Bağdad Universiteti () — İraqın paytaxtı Bağdadda yerləşən dövlət tədqiqat universitetidir. O, İraqın ən böyük universiteti və ərəb dünyasında onuncu ən böyük universitetdir."University of Baghdad" . Top Universities. 16 July 2015. Retrieved 26 September 2018. İlk tərkib hissəsi 1908-ci ildə açılmış, daha sonra digər təhsil müəssisələri yaradılmışdır. Bağdad Universiteti mühəndislik, tibb elmləri, humanitar elmlər və dini təhsil kimi müxtəlif sahələr üzrə akademik proqramlar təqdim edir. Universitetin şəhər daxilində Əl-Cədriya, Bab əl-Müəzzəm, Vəziriyyə və Nəhdə Yolunda yerləşən dörd kampusu var.
Tarixi İslam Elmləri Kolleci öz mənşəyinin eramızın 1067-ci ilinə, Əbu Hənifə adına təsis edilmiş elm mərkəzinə dayandığını iddia edir."College of Islamic Sciences" . University of Baghdad. Retrieved 14 July 2014. Bağdad Universitetinin ilk tərkib hissəsi olan Hüquq Kolleci isə 1908-ci ildə təsis edilmişdir.Ala, Hamoudi, Haider (2005). "Toward a Rule of Law Society in Iraq: Introducing Clinical Legal Education into Iraqi Law Schools". Berkeley Journal of International Law. 23 (1). 10.15779/z38q06r
1921-ci ildə Mühəndislik Kolleci, 1923-cü ildə Ali Müəllim Hazırlığı Kolleci və Aşağı Təhsil Kolleci, 1927-ci ildə Tibb Kolleci və 1936-cı ildə Əczaçılıq Kolleci yaradılmışdır. 1942-ci ildə qızlar üçün ilk ali təhsil müəssisəsi olan Kraliça Aliyə Kolleci yaradılmışdır. 1943-cü ildə yeni kolleclərin açılması ilə bağlı təkliflər irəli sürülmüş, bunun nəticəsində 1949-cu ildə İncəsənət Kolleci və Elm Kolleci, 1950-ci ildə isə Əbu Qreyb Kənd Təsərrüfatı Kolleci təsis edilmişdir.
Universitet binasının tikintisi 1950-ci illərin sonlarında İraq Krallıq Hökuməti tərəfindən sifariş edilmiş, Dəclə çayının sahilində yerləşir. Binalar Memarlar Birliyindən Valter Qropius, Luis Makmillen və Robert Makmillan tərəfindən layihələşdirilərək 1959-cu ildən 1960-cı ilə qədər inşa edilmişdir. Memarların yeni universitet kampusu üçün hazırladıqları baş plana Mühəndislik, Elm və Humanitar Elmlər məktəbləri daxil. Kampus ümumilikdə 6 800 tələbə üçün nəzərdə tutulmuşdur. Kampus 1982-ci ildə 20.000 tələbəni qəbul etmək üçün genişləndirilmişdir. Memarlar Hişam Aşkuri və Robert Ouen bütün kampus üçün akademik məkanlar proqramını hazırlamışdılar.
Bağdad Universiteti 2003-cü ildə İraqın işğalı və sonrakı işğal dövründə ciddi zərər çəkmiş, bəzi dərslərdə tələbələrin 90%-dən çoxu təhsili yarımçıq qoymuşdur.
2018-ci ilin sentyabr ayında universitet ilk dəfə olaraq dünyanın ən yaxşı 1 250 universitetinin illik reytinqi olan "Times Higher Education World University Rankings" siyahısınada yer almışdır.Coughlan, Sean (26 September 2018). "Baghdad University makes global ranking" . BBC News. Retrieved 26 September 2018.
Rektorları Aşağıda Bağdad Universitetinin indiki və keçmiş rektorlarının siyahısı verilmişdir:"Former Rectors"
Dr. Matti Aqraşi — 5 oktyabr 1957 – 1 avqust 1958 Dr. Abdul Cabbar Abdulla — 19 mart 1959 – 8 mart 1963 Dr. Abed əl-Əziz əl-Duri — 10 fevral 1963 – 27 noyabr 1965 və 10 sentyabr 1966 – 7 avqust 1968 Dr. Kassem Məhəmməd əl-Kəllaf — 9 sentyabr 1968 – 8 avqust 1970 Dr. Abed Lətif əl-Bədri — 8 avqust 1970 – 1 mart 1971 Dr. Saad Abed əl-Bəkki əl-Ravi — 15 iyun 1971 – 23 yanvar 1974 Dr. Taha İbrahim əl-Abdalla — 14 mart 1974 – 15 oktyabr 1977 Dr. Sultan Abed əl-Qadir əl-Şavi — 18 oktyabr 1977 – 1 mart 1978 Dr. Taha Teyh Diab əl-Nəəmi — 30 iyun 1980 – 27 dekabr 1990 Dr. Adil Şakir əl-Tai — 10 iyul 1990 – 28 fevral 1991 Dr. Xidir Casim əl-Duri — 1 mart 1991 – 10 noyabr 1993 Dr. Abed əl-İllah Yusif əl-Kəşşab — 14 noyabr 1993 – 7 iyun 2001 Dr. Məhəmməd Abed Allah Fəlah əl-Ravi — 12 iyun 2001 – 30 aprel 2003 Dr. Sammi Abed əl-Mehdi əl-Müzəffər — 24 may 2003 – 28 sentyabr 2003 Dr. Musa Cuvad Əziz əl-Musəvi — 28 sentyabr 2003 – 20 noyabr 2012 Dr. Əlaa Abdulrəsul əl-Kəşvan — 20 noyabr 2012 – 13 may 2019 Dr. Qusi əs-Suheyl — may 2019-dekabr 2019 Dr. İmad Hüseyn Mirzə — dekabr 2019-avqust 2020 Dr. Munir Həmid əs-Saadi — avqust 2020-yanvar 2024 Prof. Dr. Bəhaa İbrahim Ənsaf — 3 yanvar 2024-indiyədək
Kampusları
Əl-Cədriyə kampusu Mühəndislik Kolleci Əl-Xarəzmi Mühəndislik Kolleci Elm Kolleci Siyasi Elmlər Kolleci Bədən Tərbiyəsi Kolleci Qadınlar üçün Elm Kolleci Qadınlar üçün Təhsil Kolleci Şəhərsalma və Regional Planlaşdırma İnstitutu Genetik Mühəndislik İnstitutu Mühasibat və Maliyyə Araşdırmaları İnstitutu Kənd Təsərrüfatı Kolleci
Bab Əl-Muəzzəm kampusu Tibb Kolleci Stomatologiya Kolleci Əczaçılıq Kolleci Tibb Bacıları Kolleci Təhsil Kolleci – İbn Rüşd İncəsənət Kolleci Dil Kolleci İnformasiya Kolleci İslam Elmləri Kolleci
Əl-Vəziyyə kampusu Qadınlar üçün Bədən Tərbiyəsi Kolleci Hüquq Kolleci İdarəetmə, Biznes və İqtisadiyyat Kolleci Təhsil Kolleci – İbn əl-Heysəm Gözəl İncəsənət Kolleci Baytarlıq Kolleci
Nəhda Yolayırıcı kampusu Əl-Kindi Tibb Kolleci
Görkəmli məzunları Səddam Hüseyn – İraqın sabiq prezidenti Əbdürrəhman Vahid – İndoneziyanın sabiq prezidenti Əhməd Avəd ibn Mübarək – Yəmənin baş naziri Məhəmməd Əlkobaisi — İslam alimi Hişam Aşkuri — memar Sərvan Baban – Kürdüstan Regional Hökumətinin naziri Venus Faiq (1963-cü il təvəllüdlü) – İraq-Kürd əsilli holland yazıçı, jurnalist və şair Əbdürrəhman əl-Bəzzaz – İraqın sabiq baş naziri Müzəffər Al-Nəvab – İraq şairi və yazıçısı Əməd Zəki Yəhya – beynəlxalq neft məsləhətçisi və Neft Nazirliyində rezervuar mühəndisliyi üzrə sabiq prezident Səadun əl-Duleymi – İraqın sabiq müdafiə naziri Səlva Cərrah – yazıçı və BBC Ərəb xidmətində aparıcı Qanim Əl-Cumaili – Cənubi Nyu Hempşir Universitetində mühəndislik professoru, İraqın Səudiyyə Ərəbistanındakı sabiq səfiri Qəssən Muhsen – diplomat və rəssam Əhməd Obeidat – İordaniyanın sabiq baş naziri Sinan Əl-Şəbibi – İraq Mərkəzi Bankının sabiq sədri Rihab Taha – bioloji silahlar üzrə rəhbər Cəlal Tələbani – İraqın sabiq prezidenti Donni Corc Yuxanna – arxeoloq Müntəzər əl-Zeydi – jurnalist Haşim Casin – Pan-Malaysia İslami Partiyasının Ruhani rəhbəri Suad Cavad– "Dublaj Kraliçası" Aqil əl-Mosavi – stomatoloq, yazıçı və fotoqraf Hazim Abdullah Xedr – tarixçi və Əndəlus ərəbcəsi ədəbiyyatı üzrə tədqiqatçı Muştak Əl-Ətəbi – mexanika mühəndisliyi professoru Məhəmməd N. S. Hadi – mühəndislik professoru Şaul Sassun – Səddam Hüseyn dövründə Sənaye Nazirliyində baş mühəndis
İstinadlar
Kateqoriya:İraq universitetləri