Kunekun — donuzlar fəsiləsindən olan Yeni Zelandiya donuz cinsi. Ümumi məlumat Kunekun kiçik ev donuzu cinsidir. Kunekun tüklü və yumru bir quruluşa malikdir və alt çənəsindən sallanan piri adlı kiçik əlavə dəri parçaları ola bilər. Rəngləri qara və ağdan, zəncəfiri, krem, qızıl uclu, qara, qəhvəyi və üçrəngliyə qədər dəyişir. Onlar sakit və dostcanlı təbiətə malikdirlər.
Bu cinsin XIX əsrin əvvəllərində Yeni Zelandiyaya balina ovçuları və ya tacirlər tərəfindən gətirilən Asiya mənşəli ev donuzu cinsindən törədiyi güman edilir. Onlar Yeni Zelandiyada "Captain Cooker" kimi tanınan Avropa mənşəli vəhşi donuzlardan əhəmiyyətli dərəcədə fərqlənir. Yeni Zelandiyanın yerli Maori xalqı Kunekun donuzlarını ev heyvanları kimi saxlayırdılar. "Kunekune" Maori dilində "şiş və yumru" mənasını verir."Captain Cooker" , Te Ara Encyclopedia of New Zealand
1980-ci illərə qədər təxminən 50 Kunekun qalmışdı. Mixael Villis və Con Simister adlı vahşi təbiət parkı sahibləri yetişdirmə bərpası proqramına başladılar. Bu da digər bərpa səylərini təşviq etdi. 2010-cu ilə qədər bu cins artıq nəsli kəsilmək təhlükəsi ilə üzləşmirdi və Yeni Zelandiya və Birləşmiş Krallıqda cins cəmiyyətləri yaradılmışdı. 1993-cü ildə iki Kunekun Birləşmiş Krallıqdan ABŞ-a idxal edildi.
2017-ci ildə "Science Daily"nin hesabatında Kunekun donuzlarının "təəccüblü yaxşı yaddaş" ilə əlaqədar əlamətdar sosial öyrənmə qabiliyyətinə malik olduğu bildirilmişdir. Kunekun donuzları yayda yalnız otla qidalanaraq özünü saxlaya bilir.
Kunekun donuzları təxminən 60 sm hündürlüyündədir. Yetkin Kunekun 60 ilə 200 kq arasında çəkiyə malik ola bilər, erkəklər dişilərdən əhəmiyyətli dərəcədə ağırdır.
Kunekun donuzları Yeni Zelandiyada ev heyvanı kimi saxlanıla bilər və kiçik donuz cinsi kimi tanınır. Kunekun donuzları biotəhlükəsizlik səbəblərinə görə Avstraliyaya idxal edilə bilməz. Bununla belə, yetişdiricilər alternativ bir Avstraliya cinsi yaratmışdır: Avstraliya kiçik donuzu. İstinadlar
Xarici keçidlər
The British Kunekune Pig Society
Kateqoriya:Əlifba sırasına görə heyvanlar Kateqoriya:Əhliləşdirilmiş heyvanlar Kateqoriya:Donuzlar