Atıfət Sunay (; ) — Türkiyənin 5-ci prezidenti Cövdət Sunayın həyat yoldaşı.
Həyatı Atıfət Sunay 1908-ci ildə İstanbulun Üsküdar bölgəsində Bolqarıstandan olan mühacir ailəsində anadan olub. Atası təqaüdə çıxdıqdan sonra ailə Adapazarına köçüb. Orta məktəbi burda bitirib. Böyük qardaşı vasitəsilə gələcək əri, alay müftisinin oğlu Cövdət Sunayla tanış olub. Nişanları qısa müddət sonra pozulub, çünki atası qızınım vəzifəsi səbəbindən onu uzaq yerlərə aparacaq hərbi zabitlə evlənməsini istəmirdi. Yalnız iki il sonra, 1929-cu ildə o, vəziyyəti qəbul edib və cütlük evlənib. Onların Atilla, Aysel və Argun Sunay adlı üç oğlu olub.
Təqaüdçü dördulduzlu general və Baş Qərargahın keçmiş rəisi olan əri Cövdət Sunay Camal Gürselin prezidentliyi 28 mart 1966-cı ildə Türkiyə Böyük Millət Məclisi tərəfindən xəstəliyi səbəbindən dayandırıldıqdan dərhal sonra prezident seçildi. Atıfət Sunay ərinin səhhətindəki problemlərə görə prezidentlikdən istefa verməsinə qədər Çankaya köşkündə yeddi il birinci xanım kimi yaşadı. 5-ci prezidentin həyat yoldaşı olaraq Çankaya Sarayına köçdükdən sonra Atıfət Sunay bütün mebelləri təmir etdirdi. Atıfət xanım geyim tərzinə türk motivlərini daxil etməklə yadda qalıb.
Atıfət Sunay xatirəsini yazdığı kitabında "1971-ci il hərbi çevrilişi zamanı prezident iqamətgahına basqın etməyə çalışan dörd Türkiyə Quru Qoşunları Hərbi Məktəbinin kursantının həyatını edamdan xilas etdiyini və onları tanımadığını" qeyd edib. O, əlavə edib ki, "bunu üç uşaq anası olduğu üçün edib və gənc hərbi tələbələr məhkəmədə ona anaları kimi baxıblar".
Sunay 21 oktyabr 2002-ci ildə 98 yaşında İstanbulda xəstəxananın reanimasiya şöbəsində vəfat edib. Şişli məscidində keçirilən dini dəfn mərasimindən sonra Zəncirliquyu qəbiristanlığında dəfn olunub. İstinadlar
Kateqoriya:Türkiyənin birinci xanımları
Xarici keçidlər