Əbu əl-Səna Mahmud bin Zayd əl-Ləmişi (; ) — XII əsrdə yaşamış mavəraünnəhrli hənəfi-matürid alim.
Həyatı Onun həyatı haqqında çox az şey məlumat saxlanılıb. Onun kitablarının dəyərli olmasına baxmayaraq, o, öz nəşrləri ilə çox tanınmır və "Təbaqat" kitablarında onun həyatı haqqında çox məlumat verilmir. O, Fərqanədəki (Özbəkistan) Lamiş adlı yerdən idi və şeyxülislam kimi tanınırdı.
Bəzən onun İmam Əbu əl-Muin ən-Nəsəfinin tələbəsi olduğu güman edilir, baxmayaraq ki, bu, dəqiq məlum deyil. O, əsərlərində Əbu əl-Muin ən-Nəsəfinin (vəfatı ili 1115) "Təbsirət əl-Ədilla" əsərindən bəzi kəlamları istifadə edib.
Onun "Kitab ət-Təmhid li-Qəvaid ət-Tövhid" (; tərcüməsi: Təkallahlıqla bağlı qaydalara aid giriş əsəri) əsəri maturidilər məzhəbinin ən vacib kitablarından biri hesab olunur. "Kitab fi üsul əl-Fiqh" () kitabı isə Üsuli-Fiqh ədəbiyyat janrına aid əsərlər arasında unikaldır. Digər mətnlərdən fərqli olaraq, o, üsul kitablarındakı klassik mövzu bölgüsü sxeminin istifadəsi yerinə daha çox lüğət şəklində yazılıb.
Vəfatı Onun ölüm tarixi məlum deyil, lakin bəziləri onun hicri təqvimi ilə 522-ci ilin Ramazan ayında (miladi 1128) 81 yaşında vəfat etdiyini bildirilər. Lakin bu məlumat etibarlı hesab olunmur, çünki o, hicri təqvimi ilə 539-cu ildə sağ idi. Çox güman ki, onun vəfat ili XII əsrin əvvəlinə təsadüf edib.
İstinadlar
Kateqoriya:Hənəfilər Kateqoriya:Matüridilər Kateqoriya:Şeyxülislamlar Kateqoriya:Sünni imamları Kateqoriya:Sünni müsəlman İslam alimləri