Windows NT 4.0 — Microsoft firmasının buraxdığı əməliyyat sistemləri ailəsi Windows-un NT nüvəsi üzərində yaradılmış dördüncü əsas versiyasıdır. 3.51 versiyasından bir il sonra, 29 iyun 1996-cı ildə satışa buraxılmışdır.
Yeniliklər
Windows NT 3.51 üzərində gətirdiyi ən böyük yenilik onun Windows 95-ə bənzər interfeysidir. Bu şəkildə böyük bir istifadə asanlığı təmin edilmişdir. Windows NT 4.0-da Active Desktop-lu Internet Explorer-i quraşdırmaqla, istifadəsi olduqca asan olan əməliyyat sisteminə sahib olmaq olar. Digər tərəfdən, Windows NT 4.0, xüsusən də multimediaya mövzusunda zəif olur: DirectX dəstəyi Windows 2000-dən bəri Windows NT ailəsinə düzgün inteqrasiya olunub. Microsoft Message Quequing xidməti əlavə edildi. Windows NT 4.0, nostalji analoq saat proqramının Windows Vista-da yan panel əlavəsi kimi geri qayıdana qədər mövcud olduğu Windows-un son versiyası idi.
İstinadlar
İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Xarici keçidlər Guidebook: Windows NT 4.0 Gallery – A website dedicated to preserving and showcasing Graphical User Interfaces HPC:Factor Windows NT 4.0 Workstation Patches & Updates Guide HPC:Factor Windows NT 4.0 Server Patches & Updates Guide Josephn.net: Windows NT 4.0 Terminal Server Edition Tips & Updates MDGx: Windows NT 4.0 Essential Free Upgrades + Fixes
Kateqoriya:Microsoft Windows 4.0