Soccer Mommy () — ABŞ müğənni-bəstəkarı. İndiyədək dörd albom buraxıb. Sonuncu "Evergreen" adlı albomunu 2024-cü ilin oktyabrında yayımlayıb.
Erkən illəri Sofiya Regina Ellison 1997-ci il mayın 27-də İsveçrənin Sürix şəhərində alim atadan və müəllimə anadan dünyaya gəlib. Uşaq vaxtı ailəsi ilə Amerikaya köçərək Neşvilldə yerləşib. İncəsənət məktəbində oxuyarkən gitara çalmağı öyrənib və məktəbin ansamblında iştirak edib.
Gitaranı altı yaşından mənimsəyən Sofiya zaman keçdikcə mahnı müəllifi kimi də formalaşıb. Universitetə qəbul olanda artıq internetdə "Soccer Mommy" adı ilə mahnılar paylaşırdı. Nyu-Yorkda musiqi və ədəbiyyat oxuyub. İlk dəfə Bruklində konsert verəndən sonra "Fat Possum Records" musiqi şirkəti onu öz sıralarına qatıb. Sənət yolunu təhsildən üstün tutaraq 2017-ci ildə Neşvillə qayıdıb.
Diskoqrafiya Studiya albomları Clean (2018) Color Theory (2020) Sometimes, Forever (2022) Evergreen (2024)
İstinadlar
Xarici keçidlər
Kateqoriya:ABŞ müğənniləri Kateqoriya:XXI əsr müğənniləri