– Coffee tərəfindən yazılan və illüstrasiya olunan manqa seriyası. 2019-cu ilin yanvarından "Kodansha" nəşriyyatının "Monthly Afternoon" jurnalında serializasiya olunur. 2025-ci ilin dekabrına qədər 15 tankobon cildi buraxılmışdır. Manqa seriyası kəkələməkdən əziyyət çəkən Kaboku Kotani adlı lisey tələbəsinin Hikari Vanda adlı qızla tanış olmasından və onunla birlikdə rəqs klubuna qoşulmasından bəhs edir.

"Madhouse" və "Cyclone Graphics" studiyaları tərəfindən çəkilmiş anime serialı adaptasiyası 2025-ci ilin oktyabrından dekabrına qədər yayımlanmışdır. Bədii film adaptasiyası anons edilmişdir.

Məzmun Kaboku Kotani kəkələmədən əziyyət çəkən, tənha lisey şagirdidir. Bir gün təsadüfən Hikari Vanda adlı sinif yoldaşının rəqslə məşğul olmasına şahidlik edir. Vandanın rəqsindən təsirlənən o, rəqs klubuna qoşulmağa və müxtəlif müsabiqələrdə iştirak etməyə qərar verir.

Personajlar

Kəkələmədən əziyyət çəkən lisey şagirdi. Vandadan təsirlənərək rəqs klubuna qoşulur.

Rəqslə məşğul olmağı sevən lisey şagirdi.

İstehsal Manqa Manqanın müəllifi Coffee hip-hopla ilk dəfə orta məktəbdə oxuyarkən tanış olmuşdur. Küçə rəqsindən bəhs edən "" və hip-hopa həsr olunmuş "" verilişlərini bəyəndiyini demişdir. O, bir müddət rəqslə məşğul olsa da, 19 yaşında rəqslə məşğul olmağı dayandırmış və rəqsin bir daha həyatında yer almayacağını düşünmüşdür. Rəqslə məşğul olmağı dayandırdıqdan sonra növbəti 6 ayını anime izləyib manqa oxumaqla keçirmiş, bundan sonra manqaka olmağa qərar vermişdir. Lakin hazırladığı manqalar yaxşı satılmadığı üçün yaddaqalan bir iş hazırlamaq üçün ideyalar fikirləşməyə başlamışdır. Tələbəlik illərində kəkələmədən əziyyət çəkdiyi üçün həm rəqs, həm də kəkələyən əsas personajdan bəhs edən manqa yaratmağa qərar vermişdir. O, əvvəlcə rəqs mövzusunda manqa çəkə bilməyəcəyini düşünmüş, lakin başqa bir çıxış yolu olmadığı üçün özünü cəsarətləndirərək manqanı çəkməyə başlamışdır. Coffee həm rəqsdən yaxşı anlayışı olmayanların başa düşəcəyi, həm də rəqs etməyi sevənlərin zövq alacağı bir manqa yaratmaq istəmişdir. O, manqanı çəkərkən favorit rəqqası Yusuke ilə rəqs döyüşü təşkil etmişdir. Studiyada təkcə onlar var idi və vaxt limiti yox idi. Coffee bu rəqs döyüşündən əldə etdiyi təcrübəni manqada Kabo ilə On arasındakı rəqs döyüşünü təsvir edən istifadə etmişdir. Kabonu yaradarkən rəqslə məşğul olduğu bir dostundan ilhamlanmışdır. Digər personajlardan Onu rəqs klubundakı daha yaşlı rəqqas, İorini isə klubdakı ən yaxşı rəqqasın əsasında çəkmişdir. Cofee manqanı çəkərkən "" manqasından təsirləndiyini demişdir. Belə ki, həmin manqadakı döyüşçü tez-tez müəllimlərini dəyişirdi və Coffee bundan təsirlənərək Kabonun hekayənin gedişində gah On, gah İori, gah da Kabedən rəqs təlimatları aldığını göstərmişdir.

Anime Anime serialında rəqs səhnələrinin prodüseri kimi Riehata seçilmişdir. Animedəki rəqs səhnələri onun rəhbərliyi altında peşəkar rəqqasların iştirakı ilə hərəkət yaxalama texnologiyası ilə hazırlanmışdır. Çəkilişlərdə peşəkar brek-dans komandası "Kosé 8Rocks" komandası iştirak etmişdir. Rəqqaslardan biri Shigekix (Şiqeyuki Nakaray) 2024-cü ildə baş tutmuş Yay Olimpiya Oyunlarında da iştirak etmişdir. Digər rəqqaslardan Youtee İorinin, Yu-Ki isə Kabenin rəqs hərəkətlərini yerinə yetirmişdir. Animenin açılış mahnısını ifa edən "Be:First" qrupunun aid olduğu agentliyin prezidenti olan Mitsuhiro Hidaka manqa seriyasının fanatıdır.

Media Manqa "Wandance" manqası Coffee tərəfindən yazılır və illüstrasiya olunur. Manqa 25 yanvar 2019-cu ildə "Kodansha" nəşriyyatının "Monthly Afternoon" jurnalında serializasiya olunmağa başlamışdır. Birinci tankobon cildi 23 may 2019-cu ildə buraxılmışdır.

Anime Anime serialı adaptasiyası 2024-cü ilin avqustunda anons edilmişdir. "Madhouse" və "Cyclone Graphics" tərəfindən istehsal olunan anime serialının rejissoru Miçiya Kato, rəqs prodüseri Riehatadır. Anime serialı 8 oktyabrdan 25 dekabr 2025-ci ilə qədər yayımlanmışdır. Açılış mahnısı "Be:First" qrupu tərəfindən ifa olunan "Stare In Wonder" mahnısı, bağlanış mahnısı "Elsee" tərəfindən ifa olunan "Wondrous" mahnısıdır.

Bədii film 2025-ci ilin dekabrında manqa əsasında bədii film adaptasiyasının çəkiləcəyi anons edilmişdir.

Qeydlər

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Yetkinliyə çatma haqqında anime və manqalar Kateqoriya:Kodansha manqaları Kateqoriya:Filmlərə adaptasiya olunmuş manqalar Kateqoriya:Romantik anime və manqalar Kateqoriya:Disney+ orijinal animeləri Kateqoriya:2019-cu ilin manqaları Kateqoriya:2025-ci ilin anime serialları Kateqoriya:Məktəb haqqında anime və manqalar Kateqoriya:Manqalara əsaslanan anime serialları Kateqoriya:Madhouse (şirkət) Kateqoriya:Seynen manqaları Kateqoriya:TV Asahi verilişləri