thumb|Tamaire üzrə Yaponiya çempionatında iştirak edən oyunçular.|200px – Yaponiya məktəblərində idman festivalları zamanı oynanılan top oyunu. Ümum-Yaponiya Tamaire Assosiasiyası tərəfindən rəsmi yarışları təşkil olunur.

Qaydalar Tamaire əsasən məktəblərdə, xüsusilə, ibtidai məktəblərdə baş tutan idman festivallarında oynanılan top atma oyunudur. İştirakçılar iki komandaya bölünürlər və topu dirəklərin üstündə yerləşdirilmiş səbətlərə və ya torbalara salmaq üçün yarışırlar. Komandalar ağ və qırmızı kimi rənglərə bölünürlər və səbətin yerləşdiyi dirəyin ətrafında toplaşırlar. Siqnal verilən kimi iştirakçılar topları öz səbətlərinə atmağa başlayırlar. Səbətində ən çox top olan komanda qalib gəlir. Yarışı daha həyəcanlı hala gətirmək üçün səbətdəki toplar dramatik şəkildə sayılır.

Qaydalar iştirakçıların yaşına uyğun formada tənzimlənə bilər. İstənilən rəngdə topdan istifadə oluna bilər, lakin adətən komandaların rənglərinə uyğun olaraq qırmızı və ağ rəngli toplardan istifadə olunur. Belə halda olan oyun "kohaku tamaire" adlanır.

Müsabiqələr Yaponiyada tamaire üzrə idman yarışları Ümum-Yaponiya Tamaire Assosiasiyası tərəfindən təşkil olunur. 1990-cı ilin avqustunda Hokkaydo prefekturasının Vassamu qəsəbəsində tamaire üzrə çempionat baş tutmuşdur. 1995-ci ildə həmin qəsəbədə Ümum-Yaponiya Tamaire Assosiasiyası yaradılmış və oyunun rəsmi qaydaları müəyyənləşdirilmişdir. 1995-ci ildə tamaire üzrə ilk Yaponiya çempionatı baş tutmuş və 150 komandadan olan 2000 atlet müsabiqəyə qatılmışdır.

1998-ci ildəki çempionatda Şizuoka prefekturasının İto şəhərində ilk dəfə olaraq çimərlik tamairesi üzrə yarış baş tutmuşdur. 1999-cu ildəki çempionatda ilk dəfə qadınların müsabiqəsi keçirilmişdir. 2003-cü ildəki çempionatda əlillər və uşaqlar üçün yarışlar baş tutmuşdur.

Qaydalar Ümum-Yaponiya Tamaire Assosiasiyası tərəfindən keçirilən rəsmi müsabiqələrdə oynanılan tamaire bir komandanın 4–6 nəfərdən ibarət olduğu və 100 topu ən qısa müddətdə səbətə atan tərəfin qalib gəldiyi oyundur. Bu rəsmi variant adlanır. Oyun meydançası 6 metr diametrində olan dairəvi sahədir. Səbətin yerləşdiyi dirəyin hündürlüyü 4,12 metr, səbətin hündürlüyü və eni isə 44 santimetrdir.

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Komanda idman növləri Kateqoriya:Yaponiyada idman növləri Kateqoriya:Top oyunları