildiyini gördükdə, "əd-Dürrul-Mənsur" əsərini yalnız rəvayətlərin mətnlərini və mənbələrinin adlarını təqdim etməklə tərtib etmişdir. Dolayısı ilə bu təfsir 10.000-ə yaxın rəvayəti özündə ehtiva edən və beş cilddən ibarət olan "Tərcümənül-Quran" bir müxtəsəridir. Bu cəhəti ilə o, "mütləq bir rəvayət təfsiri" və ya "rəvayət təfsiri anlayışını ən düzgün şəkildə ifadə edən təfsir" kimi xarakterizə edilmişdir. Eyni zamanda, Məhəmməd peyğəmbərdən və Sələfdən gələn rəvayətləri təfsirin mərkəzinə yerləşdirməyi hədəfləyən Təqiyyəddin İbn Teymiyyənin təsiri ilə qələmə alınmış bir təfsir olduğu yönündə şərhlərə də vardır.

Süyuti surənin adını qeyd etdikdən sonra təfsirinə həmin surənin Məkki və ya Mədəni olduğunu bildirən rəvayətlərlə başlayır. Daha sonra onun üstünlüyü haqqındakı rəvayətləri ətraflı şəkildə üeyd edir və "qövlühü təalə" ifadəsi ilə ayələrin, yaxud bir ayədəki söz və ya cümlənin təfsirinə keçir. "Əxrəcə" termini ilə müəllifin və mənbənin adını qeyd edir; bu çərçivədə bəzən bir rəvayəti tək bir mənbədən nəql etdiyi, bəzən isə sayı on birə qədər çatan mənbələri sadaladığı görülür. Bu rəvayətlər təkcə təfsiri deyil, eyni zamanda əsbəbi-nüzul (nazilolma səbəbi), qərib (anlaşılması çətin) sözlərin izahı, qiraət variantları kimi mövzuları da əhatə edir. Surələrin bütün ayələri deyil, haqqında rəvayət mövcud olan ayələr təfsir edilir.

Əsər müxtəlif tarix (Beyrut, Tehran və s.) və yerlərdə (1983, 1993 və s.) dəfələrdə nəşr edilmişdir.

Həmçinin bax Sünni kitablarının siyahısı

İstinadlar Kateqoriya:Sünni təfsirləri