thumb|İnci Evinər, 58-ci Venesiya Biennalesindəki Türkiyə Pavilyonu üçün mətbuat konfransında, 12 fevral 2019. İnci Evinər () — rəngkarlıq, heykəltəraşlıq, installyasiya sənəti və video sənət sahələrində əsərlər yaradan türkiyəli rəssam və müasir incəsənət xadimi.
Həyat və fəaliyyəti Uşaqlıqdan yağlı boya ilə rəsm və eskizlər çəkən İnci Evinər orta məktəbdə oxuyarkən fotoqrafiya və karikatura təhsili almağa başlayıb. O, 1980-ci ildə İstanbul Dövlət İncəsənət Akademiyasının Rəssamlıq fakültəsini bitirib. Akademiyada Mehmed Gülərüzdən təhsil alıb. İlk fərdi sərgisini də İstanbulda gerçəkləşdirib. Daha sonra o, həm Türkiyə, həm də xaricdə çoxsaylı fərdi sərgilər keçirib və qrup sərgilərində iştirak edib. İstanbul, Venesiya, Tayvan, Saloniki, Şanxay və Busan da daxil olmaqla, çoxsaylı biennalelərdə iştirak edib. Onun əsərləri Filadelfiya İncəsənət Muzeyində, Tissen-Bornemisa Muzeyində, Massaçusets Müasir İncəsənət Muzeyində və Lilldəki Təsviri Sənətlər sarayında sərgilənib. Fərdi sərgiləri Parisdəki Ville de Paris Müasir İncəsənət Muzeyi, Val-de-Marn Müasir İncəsənət Muzeyi və Nyu-Yorkdakı Rəsm Mərkəzində keçirilib.
Evinərin 1980-ci illərdən bu günə qədər yaradıcılıq prosesini araşdıran "İçəridə kim var?" adlı retrospektiv sərgisi 2016-cı ildə İstanbul Müasir İncəsənət Muzeyində keçirilib. 2019-cu ildə o, 58-ci Venesiya Biennalesi Beynəlxalq İncəsənət Sərgisində Türkiyə Pavilyonunda rəssam kimi "Biz, başqa yerdə" əsərini nümayiş etdirib.
1998-ci ildə Yıldız Texniki Universitetinin İncəsənət və Dizayn fakültəsində dərs deməyə başlayan Evinər, 2006-cı ildə Memar Sinan İncəsənət Universitetinin İncəsənət fakültəsindən doktorluq dərəcəsini alıb. 2011-ci ildən bəri Evinər Kadir Has Universitetinin İncəsənət və Dizayn fakültəsində dosent kimi eksperimental sənət seminarları və performans tədqiqat kurslarını tədris edir.
Onun əsərlərinin süjet xəttini xətlər və naxışlar təşkil edir. O, instalyasiyalarında xüsusilə qadın kimliyinə və ümumiyyətlə kimlik məsələsinə siyasi, mədəni və tarixi aspektdən yanaşır.
İnci Evinərin dizaynları 33-cü Beynəlxalq İstanbul Film Festivalının afişasında yer alıb.
Əsərləri Artrit və İncəsənət - Kollektiv kitab Kağızın içinə düşsəm...
Mükafatları 2011. Sədat Səmavi mükafatları - Qalereya Nev və Paris Müasir İncəsənət Muzeyində açılan "Sınıq manifestlər" sərgisinə görə. 2013. Kadir Has Universiteti 2013-cü il Akademik mükafatı - "İncəsənət sahəsindəki beynəlxalq nailiyyətlərinə, "Hərəm" əsərinin dünyanın ən vacib muzeylərindən biri olan Pompidou Mərkəzi (Paris) tərəfindən daimi kolleksiyalarına daxil etmək üçün satın almasına və həm ölkə daxilində, həm də beynəlxalq səviyyədə məşhur qalereya və muzeylərdə fərdi sərgiləri, eləcə də 2012-2013-cü illərdə ən vacib beynəlxalq biennale, triennale və digər incəsənət tədbirlərinə aldığı çoxsaylı dəvətlər sayəsində Universitetin adını tanıtdığına görə."
İstinadlar
Kateqoriya:İnstalyasiya incəsənəti