Kitab əl-Xərac () — Hənəfi fəqihi Əbu Yusifin əsəri.
Əsər "Kitab əl-Xərac"ın Harun ər-Rəşidin istəyi ilə qələmə alındığı rəvayət edilsə də, əsər naməlum xəlifəyə xitabla başlayır və özündə maliyyə məsələləri, müamilət (maddi-hüquqi əlaqələr) cəza, idarəçilik, dövlətlər hüququ sahələrinə aid olan məsələləri ehtiva edir.
Əsər ilk dəfə təhqiqsiz şəkildə Bulaqda nəşr edilmişdir. Əsərin ilk təhqiqli nəşrini Əbdüləziz ibn Məhəmməd ər-Rəhbi öz şərhi ilə birlikdə həyata keçirmişdir.
Əsər ingilis, rus, urdu, italyan, fransız və türk dillərinə tərcümə edilmişdir.
Həmçinin bax Sünni kitablarının siyahısı
İstinadlar