Munzur Universiteti (Əvvəlki adı: Tuncəli Universiteti) — Türkiyənin Tunceli şəhərində yerləşən dövlət universiteti.
Tarixi Munzur Universiteti, əvvəlki adı ilə Tunceli Universiteti, 22 may 2008-ci il tarixli və 5765 saylı qanunla Nazirlər Kabinetində Tunceli vilayətində yaradılması qərara alınmış universitetdir. İlk dəfə 1983–1984 tədris ilində Tunceli Peşə Məktəbi adı ilə Fırat Universiteti tərkibində Elazığda tədris fəaliyyətinə başlamış və ilk məzunlarını 1985-ci ildə Elazığda vermişdir. 1987-1988 tədris ilində Tunceliyə köçürülmüşdür.
Rektoru Prof. Dr. Durmuş Boztuğ, 7 iyun 2015-ci ildə keçirilmiş ümumi seçkilərdə millət vəkili namizədliyinə müraciət etmək üçün rektor vəzifəsindən istefa etmişdir."Arşivlenmiş kopya" . 2 Nisan 2015 tarihinde kaynağından arşivlendi. Erişim tarihi: 8 Mart 2015. 3 aprel 2015-ci ildə Prof. Dr. Ubeydə İpək təyin edilmişdir."Tunceli Üniversitesi Rektörlüğüne Prof. Dr. Ubeyde İpek Atandı". 3 Nisan 2014. 6 Mart 2016 tarihinde kaynağından arşivlendi. Erişim tarihi: 5 Nisan 2014. 6 iyun 2023-cü ildə rektor vəzifəsinə Prof. Dr. Kənan Pekər təyin olunmuşdur. 20 avqust 2016-cı ildə qəbul edilən qanunla universitetin adı Munzur Universiteti olaraq dəyişdirilmişdir.
Tərkibi Universitet 6 fakültə, 2 peşə məktəbi, 1 kollec, 2 institut və 5 Tədqiqat Mərkəzindən ibarətdir. 8 iyul 2009-cu ildə Türkiyənin ilk və yeganə Ələvilik Araşdırmaları və Tətbiq Mərkəzi bu universitetdə yaradılmışdır.
Fakültələr
İqtisadi və inzibati elmlər fakültəsi
Biznes idarəetməsi İqtisadiyyat Dövlət idarəetməsi Maliyyə Beynəlxalq münasibətlər Əmək iqtisadiyyatı və sənaye münasibətləri Ekonometrika
Mühəndislik fakültəsi
Kimya mühəndisliyi Qida mühəndisliyi Sənaye mühəndisliyi Elektrik-elektronika mühəndisliyi Maşın mühəndisliyi Tikinti mühəndisliyi Kompüter mühəndisliyi Ətraf mühit mühəndisliyi Geologiya mühəndisliyi Metallurgiya və material mühəndisliyi
Su məhsulları fakültəsi
Su məhsulları əsas elmləri Tutma və emal texnologiyaları Su məhsulları yetiştirilməsi
Ədəbiyyat fakültəsi Bölmələr – Sosial Elmlər Fakültəsi Tarix Sosilogiya Fəlsəfə Türk dili və ədəbiyyatı Zaza dili və ədəbiyyatı Qərb dilləri və ədəbiyyatı Şərq dilləri və ədəbiyyatı Psixologiya
Kommunikasiya fakültəsi
Gözəl sənətlər fakültəsi
Səhiyyə elmləri fakültəsi
Tibb bacısı Uşaq inkişafı Mamalıq
İdman elmləri fakültəsi
Peşə Məktəbləri
Tunceli Peşə Məktəbi
Kimya texnologiyası Elektrik proqramı Tikinti texnologiyası Kompüter proqramlaşdırılması Mühasibat və vergi tətbiqləri proqramı Uşaq inkişafı proqramı Arıçılıq proqramı Qida texnologiyası Geyim istehsalı texnologiyası Mebel və dekorasiya Moda dizaynı Su məhsulları proqramı Şərab istehsalı texnologiyası Saç baxımı və gözəllik xidmətləri proqramı Turizm və otel idarəçiliyi Bankçılıq və sığortaçılıq Kənd təsərrüfatı
Çemişgəzək Peşə Məktəbi
Pərtək Peşə Məktəbi
İnstitutlar Doktorantura Təhsil İnstitutu
İstinadlar