İnternet mədəniyyəti — şəbəkələşmiş ünsiyyətdən yaranan təcrübələr, normalar, estetik anlayışlar və ortaq istinadlar toplusudur. Bu termin, platformalar üzərində yayılmış dilləri, ritual və zarafatları, janrları, həmçinin onlayn mühitlərə xas olan icmaları, şəxsiyyətləri və əməkdaşlıq formalarını əhatə edir. İnternet mədəniyyəti şəbəkələrin texniki arxitekturası, platformaların idarəçiliyi və məlumatların siyasi-iqtisadi tənzimləmələri ilə formalaşır; bu amillər insanların auditoriya tapma, əməkdaşlıq etmə və onlayn müstəvidə hakimiyyət uğrunda rəqabət aparma yollarını müəyyən edir. Terminologiya Tədqiqatçılar bənzər anlayışları ifadə etmək üçün “kibermədəniyyət”, “rəqəmsal mədəniyyət” və “şəbəkə mədəniyyəti” kimi terminlərdən istifadə ediblər. Əvvəlki tədqiqatlarda “kibermədəniyyət” termini xüsusilə elan lövhəsi sistemləri, Usenet və İnternet forumu ətrafında formalaşan mədəni təsəvvürləri təsvir etmək üçün işlədilmişdir. Hovard Reynqold “Netizen” terminini populyarlaşdırmışdır, bu termin, virtual icmaların üzvlərini və onlayn vətəndaşlıq həyatında fəal iştirak edən insanları təsvir etmək üçün istifadə olunur.2000-ci illərin ortalarına qədər tədqiqatçılar fəal iştirak və yayımlama proseslərinə diqqət yetirmiş, bunu izah etmək üçün tez-tez “konvergent mədəniyyət” və “fəal iştirak mədəniyyəti” anlayışlarından istifadə etmişlər. Bəzi tədqiqatçılar, ictimaiyyətin texniki və sosial şəbəkələr vasitəsilə necə formalaşdığını ifadə etmək üçün “şəbəkələşmiş ictimaiyyətlər” (networked publics) terminini üstün tuturlar.
Tarix Əlavə məlumat üçün: İnternetin tarixi
İnternet mədəniyyətinin bir çox xüsusiyyətlərinin Həvəskar radiorabitə, zinlər (özəl nəşrlər), fan klublar və elmi-fantastika fandomu kimi sahələrdə əvvəlcədən formalaşmış nümunələri vardır, bu mühitlərdə həvəskarlar paylanmış ictimaiyyətlər qurur və ortaq biliklər (lore) paylaşırdılar. Bu ilkin nümunələr sonradan onlayn mühitdə geniş şəkildə inkişaf edəcək bərabərhüquqlu (Peer-to-peer) ünsiyyət, “Bunu özün et” (DIY) nəşriyyatçılıq və kollektiv məna-yaratma modellərini formalaşdırmışdır. Folklorşünaslar qeyd edirlər ki, rəqəmsal folklor uzun müddətdir mövcud olan Lətifələr, Əfsanələr və kollektiv hekayəçilik kimi formaları şəbəkələşmiş yayımın sürətinə və miqyasına uyğunlaşdıraraq transformasiya edir.
thumb|Bir elan lövhəsi (bulletin board system) Ekran görüntüsü 1970-ci illərdən 1990-cı illərə qədər şəbəkələşmiş sosial mühitlər forum sistemləri (bulletin board systems), Usenet, Internet Relay Chat (IRC) və çoxistifadəçi rol oyunları (MUD) üzərində formalaşmışdır. Bu mühitlərdə yeni gələnlər qaydaları, terminologiyanı və moderasiya praktikasını öyrənirdilər. Bu məkanlar saxta adlarla identifikasiyanı, texniki nüfuzu və könüllü idarəetməni normal hala gətirdi və bu günkü platformalara hələ də təsir göstərir.Şəbəkə akademik müəssisələrin hüdudlarından çıxanda, 1993-cü ilin sentyabrında America Online-un (AOL)istifadəçilərinə Usenet-ə çıxış verməsi ilə başlayan fenomeni təsvir etmək üçün ‘əbədi sentyabr’ termini yaradıldı. Bu, əvvəlki sentyabr effektinin dövri xarakterini effektiv şəkildə sona çatdıran, onlayn mədəni normalara və netiketə bələd olmayan yeni istifadəçilərin davamlı axınının başlanğıcı oldu.
Vebin (Ümumdünya hörümçək toru)ilk onilliyi, təxminən 1990–2000-ci illər, şəxsi veb səhifələr, webring-lər və mövzu forumları ilə xarakterizə olunurdu. Tədqiqatçılar sənədləşdirirlər ki, icmalar söhbətləri necə təşkil edir, arxivlər yaradır və iştirak və iştirak etməmə qaydalarını necə formalaşdırırdılar.
2000-ci illərin ortalarında Veb 2.0 dalğası istifadəçi tərəfindən yaradılan məzmunu və xidmət yönümlü platformaları təqdim etdi ki, bu da nəşr etmə və məlumatın yayılma xərclərini azaltdı. Amerikalı media tədqiqatçısı Henry Jenkins "sənət ifadəsinə aşağı sədlərlə" giriş imkanı verən, qeyri-rəsmi mentorluq və güclü paylaşma normaları ilə dəstəklənən bir iştirakçı mədəniyyəti təsvir etmişdir.
2010-cu illərdən etibarən sosial və axtarış xidmətləri kəşfi alqoritmik sıralama və tövsiyə sistemləri vasitəsilə mərkəzləşdirdi. Tədqiqatçılar mədəniyyətin bu platformalaşmasını açıq protokollardan xüsusi infrastruktur və sistemlərə keçid kimi təhlil edirlər; bu da görünürlüyü idarə və diqqəti monetizasiya edir.
İbtidai rəqəmsal mədəniyyət əsasən Anglosferada mərkəzləşmişdi. İnternetin Britaniya–Amerika ixtirası kimi yaranması və kompüter texnologiyasının əsasən ingilis dilinə uyğun hazırlanmış mətn kodlaşdırma sistemlərinə söykənməsi, İngilisdilli cəmiyyətlərə və sonradan Latın qrafikalı dillərdən istifadə edən cəmiyyətlərə rəqəmsal mədəniyyətə üstün çıxış imkanı verdi. Lakin zamanla İnternetin dil mənzərəsi daha müxtəlif hala gəldi. 1990-cı illərdə İnternetdəki ingilis dilində məzmunun payı təxminən 80% idisə, 2018-ci ilə qədər bu göstərici 52,9%-ə qədər azaldı.
Xüsusiyyətlər İnternet mədəniyyəti, Hipermətn və URL texnologiyaları üzərində qurulmuş sitat gətirmə, link paylaşma, kredit vermə və remiks etmə kimi praktikaları kodlaşdırır. Tədqiqatçılar, platformalar üzrə müxtəlif rolları eyni anda idarə edən insanları əhatə edən, üst-üstə düşən auditoriyalara və kontekstin qarışmasına malik ‘şəbəkələşmiş ictimaiyyətlər’ (networked publics) anlayışını təsvir edirlər. Dominant altkültürlər Tədqiqatçılar onlayn praktikaları strukturlaşdıran bir neçə submədəniyyəti təsvir edirlər; bunlara iştirakçı fan şəbəkələri, hacker və pulsuz proqram təminatı layihələri, influencer iqtisadiyyatları və spesifik maraqlar ətrafında hərəkət edən kənar (fringe) icmalar daxildir.
Fan icmaları serial hekayə anlatımı, iştirakçı arxivçilik və hədiyyə iqtisadiyyatı ətrafında təşkil olunur. Amerikalı media tədqiqatçısı Henry Jenkins göstərir ki, fanlar hekayələri genişləndirir, ictimaiyyət qarşısında yaradıcı əməkdaşlığı koordinasiya edir və media istehsalçıları ilə müəlliflik hüquqları barədə razılaşmalar aparırlar.
Hacker və pulsuz proqram təminatı icmaları həmkar yoxlaması, versiya idarəetməsi və açıqlıqla bağlı əxlaqi iddialara önəm verirlər. Etnoqrafik tədqiqatlar göstərir ki, "Meritokratiya" hekayələri qapıkeçmə (gatekeeping) praktikaları və epizodik etirazlarla yanaşı mövcud olur.
Influencer mədəniyyətləri özünü brendləşdirmə, alqoritmik qarşılıqlı əlaqə və reklamverənlərlə münasibətləri birləşdirir. Tədqiqatçılar bu iqtisadiyyatda qeyri-sabit əmək, auditoriya əməyi və aspirasion sahibkarlığı vurğulayırlar.
Spesifik maraqlar ətrafında ixtisaslaşmış icmalar formalaşır, kənar (fringe) şəbəkələr isə platformaların imkanlarından antagonistik və Ekstremizm hərəkət üçün istifadə edirlər. Tədqiqatçılar radikallaşma prosesinin dinamikasını, platformalararası miqrasiyanı və tövsiyə sistemlərinin rolunu izləyirlər.
Memlər və viral yayılma thumb|upright|2013-cü ildə populyar olan və əvvəlki lolcat-lara bənzər tərzdə Doge (mem)inin bir nümunəsi. Memlər mədəni mübadilə vahidləri kimi fəaliyyət göstərir, rəqəmsal təkrar istehsal və şəbəkə effektləri sayəsində təqlid və törəmə yolu ilə yayılır və dəyişir. İsrail kommunikasiya tədqiqatçısı Limor Şifman İnternet memi platformalar arasında ‘dairəvi şəkildə yayılan, təqlid edilən və transformasiya olunan rəqəmsal elementlər qrup’u kimi təyin edir. Tədqiqatçılar şəkil makroları, reaksiyalı GIFlər, qısa formatlı videolar və copypasta kimi formatları ortaq şablonlar və normalara malik janrlar kimi təhlil edirlər.
Yumor, ironiya və oyun Oyunvari təcavüzkarlıq, ironiya və daxili zarafatlar bir çox icmanın mərkəzindədir və saxta adlardan istifadə (pseudonimlik) və Kontekst süqutu ilə asanlaşdırılır. Amerikalı media tədqiqatçısı Vitney Flips göstərir ki, subkultural yumor "oyunvari və zəhərli" səviyyələr arasında hərəkət edə bilər və xəbər media və platforma dinamikaları tərəfindən gücləndirilə bilər.
Onlayn icmalar həmçinin konflikt və aqressiya kimi davranışlar nümayiş etdirə bilər; məsələn, trolling — qəsdən təhqiramiz və ya provokativ məzmun paylaşmaq hərəkəti.
Remiks, nümunə götürmə və intertekstualıq Remiks praktikaları mövcud media və istifadəçi tərəfindən yaradılmış əsərlərdən götürür, rəqəmsal nümunələmə (sampling) və hiper Link texnologiyaları üzərində qurulur. Tədqiqatçılar bunu kollektiv arxivlərdən ilham alan və yerli (vernacular) yaradıcılıq kimi təqdim edirlər; yaradıcılar mənbələri göstərir, linklərlə şərhlər əlavə edir və formatları ictimaiyyət qarşısında təkrar işləyirlər.
Şəxsiyyət və saxtə ad (psevdonim) thumb|İstifadəçinin profil şəkli ilə Twitter paylaşımı Kimlik istifadəçi hesab sistemləri və profil texnologiyaları vasitəsilə təmin olunan İstifadəçi adları, Avatar (rəsm) və İstifadəçi profili üzərindən formalaşdırılır. Tədqiqatçılar göstəriblər ki, Təxəllüs təcrübə aparmaq və risk götürmək imkanı yaradır, eyni zamanda təcavüz və qaçınmaq üçün də istifadə oluna bilər. Irq, cins və sinif üzərində aparılan işlər göstərir ki, oflayn bərabərsizliklər Axtarış alqoritmlərində və görünürlük göstəricilərində təkrarlanır.
1998–1999-cu illərdə aparılmış bir erkən tədqiqat göstərdi ki, iştirakçılar onlayn əldə olunan məlumatı jurnallardan, radio və televiziyadan əldə olunan məlumatdan bir qədər daha etibarlı hesab edirlər, amma ən etibarlı məlumat isə qəzetlərdən əldə olunan məlumat hesab olunurdu. Onlayndakı etibarlılıq, oflayn dünyada olduğu kimi müəyyən edilir. Lavrens Lessiq iddia etmişdir ki, müəyyən bir onlayn icmanın strukturu etibarlılığın müəyyənləşdirilməsində ən vacib amil ola bilər. Amillərə aşağıdakılar daxildir: anonimlik, fiziki kimliklə əlaqə, şərh qiymətləndirmə sistemi, rəy növü (müsbət və ya həm müsbət, həm mənfi), moderasiya.
Bir çox sayt anonim şərh imkanını təmin edir, belə hallarda şərhlə bağlı istifadəçi identifikatoru “qonaq” və ya hər hansı digər avtomatik adla göstərilə bilər. Anonim şərhə imkan verən bir struktura malik icmalarda etibarlılıq yalnız şərhin obyektinə bağlıdır. İdentikliyə müəyyən bağlılıq tələb edən saytlar isə bəzən yalnız şərh oxucularının şərhçini qiymətləndirməsinə imkan verən ləqəb tələb edə bilər; bu, ya açıq şəkildə, ya da qeyri-rəsmi reputasiya vasitəsilə olur. Lakin internetin cəmiyyətə inteqrasiyası ilə şəxsi məlumatların tez-tez “səhvən” yayılması və Rəqəmsal ayaq izi kimi anlayışların yüksəlişi nəticəsində anonimlik hələ də mümkündürsə də, azalmışdır.
Dil və ünsiyyət İnternet dili texniki şivə ilə oyunbaz yenilikləri birləşdirir - bunlara qısaltmalar, Leetspeak və platformaya xas üslublar daxildir və bunlar simvol məhdudiyyətləri və Klaviatura məhdudiyyətləri ilə formalaşır.
İstifadəçilər tonu idarə etmək və emosiyanı göstərmək üçün mətni Emotikonlar, Emojilər, stikerlər və GIFlərlə tamamlayırlar, sadə mətn ünsiyyətinin məhdudiyyətlərini kompensasiya edirlər. Bu təcrübələr az kontekstli mühitlərdə praktik göstərici rolunu oynayır və sürətli fazik (söhbətçi) ünsiyyəti dəstəkləyir.
Mətnlə oynamaq ASCII sənəti, kod bloklarının estetikası və copypasta vasitəsilə davam edir - bu, ritual və daxili zarafatları standartlaşdırır və simvol Kodlaşdırma ilə monospaced şrift texnologiyalarına əsaslanır.
Şəkil makroları, ekran görüntüsü esseləri və birləşdirilmiş videolar tanınan xalq üslublarını yaradır, bunlar platformalar və dillər arasında yayılır və şəkil sıxılma, video kodekləri və Çarpaz platformalı proqram təminatı paylaşım protokolları vasitəsilə mümkün olur.
Platformalar Rəqəmsal platformalar internet mədəniyyətinin icra olunduğu əsas infrastruktur kimi xidmət edir; hər biri müəyyən imkanlar, idarəetmə modelləri və sosial dinamikaları özündə ehtiva edir ki, bu da icmaların onlayn necə formalaşdığını, ünsiyyət qurduğunu və mənalar yaratdığını müəyyənləşdirir. Bu platformalar neytral konteynerlər deyildir; əksinə, onlar kimlik, görünürlük, zamanlılıq və qarşılıqlı təsir üzrə arxitektura, məqsəd və dizayn seçimləri vasitəsilə mədəni ifadəni fəal şəkildə vasitəçilik edirlər.
thumb|Stack Overflow-da "Ən çox verilən suallar" səhifəsi