Ehtiram Dərişov () — Azərbaycanlı MMA və pankration idmançısı,dünyavə Avropa çempionu, Azərbaycan MMA və Qrapplinq Federasiyasının milli yığmasının üzvü,pankration üzrə yeniyetmələrdən ibarət milli yığmanın baş məşqçisidir.
Həyat və fəaliyyəti
Ehtiram Didey oğlu Dərişov 1988-ci il dekabr ayının 28-də Qax rayonu Zərnə kəndində anadan olub. Ehtiram Dərişov 1996–2007-ci illərdə Qax rayonu Zərnə kəndində Söhrab Vəliyev adına tam orta məktəbdə təhsil almış, 2008-2009-cu illərdə Naxçıvan Muxtar Respublikasında XTQ-də həqiqi hərbi xidmət keçmiş, 2012–2017-ci illərdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında (ADBTİA) ali təhsil almışdır. Ehtiram Dərişov idman kariyerasına 2001-ci ildə hələ 5-ci sinif şagirdi olarkən Qax rayon Gənclər İdman Məktəbində sərbəst güləş üzrə məşqlərə başlamışdır. 2006-cı ildə qarışıq döyüş növləri üzrə məşqlərlə davam edib. O, kunq-fu və çoxnövçülük döyüş yarışlarında iştirak edib. Ehtiram Dərişov 2007-ci ildən idman karyerasına Bakıda əməkdar məşqçi Dülgər Əsgərovun rəhbərliyi altında Əlbəyaxa döyüş idman klubunda davam etdirmişdir. Ehtiram Dərişov 28 nömrəli tam orta məktəbdə fiziki tərbiyə müəllimi olaraq çalışır.
Nəticələri SıraİlYarışEv sahibiNəticə12010Kişilər arasında Dünya Çempionatı. Pankration, 66 kq Yunanıstan3.22011Kişilər arasında Avropa Çempionatı. Pankration, 60 kq Ukrayna3. 32011Kişilər arasında Avropa Çempionatı. Pankration, 60 kq İtalya1.42011Kişilər arasında Avropa Çempionatı. Pankration, 66 kq İtalya3.52013Kişilər arasında Avropa Çempionatı. Pankration, 60 kq Yunanıstan1.12013Kişilər arasında Avropa Çempionatı. Pankration, 66 kq Yunanıstan2.72014Kişilər arasında Avropa Çempionatı. Pankration, 66 kq Rumıniya1.82014Kişilər arasında Dünya Çempionatı. Pankration, 62 kq Türkiyə3.92015Kişilər arasında Dünya Çempionatı. Pankration, 62 kq Türkiyə2.102015Kişilər arasında Avropa Çempionatı. Pankration, 62 kq Gürcüstan3.112016Kişilər arasında Avropa Çempionatı. Pankration, 62 kq Macarıstan1.122017Kişilər arasında Dünya Çempionatı. MMA, 57 kq Rusiya1.132018Kişilər arasında Dünya Çempionatı. Pankration, 62 kq Rusiya1.142018Kişilər arasında Avropa Çempionatı. Pankration, 60 kq Serbiya1.152022Kişilər arasında Dünya Çempionatı. MMA, 61 kq Amsterdam1.162023Kişilər arasında Dünya Çempionatı. MMA, 61 kq Tailand2.172024Kişilər arasında Dünya Çempionatı. MMA, 61 kq İndoneziya2.
Mükafatları
Azərbaycan MMA və Qrapplinq Federasiyasının milli komandanın üzvü, Pankration idman növü üzrə yeniyetmələrdən ibarət milli yığmanın baş məşqçisi Dərişov Ehtiram Didey oğlu karyerası ərzində ölkə daxilində və beynəlxalq yarışlarda mükafatlar qazanmışdır. 2014-cü ildə Pankration idman növü üzrə “İdman ustası”, 2018-ci ildə MMA idman növü üzrə isə “Əməkdar İdman ustası” adına layiq görülmüşdür. 2023-cü ildə MMA və Qrapplinq Federasiyasında “İlin idmançısı” seçilib.2015-ci ildə I Avropa Oyunlarının məşəl estafetini Qax şəhərində daşıyan 11 estafetçidən biri olmuşdur.
İstinadlar