Göyəmli — Azərbaycan Respublikasının Gədəbəy rayonunun Düz Rəsullu kənd inzibati ərazi dairəsində kənd.

Tarixi

Toponimikası İstidərə adlanan ərazidə, Köçdərə çayının (Axınca çayının qolu) sahilində, dağətəyi ərazidədir. Yaşayış məntəqəsini XIX əsrdə Düz Rəsullu kəndindən ayrılmış ailələr Göyəmli adlanan yerdə saldığı üçün belə adlanmışdır. Ərazidə çoxlu göyəm kolları var.Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. AMEA Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı: 2007, səh.427

Əhalisi 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 122 nəfər yaşayır.Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı: 2010, səh.629

Tanınmış şəxsləri Qara Məşədiyev — Dilçi alim, fi­lo­lo­gi­ya elm­lə­ri dok­to­ru, pro­fes­sor, A­zər­bay­can Mil­li Elm­lər Aka­de­mi­ya­sı­nın Nə­si­mi adı­na Dil­çi­lik İns­ti­tu­tu­nun Ono­mas­ti­ka şö­bə­si­nin mü­di­ri.

İqtisadiyyatı Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı — əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.

İstinadlar

Xarici keçidlər Azərbaycan Respublikası Gədəbəy Rayon İcra Hakimiyyəti

Həmçinin bax

Kateqoriya:Gədəbəy rayonunun kəndləri