İan Corc Braun () — İngiltərə musiqiçisi. 1983-cü ildə qurulan "The Stone Roses" rok qrupunun yarandığı gündən dağılana qədər solisti olub. Qrupun bütün üzvləri dəyişsə də, o, axıra qədər qalıb. 1996-cı ildə qrup dağılandan sonra tək çıxış etməyə başlayıb. Solo karyerası uğurlu keçib, bir çox albom və mahnılar yazıb. 2011-ci ildə "The Stone Roses" yenidən bir araya gəlib və İ. Braun 2017-ci ilə qədər qrupla birlikdə səhnələrə çıxıb.

Erkən həyatı İan Braunun uşaqlıq illəri Vorrinqtonda keçib. Ailəsi sadə zəhmətkeş insanlar olub.Robb, p. 13 Atası ağac ustası işləyib, anası isə kağız fabrikində katibə olub. Altı yaşına qədər Foster küçəsində yaşayıblar. Sonra bütün ailəsi - özü, valideynləri, qardaşı Devid və bacısı Şeron Timperli qəsəbəsinə köçüblər. Orada Silvan prospektində məskunlaşıblar.Robb, pp. 14–19

İan ilk təhsilini Park-Roud məktəbində, orta təhsilini isə Oltrinhem oğlanlar gimnaziyasında alıb. On altı yaşında məktəbi bitirərək həyata atılıb. Sonralar onun oxuduğu gimnaziyada baş vermiş acı hadisələr üzə çıxıb. Məktəbin keçmiş müəllimi Fred Talbot 1970-ci illərdə şagirdlərə qarşı qeyri-etik hərəkətlər edibmiş. Braun 2015 və 2017-ci illərdə bu işlə bağlı məhkəmədə şahidlik edib və nəticədə müəllim cəzalandırılıb.

İan Braun musiqiyə pank axınından gəlib. O dövrdə "Sex Pistols", "The Clash" kimi məşhur qrupları və öz şəhərlərindən olan "Slaughter & the Dogs" qrupunu dinləyib. Saykobilli üslubunu da çox bəyənib və İngiltərənin şimalında təşkil olunan skuter həvəskarlarının görüşlərinə tez-tez gedib.Robb, pp. 20–21 Sonralar "The Stone Roses" qrupunda birgə çalışacağı Pit Qarnerlə tanış olub və onlar ikisi "The Clash" qrupunun "Bankrobber" mahnısının studiya yazılışını canlı izləyiblər.Robb, p. 30

Diskoqrafiya Studiya albomları Unfinished Monkey Business (1998) Golden Greats (1999) Music of the Spheres (2001) Solarized (2004) The World Is Yours (2007) My Way (2009) Ripples (2019)

İstinadlar

Xarici keçidlər

Kateqoriya:İngiltərə musiqiçiləri Kateqoriya:Polydor Records artistləri Kateqoriya:Britaniya müğənniləri Kateqoriya:Britaniya rok müğənniləri