Ralf Elmer Klarkson (; ) — əsasən Çikaqo və ətrafındakı ictimai xadimlərin portretləri ilə tanınan amerikalı rəssam.
Bioqrafiyası
Atası Şotlandiya əsilli araba istehsalçısı idi. O, bədii təhsilinə 1881-ci ildə Bostondakı yeni İncəsənət Muzeyi Məktəbində Frederik Krouninşild ilə başlamışdır. Bundan sonra Parisdəki Jülian Akademiyasında Jül Lefevr və Qüstav Bulanjenin rəhbərliyi altında dərslər almışdır. Salondakı ilk sərgisi 1887-ci ildə olmuşdur.Biography @ the Schwartz Collection,
ABŞ-yə qayıtdıqdan sonra o, Konnektikut ştatının Hartford şəhərində yaşamışdır. Məhz orada hakim Devid S. Kalhunun (1827-1911) qızı Franses Kalhunla evlənmişdir. Qısa müddət sonra onlar Nyu-Yorka köçmüş və orada Milli Dizayn Akademiyasındakı sərgilərdə iştirak etmişdir. 1892-ci ildən 1895-ci ilə qədər o, Avropada səyahət etmiş və rəsm çəkmişdir; o cümlədən Vilyam Merrit Çeyz ilə birlikdə Prado muzeyinə baş çəkmişdir. Bir daha qayıtdıqdan sonra, Çikaqoda portret rəsmləri üçün geniş imkanlar olduğuna görə studiyalarını açmağa qərar verdi.
İstinadlar
Xarici keçidlər
Restoring John Peter Altegeld's Portrait @ Illinois Periodicals online Ralph Clarkson's papers @ the Art Institute of Chicago Detailed biography @ the Illinois Historical Art Project
Kateqoriya:1861-ci ildə doğulanlar Kateqoriya:1942-ci ildə vəfat edənlər Kateqoriya:Əlifba sırasına görə şəxslər Kateqoriya:Əlifba sırasına görə rəssamlar Kateqoriya:ABŞ rəssamları Kateqoriya:Amerika İncəsənət və Ədəbiyyat Akademiyasının üzvləri Kateqoriya:XX əsr ABŞ rəssamları