Əbu Əyyub Süleyman ibn Yasar əl-Hilali əl-Mədəni (; ) — tabiin dövründə yaşamış mədinəli yeddi fəqihdən biri.

Bioqrafiyası Hicri 34-cü (654) ildə doğulub. İranəsəlli Yasarın dört oğlundan biridir. Künyələri "Əbu Əbdürrəhman" və "Əbu Abdullah"dır.

Əvvəl Meymunənin, sonra isə Abdullah ibn Abbasın mövlası olmuşdur.

Ömər ibn Əbdüləzizin Mədinə vasilisi olduğu dövrdə onun məsləhətçilərindən biri olmuşdur.

Onun rəvayətlərinə "Kütubi-Sittə"də yer verilmişdir.

Onun Şimali Afrikaya və Dəməşqə səyahətlər (Vəlid ibn Əbdülməlik dövründə) etdiyi deyilmişdir. Süleyman ibn Yasar, hicri 107-ci (725) ildə vəfat etmişdir.

İstinadlar

Kateqoriya:Tabiinlər