thumb|200px|Çennai devadasiləri. 1920-ci illər. Devadasi (, ) — cənubi Hindistanda doğulduğu andan etibarən və ya edilən bir nəzir nəticəsində ilahi varlığa "həsr edilmiş", həyatının sonunadək məbədə bağlı şəkildə yaşayan və ona xidmət edən qızlara verilən ad. Devadasilər dini ritualları icra etmiş, məbədin qorunması və bəzədilməsi ilə bağlı işləri yerinə yetirmiş, həmçinin dinlə bağlı ənənəvi Hindistan incəsənət növlərini icra etmişdilər. Onlar sakral rəqs sənətində (bharatanatyam) xüsusi hazırlıq keçmiş və məbəd rəqqasələri kimi çıxış edən qadınlar olmuşlar. Avropada onlar bayader və ya bayaderka adlandırılmışdır. Bayaderlər odissi və digər Hindistan ritual rəqs üslublarında da mahir olmuşlar. Səyyar rəqqasələr nakni, kutani və sutradari kimi də tanınmışdır. İngilislər devadasiləri məbəd fahişələri kimi qəbul etmişdilər.

İstinadlar

Kateqoriya:Fahişəliyin tarixi Kateqoriya:Kurtizankalar Kateqoriya:Hindistanın mədəniyyət tarixi Kateqoriya:Hindistan rəqsləri